2014cü il : hesabat

Paylaş!

allmagArtıq 2015-ci ildir. Məqsəd və qiymətləndimə, hesabatlaşma sistemini çox sevdiyimdən qərara gəldim ki, yeni ilin ilk yazısı məhz keçən ildə gördüyüm işin hesabatı barədə olmalıdır. Özüm üçün əsas 10 hadisə seçmək qərarına gəldim və onları aşağıda diqqətinizə çatdırıram:


1. Təlimçilik: qərar verdim ki, mən özümü sadəcə təlimçilik sahəsində görürəm və gələcəyimi o sahədə görmək istəyirəm. Bəziləri üçün çox adi səslənsə belə mən son ilə qədər təlimçiliyi 2-ci fəaliyyət, «özünü çox yaxın hiss etmiş» hobbi kimi görürdüm, lakin 2014-də mən nəhayət bu qərarı verə bildim. Buna əsasən bu il özüm üçün rekord  sayda təlim, seminar, görüş, kurs keçirdim  (dəqiq sayını bilməsəm belə rəqəm 100-ə yaxındır).

Gələn il üçün plan : 100-ü ötüb keçməliyəm, variantı yoxdur :) və daha çox korporativ təlimçiliyə nüfuz etməyi düşünürəm.

2. Kitab:  Bu il onlarla yaxın dost oldum. Əslində məktəb vaxtı onlarla qardaş idim — gün olurdu 1 kitabı diri-diri yeyirdim, lakin sonra universitet — nə qədər paradoskal olsa belə aramızı vurdu. Rey Bredberi demiş: «Mən təhsilə pul sərf etməmişəm, onu kitabxanadan almışam «. Bax mən də elə bir yolda gedirəm — inkişaf kitabsız mümkün deyil. Bu il hardasa 40-50 kitab oxumuşam. Gələn il üçün plan: aya 5 kitab , ilə isə təxmini 60.

kot
3. Yazıçılıq: 
 Bu sözü burda yazanda belə özümdən asılı olmayaraq gülümsəyirəm. 5 il bundan əvvəl kimsə mənə desəydi ki, sən yazıçı olacaqsan (olmağı düşünəcəksən) deyərdim ki, xahiş edirəm ucuz araqlardan az iç. Həyat isə öz dediyini deyir — bu il artıq öz kitabım üzərində işə başlamışam və inşAllah fevral-marta kimi bitirməyi düşünürəm. Bu istiqamət təlimçiliklə bir yerdə əsas prioritet istiqamətlərdən biridir.

Gələn ilə plan: ilin sonuna 2 kitab müəllifi olmaq (bir bilsəniz bu cümləni yazmaq özü necə əla bir hissdir!).

4. Komanda: Baxmayaraq ki, 2010-cu ildən yazmağa, yani blog-çuluğa başlamışam son 2 ildə çox passiv idim — bu barədə ən çox hər hansı müsahibələrdə danışırdım ki, bəs mən eləyəm, mən beləyəm. Bu gün-sabah diskim çıxacaq :)

Baxmayaraq ki, Facebook səhifəm 2010-cu ildən var onu demək olar ki, istifadə etmirdim, lakin bu il verdiyim bir qərar məni haqq yoluna qaytardı. Hardasa iyul ayında qərar verdim ki, özümə bir komanda yığım və buna əsasən elan da verdim: seçilmiş bir nəfər mənə təlimlərlə, bir nəfər isə sosial şəbəkələrlə kömək etməliydi. Artıq komandamla 6 aydır ki, işləyirəm və buradan onlara böyük minnətdarlığımı bildirmək istəyirəm. Onlar olmasa mənim gördüyüm işin 50 faizi olmazdı. İlahə və Sevinc, var olun!

Gələn ilə plan : uşaqları saxlayıb bir yerdə daha keyfiyyətli işlər görmək !

berlin5.Blogging: İndi Azərbaycanda çox az aktiv blogger qalıb. 4-5 bundan əvvəl olan aktivlik yoxdur. Hamı yəqin öz işiylə məşğul olur . Mən isə buna sadəcə fikir mübadiləsi kimi yox, həm də maarifləndirmə vasitəsi kimi baxıram. Bu il atdığım ən böyük və inşAllah düzgün addımlarımdan birisi video-blog-a başlamağımdır. Düzdür, hələ 10 video çəkmişik, lakin özüm də çox şey öyrənmişəm və öyrənirəm. Ölkədə bunu ayrı heç kim etmir ki, (instablogging-i demirəm) baxıb nəsə götürəsən. Bu yaxınlarda eşitdim ki, 2-3 şirkət bu barədə artıq düşünür və buna çox sevindim.

Gələn ilə plan: minimum 24 buraxılış çəkilməlidir, yəni aya 2 (çox böyük-böyük danışıram, Allah köməkçim olsun).

6. Səyahət:  Bu il uşaqlıq arzularımdan birisini reallaşdırdım. 2000-ci ildən, yəni 12 yaşımdan Hollandiya milli futbol komandasının azarkeşiyəm və o vaxtdan ən böyük arzularımdan biri Hollandiyanı ziyarət etmək olub. Bu il belə bir şans düşdü və ondan istifadə edə bildim. Yaxşı, cəmi 2 gün qaldım orada, lakin həyat davam edir — artıq ilk addımı atdım, gələn dəfə daha uzun müddətlik getməyi düşünürəm.

Ənənəyə sadiq qalaraq gözəllər-gözəli İstanbulda yenə oldum və oraya yenə aşıq oldum. Ayrı cür mümkün də deyil!

Gələn ilə plan: konkret daha çox gəzməyi düşünürəm. Oğuza, Zaqataya, Lerikə və yenə Şəkiyə getməyi planlayıram + ən azı 3 Avropa ölkəsinə. Bizə qalan səyahətdir — o bizi öyrədir və böyüdür!

7. İnsanlar:  Siz bir sirr açım — əslində son 2 ildə mən o qədər də sosial birisi deyildim, əksinə insanlardan qaçırdım. Allmag-ı çıxmaq şərti ilə çox az yerdə könüllü olaraq qalırdım və çox vaxtı 2 nəfərlə keçirirdim. O 2 nəfərdən biri bizi atıb təhsil almaq məqsədi ilə getdiyindən həyatımdan ciddi boşluq yarandı və mən kişi kimi qərar verdim ki, insanları yenidən tanıyım. başladım çoxdan görüşmədiyim dost-tanışla görüşməyə, yeni insanlarla tanış olmağa və əslində bunu etdiyimə çox şadam.

Bu il həyatımdan bir neçə dəyərli insan çıxdı. Yox, ölmədi, sadəcə çıxdılar, yox oldular. Bəziləri mənim köməyimlə, bəziləri mənim xahişim olmadan. İnsanlara gec alışan birisi olduğumu görə bu mənə heç də xoş hisslər yaşatmadı, sadəcə ne etmək, uyğunlaşmalıyıq.

Ruslar demiş: «Müqəddəs yerlər çox boş olmur və həyatıma bu il çox maraqlı insanlar daxil oldu. İndi adbaad çəkmək istəmirəm, lakin bu cümlələri oxuyanlardan bir neçəsi o kateqoriyaya aiddirlər. Xoş gəlmisiniz! :)

Gələn ilə plan: bu günə özümə bağışlamadığım bir neçə hal olub və hamısı itirdiyim insanlara bağlıdır. Planım odur ki, adam olub ətrafımda olan dəyərli insanları ititməyim.

zanetti8. Allmag:  Bizim bala üçün bu il çox enişli-yoxuşlu oldu. Maya kimi qalxdıq, oktyabra kimi düşdük və indi yenə qaxlmağa çalışırıq. Çoxu getdi, azı gəldi — qaldı. Formatı tam dəyişdik və inanırıq ki, bu dəfə daha yaxşı olacaq.

Allmag mənim üçün sadəcə sayt-jurnal deyil, o mənim son ümidim və imkanımdır. İstəyirəm ki, gənclər sektorunda son işim olsun və bundan sonra sektoru rahat tərk edə bilim. Həyatımda ən xoşbəxt 5 günün minimum 2-ni onlarla yaşamışam və istəyirəm ki, bu davam etsin.

Gələn ilə plan: öz ayrı ofisi və daimi maaş alan komandası olan bir şirkət. Qısa və konkret!

9. Sağlamlıq: bu il daimi futbol oynadım və bir neçə ay trenajor-qaçış tandemi ilə tonusda qalmağı bacardım. Plus, daimi sağlam qidanlanmağa çalışdım, aylarla fast food yemədim (imkan olduqca). Lakin bu yenə də bəs etmir.

Yanvar ayında söz vermişəm ki, ət yeməyəcəm. Yoxlayamaq istəyirəm görüm özümü necə hiss edəcəm. Plus, normal partnyor tapsam tez zamana idmana başlayacam. «Sağlam bədəndə sağlam ruh olar» — bu deyimi özümə şüarlarımdan biri kimi seçmişəm.

Gələn ilə plan: İdman həftədə 2 dəfə. No fast food və daha çox sağlam qida. Ciddiyəm!

elik10. Şəxsi həyat: Last, but not least — bu il subaylığın daşını atdım. Tam atmamışam, amma daşı əlimə alıb həvəslə o günü gözləyirəm. Ən yaxın dostum, sirdaşım və ən çox dəyər verdiyim bir şəxslə ailə qurub çoxlu balaca pandalara həyata gətirmək istəyirik. Son günlər atalıq hissləri o qədər güclənib ki, şəhərdə camaatın uşağına baxmıram — qorxuram ki, oğurluyub qaçaram :)

Çox nadir hallarda Elviraya məcburi yazılarımı oxuduram. Ona görə əgər O həvəs tapıb bu yazının ən sonuna kimi gələcəkəsə ona demək istəyirəm ki, onu Allah rızası üçün çox sevirəm !

Gələn ilə planlar : Toy !

P.S. Bir etiraf da edim. Nişanlanandan sonra təlimlərimə daha az adam gəlir. Bunu  bilən Allmag Satış və Marketinq komandaları mənə məsləhət görürlər ki, toyumu gizli keçirim :)

Şərhlər

şərhlər

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *