Tələbəyəm. 2016-cı ildə nə edim?

Paylaş!


bohreİngilis dilində sevdiyim bir söz var — «challenge» və o məhz «çətinlik», «çağırış» kimi tərcümə olunur.  Son günlərdə baş verənləri görüb mən 2016-cı il barədə bir şeydə əminəm — gələn il bir çox insan, şirkət, qurum və ümumiyyətlə ölkəmiz üçün bir çağırış olacaq. Bu böhran içində ən az hazırlıqlı olanlar fikrimcə gənclər, tələbələrdir və bu yazı onlara məsləhət xarakteri daşıyır.

Onlar bəlkə kimlərsə üçün sadə, primitiv səslənə bilər, lakin əminəm ki, bilməyənlər tapılacaq, bilənlər isə yenidən əmin olacaqlar. Di getdik :)

  1. Özünüzə məqsəd təyin edin: Bax gəlin bir göl, böyük dəniz, okean təsəvvür edin. Orada çoxlu böyük gəmilər, kreyserlər, sualtı gəmilər var və hərəsi bir yolun yolçusudur. Bunlarda bir yerdə ortada minlərlə hara getdiyii bilməyənə, getdiyi halda belə nəyə görə getdiyini bilməyən qayıqlar var və onlar hay «ayaq altında» qalırlar. Məqsədsiz insanlar bax elə o qayıqlar kimidir. Nəyə görə məqsəd məhz gələn il əhəmiyyətlidir? Gələn il ümumiyyətlə inkişaf üçün resurs daha az olacaq, ona görə nəyəsə nail olmaq istəyirsinizsə mütləq əlinizdə olanları konsolidə edib (bir yerə yığmaq) bir nöqtəyə yönəltməlisiniz
  2. Təcrübə əldə edin: əslində gələn il təcrübə əldə etmək daha asan olacaq deyə inanıram. Yox, içməmişəm, bir davamını oxuyun xahiş edirəm. Deməli: şirkətlər xərclərini azaldırlar çünki gəlirləri azalır. Xərcləri azaltmaq üçün işçi sayını azaldırlar və yeni işçi götürmürlər. LAKİN və AMMA, onların bir çoxusu könüllü və az büdcəli, həvəsli, enerjili işçilərə «yox» deməzlər (əlbətdə ki, hamı bu qədərini düşünə bilmir) 

pick-yourselfYaxşı bunu necə edək? Çox sadə. Hər hansı iş elanı görəndə və yaxud işləmək istəyiniz bir şirkət müəyyən edəndə onlara bir istək məktubu yazın və qeyd edin ki, könüllü (HR-lar üçün bir hərdən sehrli ola bilər) əsaslarda belə işləməyə hazırsınız. Bu yaxınlarda maliyyə sahəsində çalışmaq istəyən (təcrübəsi konkret bu sahədən uzaqqdır) bir tanışım mənə yazmışdıki «bəs nə edim? hara rezyume göndərirəm cavab verən yoxdur». Mən də məsləhət gördüm ki, bəs rezyume ilə kifayətlənmə və istək məktubu yaz və orada qeyd elə ki, könüllü işləməyə hazıram. «Dakıka bir, Qol bir» və növbəti dəfə onu artıq müsahibəyə çağırdılar.

Tələbə üçün 3 cür təcrübə imkanı ola bilər — 1. QHT-lərdə və sosial sferada, 2. Şirkətlərdə, 3. Öz işiniz. Bu barədə maraqlı olsa gələn dəfələrdə yazaram.

3. Dil öyrənin: Cem Yılmazın məşhur stendup-ında qeyd etdiyi kimi ingilis dilini «dərdini anlatacaq qədər bilir». Son illərdəki müsahibə götürmə təcrübəmə əsasən elə onu anladım ki, bizim gənclərində dil biliyi məhz o dərdi anladacaq qədərdir. Hətta dil biliklərini «əla, möhtəşəm, möhtərəm və əlahəzrət» yazanlarda belə.

Nə üçün öyrənək? Əvvəla bu günün tələbidir və hətta Balaxanıda mühafizəçi işə düzəlmək istəsən belə səndən ingilis ya rus dili istəyəcəklər (bu nə qədər düzdür — ayrı sualdır). Bundan əlavə, müasir dünyada dil Sizi zənginləşdirir və dəyər verir: nə qədər çox məlumat bilsəniz o qədər çox dəyərli ola bilərsiniz və dil sayı sizin potensial məlumat alma bazanızı artırır. Və ən sonuncusu dil öyrənərək siz rahat çörək almaq adı ilə gedə bilərsiniz (söhbəti tutanlar like :) )

Necə öyrənək? Dil öyrənmə barədə onu deyə bilərəm ki, əslində bu o qədər də çətin prosses deyil, sadəcə biz çox vaxt qrammatikaya üstünlük verib danışığı unuduruq və nəticə etibarı ilə «ovçarka» oluruq — başa düşürük, amma danışa bilmirik. Ona görə də biz Headway-da prossesi danışıq yönümlü etdik. Siz də harda və necə öyrənsəniz belə əsas odur ki, öyrəndiyinizi tez bir zamanda təcrübədən keçirin 

4. Ətrafınızı təmizləyin: hər zaman demişəm, deyirəm və deyəcəm — ətrafınıza, vaxt keçiridiyinizŞ oturub-durduğunuz insanlara fikir verin. Niyə? Çünki onlar Siz bilmədən Sizi formalaşdırır. At misalını yada salın — həmrəng olmasalar da, həmxasiyyət olur. Gələn il çətin olacaq və lazımdır ki, Sizin ətrafınız da Sizin kimi güclü olsun və Sizə dəstək olsun. Ona görə də ya dəyişəcəksiniz, ya dəyişəcəksiniz.

5. Boş vaxt saxlamayın və güclü olun: özünüzü yükləyin. sözün hər bir mənasında — yeni yollar tapın, məşğuliyyətlər müəyyən edin, gözünüzü dörd açın və bir xahişim var — diribaş olun. Gələcəyinizi öz əllərinizlə qurmalısınız və Sizin kimi yüzlərlə gənc var.

Təsəvvür edin ki, cəngəllikdəsınız və orda əsas qanun odur ki, ən güclü qalib gəlir lakin kiməsə qalib gəlməmişdən əvvəl özünüzə qalib gəlməlisiniz, ən güclü ÖZünüzə. Uğur olsun :)

 

Şərhlər

şərhlər

1 Comment Tələbəyəm. 2016-cı ildə nə edim?

  1. Pingback: Həmrənglik bayramı - Pandaism

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *