Sən olsan nə edərdin?

Paylaş!

infBiz insanlar yaxşı günə çox tez öyrəşirik, pis günlə isə nəyi var dirəşirik, qəbul etmirik. Bəlkə, bu bizim xislətimizdə var. Son bir ildə (böhranın bura dəxli yoxdur) daha tez-tez ölüm xəbərləri eşidirəm. Səmimi deyim, tanıdığım və ya tanımadığım kim olursa olsun bu məni sarsıdır və bir neçə gün özümə gəlməyə çalışıram. Bir insan olaraq – qorxuram, bir müsəlman olaraq oyanmağa çalışıram.

Havalar soyuyur. Böhran da yaxınlaşır. İnsanlar isə uzaqlaşır, əsəbləşir, üzülür, kədərlənir. Hər şey aşağıya doğru, pisə, mənfiyə doğru gedir… deyə düşünürdüm, lakin fikrimi dəyişdim, daha doğrusu dəyişmək məcburiyyətindəyəm.

Bax indidən deyim – Mən də Sizin kimi bu ölkədə yaşayıram və gördükləriniz və eşitdiklərinizin mən də şahidi oluram. Mənə də vaxtıylə tarix fənnindən bizim uzaq keçmişdə olan şanlı tariximiz barədə əfsanələr “yedizdiriblər”, mən də sevinmişəm, qürurlanmışam, əsəbləşmişəm. Sonra böyüdüm və anladımm ki, bunlar boş şeylərdir.

İndi gəldik məclis “aş” hissəsinə. Linkdə olan videoya baxın zəhmət olmasa və sonra qayıdın bura :)

Məni bu yazını yazmağa vadar edən o oldu. Türk cəmiyyəti bizdən daha sosia məsuliyyətlidir, lakin onlarda belə bu eksperiment çox asan alınmadı. Bəs bunu bizim ölkədə etsəydilər nə olardı?

Gəlin səmimi olaraq, bu gün biz dünyanın ən yaxşı dövləti deyilik və heç bəlkə ilk yüzlüyə belə düşmürük. Bu gün biz ən varlı millət deyilik. Bizim ərazimizin 20 faizi düşmən tapdağı altındadır və bizim 1 milliondan artıq qaçqınımız var. Bu gün Qarabağı heç vaxt görməmiş və nə zaman görəcəkləri bəlli olmayan Qarabağlı uşaqlar böyüyür. Keçmişimizdə kimlər olub, nələr olub, kim ilk dəfə nəyi edib – bilmirəm və açığı bu mənə heç maraqlı da deyil.

Mən bilmirəm keçmişdə biz nə olmuşuq, kim olmuşuq, mən bilmirəm 10 ildən, 50 ildən sonra biz harada və nəçi olacayıq, bir xalq olaraq. Bəyəndiyim bir xadimin dediyi kimi, “Norveçin keçmişdə heç milli qəhrəmanı yoxdur, lakin bu onlara bu gün xoşbəxt-firəvan yaşamağa mane olmur. Mən bildiyim bir odur ki, sabahımız üçün biz bu gün çalışmalıyıq.

Sevdiyim serial “Game of Thrones”-da deyilən kimi, “Winter is coming”, yani “Qış gəlir” və o gələndə hər birimizin vəziyyətimiz pisləşəcək. Məncə bu böhran bizə insan olmağı öyrədəcək, öyrətməlidir. Hər birimiz bu videoda əks olunan hadisəyə yaxın hallarla rastlaşırıq və bu halların sayı artacaq.
Bir xahişim olacaq. Hər birimiz səhər evdən çıxanda “heç bir şey yaddan çıxmayıb ki?” deyə özümüzə sual verəndə ilk növbədə çalışaq insaniyyətimizi unutmayaq. Əsas odur. Əsas o olmalıdır. O olsa biz də olacayıq.

P.S.
Bəli, biz ən varlı deyilik, biz ən yaxşı deyilik, lakin biz varıq! Bizim gözəl dövlətimiz var, bizim gözəl insanımız var. Onun inkişaf etdirmək, onu dirçəltmək bizə qalır. Mən inanıram, Biz bacaracağıq!

Şərhlər

şərhlər

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *