Kitabxanam: Erik Bertran Larssen — Özünə yazığın gəlməsin

Paylaş!

erikBookChallenge çərçivəsində 4-cü kitabımı təqdim edirəm Sizə, hörmətli oxucum və bu kitab Norvecin ən tanınmış psixoloji təlmçisi Erik Bertran Larssenin «Özünə yazığın gəlməsin» kitabıdır.  Buyurun, nuş edin!

Kitab müəllifi barədə: Erik adi bir Norveç ailəsində dünyaya gəlib. Məktəb vaxtı sinifdə ən balaca, ən cılız uşaq o idi. 12 yaşı olanda sinif yoldaşları onun belinə qar doldurur və Erik buna çox əsəbləşərək özünə söz verir ki, Norveçin ən güclü, dözümlü adamı olacaq. bir neçə il sonra o Norveçin ən hörmətli hərbi güvvələri olan hərbi hava desantçılarına yazılmaq istəyir. Ənənəyə əsasən kursant olmaq üçün namizədlər «Cəhənnəm həftəsi» deyilən 1 həftəlik yoxlama düşərgəsinə qatılırlar. İlk il cəmi 2  nəfər seçilirdi və Erik 3cü olur. Gələn il o yenə qoşulur bu yarışa və cəmi 1 nəfərin seçildiyi düşərgədə 1ci yeri tutur. Hərbi fəaliyyəti zamanı dünyanın ən ağır şəraitli yerlərində xidmət edib — Kosovo, Bosniya, Afqanistan və s. 10 ilə yaxın xidmət edəndən sonra o həyatını dəyişmək qərarına gəlir və İqtisadiyyət sahəsi üzrə maqistr dərəcəsi alır. Bir ara rekrutinqlə məşğul olur və nəticədə özünü kouçinq sahəsində sınamağa qərar verir. O dövrdən başlayaraq Norveçin ən titullu, uğurlu idmançılarını və biznesmenlərinin kouçudur (məsləhətçisi deyək). Qısası, insan çox təcrübəlidir.

erik4Kitab barədə: Kitab tipik «sən bacaracaqsan» mesajını çatdırmır, qətiyyən.  Kitabda Erik öz təcrübəsinə arxalanaraq yaratdığı metodları və alətləri təqdim edir və onların necə işlədiyini izah edir. Bütün kitab boyu o bir çox özünə və müştərilərinə adi misallar verir. Kitab iki hissədən ibarətdir — «Adi həyat» və «Reallaşdırma». İlk hissədə kiçik qərarların əhəmiyyəti, düzgün vərdişlərin inkişaf etdirilməsi, həyat prioritetlərinin düzgün müəyyənləşdirilməsi və məqsədlərin təyin olunmasından danışılır. İkinci hissədə isə effektivliyinin artırılması barədə psixoloji alətlər təqdim olunub -vizuallaşdırma, rejim və s.

Kitabın çarxını bu linkdən baxa bilərsiniz.

Nəyə görə bu kitabı oxumaq lazımdır: İnsanı hərəkətə sövq edir! verdiyi məlumatlarla səni cuşa gətirir və yerində durmağa imkan vermir. Fikir səviyyəsində olan prosseslərin necə gələcək həyatda bizə təsir göstərdiyini və ona necə öz xeyrimizə dəyişə biləcəyimizi izah edir. Kitab boyu müəllif qalibləri və məğlub olan şəxsləri ayıran xətt barədə düşüncələrini bölüşür və onları ayıran əsas amil — sistematiklik ya davamiyyətdir.

erik3Ən çox nəyi bəyəndim: Kitab sistematik yazılıb və hop-hop getmir, yani A-dan Z-yə izah var. Kitab çoxlu alətlər təqdim edir hansını ki, həyatınızda istifadə edə bilərsiniz. Kitab ən çox dəyər, özünü tanıma və məqsədlərin təyin olunması mövzularına çox böyük yer ayırır və bu məqamı mən çox bəyəndim. Bu kitabı qələmlə oxumaq lazımdır, çünki çoxlu dəyərli fikirləri var.

Kitabın şüarı: Kiçik və davamlı addımlar böyük dəyişikliklərə gətirir

Ən çox kitabı kim oxumalıdır: Hamı oxuya bilər, məsləhətdür. Əsas isə dəyişməkdə çətinlik çəkənlər, tənbəllər, özünə tapmağa, özünü anlamağa çalışan şəxslər.

Kitabdan maraqlı ifadələr:

  • Siz düşündüyünüzdən daha çoxuna qadirsiniz
  • Həyatı boyu nə vaxtsa cəsur olmusunuzsa deməli yenə ola bilərsiniz. Bi sahədə qorxusuzluq  nə vaxtsa göstərmisinizsə deməli digər sahədə də bunu edə bilərsiniz
  • erik2Nə etməli olduğumuzu bilirik, sadəcə qaçırıq ondan. Mən çox nadir halda insan görmüşəm ki, hansı daha yaxşı işləməsi ya nəticə göstərməsi üçün nə etməli olduğunu bilmirdi. Çoxumuz bilirik, sadəcə çox hlda ən sadə yolu seçirik
  • İnsanlar təbiətçə dəyişiklikləri sevmirlər. Biz vərdişlərimizin qullarıyıq və bütün qeyri-müəyyənlik bizi qorxudur
  • Uzun müddətə baxanda sənin uğurunu nə sənin İQ səviyyən, nə qiymətlərin, nə də valideynlərinin hesabında olan pul müəyyən edir. Əsas olan fikirlərinin hansı tərəfə yönəltməyindir. Bax ona görə düşünürəm ki, özümüzə bu sualı verməliyik: «Əgər digərlərində bu alınıbsa mən nə etməliyəm ki, məndə də alınsın?»
  • Tərəddüd etməkdən çəkinin. Sizin bir həyatınız, bir imkanınız, bir şansınız var. Onların səhv etmə qorxuna qurban verməyin
  • Yaxşı məqsəd hisslərimizə toxunmalıdır
  • Hər bir seçim bir başa risklə bağlıdır
  • Problemlərlə ən yaxşı mübarizə yolu kiçik dəyişikliklər etməkdir
  • Həyatınızda idarə edə biləcəyiniz yeganə bir şey — sizin fikirlərinizdir

Kitabda belə ifadələr tonnlarladır. Oxumaq lazımdır sadəcə. Kitabın qiymətləndirməsi 10 baldan 7-7.5 :)

Yazılarımı oxuduğunuz, şərh etdiyiniz, paylaşdığınız üçün çox sağ olun! Belə davam edin və biz inşAllah Sizinlə bir yerdə ilin sonuna kimi 50 kitab oxumuş olacayıq!

P.S kimsə kitabı oxumaq istəsə  togrulalakbar@gmail.com ünvanına yazsın, Sizə elektron versiyasını göndərərəm.

Şərhlər

şərhlər

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *