Amerika gündəliyim: Əsl güc nədədir, brat?

Paylaş!

17820542_10154986467402900_2097013491_o90-cı illərin çox məhşur rus filminin birində bir dialoq baş verir. İki qardaş, səhv etmirəmsə Nyu-Yorkda hansısa çayın kənarında oturub söhbət edirlər:

  • Səncə güc nədədir, qardaş?
  • necə yəni? Puldadır, qardaş! Pul dünyanı idarə edir və kimin pulu varsa o da güclüdür!
  • yaxşi, bax təsəvvür elə pulun çoxdur. Nə edəcəksən?
  • Hamını alaram!
  • Məni də?

Yaşadığım şəhərdə ənənəvi inanclararası dialoq səhər yeməyi təşkil olunmuşdur. Keçən həftə bir kabus baş vermişdi və mən tədbirin ayın biri olduğunu düşünüb özümlə bir yerdə iki nəfəri də tədbirin keçiriləcəyi yerə aparmışdım. Binaya daxil olub, nəsə mühəndislərlə bağlı tədbir olduğunu görüb məlumatı yenə yoxladım, qısası ara yerdə söyüş yiyəsi oldum )

17820282_10154986467452900_840997666_oBu həftə məlumatı yenə yoxladım və artıq bir nəfərlə getdim. Getdim və gördüyüm məni şok etsə də gözlədiyim elə bu idi. Təsəvvür edin, səhər saat 7.15-dir və böyük bir zalda 150-dən çox adam yığışıb — bütün yaşlardan, dinlərdən, irqlərdən, cinslərdən. Bax indi təsəvvür edin ki, eyni bir tədbir Bakıda və ya ölkəmizdə hardasa baş verir və ən vacibi bu hansısa siyasi və ya işinizlə bağlı məcburi bir tədbir yox, könüllü bir yığıncaqdır. Təsəvvür edə bildiniz? Əgər edə bildinizsə, deməli xoşbəxt insansınız və fantaziyanızla optimizminiz çox güclüdür, lakin mən bunu heç bir vəchlə ağlıma belə gətirə bilməzdim.

Bax bizdə çox danışırlar ki, nəyə görə biz belə gündəyik və nəyə görə digər ölkələr, cəmiyyətlər inkişaf edir. Klassik reaktiv bir cəmiyyət nümayəndələri olaraq biz hər şeyi (ok, çox şeyi) həmçinin səbəbləri də qıraqda axtarırıq və «mən nağarım e qadan alım» və ya «sən öl, məndən aslı döy» deyib eqomuzu sakitləşdirib elə yaşadığımız kimi yaşayırıq.

17797306_10154986467292900_1589356125_oMənə sual versəniz ki, bu günə kimi Amerikada ən çox bəyəndiyim nə olub cavabım sizi çox gözlətməz — icma (community) anlayışı —  burada hər kiçik şəhərdə, kənddə belə bir anlayış var. Bu anlayışa əsasən onlar hər şeyi dövlətdən gözləmirlər və əksinə bir çox şeyi özləri etməyə çalışırlar. Elə bilirsiniz ki, onlar federal hökumətdən razıdırlar? ay-hay! Əlbəttə ki, yox! Lakin bizdən fərqli olaraq onlar öz cəmiyyətləri üçün hər zaman nəsə etməyə çalışırlar. Bir də, burada ən çox könüllülük edən qrup bilirsiniz hansıdır? Pensionerlər, yaşı 60-dan yuxarı olan adamlar. Sual verəndə ki, ay kişi, ay bajı, işin gücün yoxdur, sənin nəvə gəzdirən vaxtındır e, deyir ki, bəs mən də özümü cəmiyyət üçün xeyirli biri kimi görmək istəyirəm.

Amma əlbəttə ki, masonlskddkhflskdhflksdflslkflsjflsd

Şərhlər

şərhlər

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *