Haqqımda

1

Daimi axtarışda olan, xəyalpərəst və nikbin düşüncəli bir gəncəm. Adım Toğrul Ələkbərdir. Azərbaycanda doğulub, boya çatan, onun çörəyindən və suyundan qidalanan bir gəncəm. Məktəb vaxtlarından daxilimdə dəyişikliyə, özümü ifadə etməyə və yüksək məqsədlərə getməyə bir ehtiyyac duymuşam. Universitet illərində bir istəyi necəsə reallaşdırmaq üçün bir neçə təşkilata üz tutmuşam və son olaraq AEGEE-Bakıya üzv olandan mənim həyatımın yeni bir səhifəsi başladı. O zamandan başlayaraq təxmini 7 il ərzində bir çox beynəlxalq və yerli təşkilatlarda işləmiş, əməkdaşlıq etmiş müxtəlif çaplı layihələrin reallaşmasında yaxından iştirak etmişəm.

Həyatda ilk şüarım «Aktiv olmaq heç vaxt deyil»-dir və buna əsasən inanıram ki, bir insanın ən böyük məqsədlərindən birisi özünə, ətrafına və ümumi bəşəriyyətə xeyirli bir şəxs olmasıdır!

4 ilə yaxındır ki, təlimçilik fəaliyyəti ilə məşğulam və bu zaman ərzində minlərlə (bağışlayın, dəqiq saymamışam) gənclərlə seminar-təlim-master klass-görüşlər keçirmişəm. Hal-hazırda həmtəsisçisi olduğum ALLMAG Fərdi İnkişaf Jurnalında çalışıram və məqsədimiz gəncliyimizə «Fərdi İnkişaf» tpli qəliz, lakin vacib sahədə yaxından dəstək olmaqdır.

Bu bloqu açmaqda məqsədim vacib və dəyərli saydığım fikirlərimi, düşüncələrimi və təcrübələrimi bölüşməkdir. Çalışımışam, çalışıram və inşAllah ki, çalışacam!

Sonda hər bir Azərbaycan gəncliyi üçün çalışan və gəncliyimizə töhvə verən və vermək istəyən hər bir insana, özüm daxil olmaqla, güclü iradə, səbr, daima ruh yüksəkliyi və bol-bol müvəffəqiyyət arzu edirəm!

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *