Avropanı yenidən kəşf edərkən

Paylaş!

Mən bunu etdim. Şeytanın bacağını mı, qıçımı , harasını bilmirəm, lakin kişi kimi yay istirahətinə çıxdım, lakin payız ayında. Normal insanların istirahət etdiyi vaxtı işləyib, işlədiyi zaman istirahət etmək planını reallaşdırdım. Əslində səyahətə 2-3 həftə qalmış bundan istifadə etmək fikrindən daşınırdım  ki, yaxşı ki, əmi qızı Jalə imkan vermədi.

Planımıza əsasən 10 günlük səyahətin 8 gününü Almaniyada, 2 gününü isə Hollandiyada keçirməyi düşünürdük. Bu yazımda ən qısa şəkildə öz təəsüratlarımı və məsləhətlərimi bölüşməyi düşünürəm. Yazım qısa olmaya bilər, ona görə də yaxşı isti çay ya qəhvə hazırlayın və getdik!

Almaniya: bu ölkə ilə mənim xüsusi bağlılığım var. Belə ki, uzaq 2007-ci ildə Biləcəridən ilk qaçışım məhz Almaniyaya, Hamburq şəhərinə idi. Təsəvvür edin ki, ilk səfərim Almaniyaya, Hamburqa, hələ orada məni qonaq edən şəxs Red Light Street-də qalırdı. Şok! Təəsüratlarım elə güclü idi ki, Hamburq indiyə kimi ən çox bəyəndiyim 2 şəhərdən biri oldu :) Fənərlərə görə yox ha!

Bu dəfə hər şey fərqli idi. Məqsəd təlim idi, özü də qərb yox, şərq hissəsində

Berlin: Nəyə görəsə məni heç vaxt Berlinə çəkməyib. Bura gələndə elə də böyük gözləntilərim yox idi, lakin bu şəhəri çox, lap çoxsevdim.DSC_1629 Berlinin doğrudan da xüsusi bir abu-havası var. Berlin deyəndə ağlıma gələn ilk söz — azad, yəni free, ya frei (təsadüf deyil ki, Berlində məhz Frei Universiteti yerləşir). Orada olduğum zaman bir neçə şəhər sakini ilə danışdım. Hərəsi bir tərəfdən gəlmişdi və bir ağızdan bu şəhəri tərifləyirdi. Məncə şəhərdə lüt gəzsən belə heç kimi bu təəcübləndirməzdi. Hamı özişində və kefindədir. İnsanların üzündə zəhrimar görünmürdü, əksinə gülərüz və mehribançılıq abu-havası hökm sürürdü.

Səyahətimizin 2ci günündə Berlin divarı ilə tanış oldum. Şəhərə bağlı g özləntilərim aşağı olduğundan divar da mənim üçün sadəcə kərpiç yığını kimi görünürdü, lakin yenə də tutuzdura bilmədim. Sən təsəvvür et ki, üstündə 25 il keçib, lakin Mauerin yanından baxanda sol və sağ arasında fərq hələ də hiss olunur: sağda böyük şirkətlərin nümayəndəlikləri, sağda isə köhnə zavodlar. Hələ mən divarda olan karikaturaları demirəm. Qısası, brat orası görüləsi yerdir

1. Şəhərdə görüləsi yer az deyil. Normalda hazırlaşmaq gərəkir, lakin hazırlıqsız getmisinizsə ən pis halda Alexanderplatz-a gedə bilərsiz, orada bir böyük TV qülləsi var. Pulunuz çoxdursa axşam tərəfi ora qalxıb şəhərə seyr edin. Pulunuz yoxdursa yenə də ora gedin — o tərəflərdə çoxlu gədim kilsə, bina və muzey var. Bir az oradan aralı Muzeylər adası deyilən bir yer — Antik, Misir və s. mövzuda bir neçə muzey var. Düzdür o muzeyləri girib gəzə bilmədim, lakin qlamurlara yaxşı xəbərim var — orada olduğumuz zaman bir cütlük `Love story` çəkdirirdi, такчто orada qlamurlaşmaq olar.

IMG-20140923-WA00172. Ən çox bəyəndiyim yer Branderburq Qapıları tərəfdir. Qapılardan başqa orada müxtəlif dövlət binaları (Bundestag, Reyxstaq), xarici səfirliklər və Holokost qurbanlarına anım məbədi də vardır. Ətrafda onlarla park var. Hava gözəl olduğu halda siz oradan unudulmaz təəssüratlarla ayrılacaqsınız.

İnsanlar: Biz Avropanın pis məqamlarını kopyalamaya öyrəşmişik, lakin  o yurdun insanları doğrudan da insandırlar. Bəlkə mənim qismətimdə elələrinə rast gəlmək yazılmışdır, bilmirəm, lakin gördüyüm insanlar çox yardımsevər və anlayışlı idilər. Misal üçün : bizim təlim Potsdamda idi. Ora çatanda artıq axşam idi və hostelin yerini tapa bilmirdik. Bir velosipedçi xanımı saxladıq, kömək istədik. O yeri tanımırdı, bir az düşündü, yoldan keçən digər bir velosipedçini saxladı, soruşdu. Sonra o 2 velosipedçi «at»ından düşdü və bizi hostelə kimi yola saldı.

 Bəli, bəli, bilirəm, biz çox qonaqpərvər xalqıq, bizdə flan şey olanda Avropalılarfshılafıajfıjaıfaı..DSC_1652

 Müsəlmanlar və İslam: Berlin ən beynəlmiləl şəhərlərdən birisidir. 60-cı illərdə gələn türklər burada artıq yerli əhali kimi qəbul olunmuşdur. Bundan əlavə şəhərdə onlarla millətin nümayəndələri yaşayıb-yaradır. Müsəlmanlar da həmçinin. Hər tində olan türk «toçka»ları ilə bir yerdə çoxlu ərəb və digər müsəlman məkanları da vardı. Şəhərdə hicablı xanımlara və saqqallı bəylərə rast gəlmək olardı, maraqlısı isə o idi ki, heç kim onların şalvarının balağına və saqqalının uzunluğuna baxmırdı. Maraqlı insanlardır e bu almanlar, gərək belə şeyləri onlara öyrədək!

Orada məsciddə oldum, türk məscidlərindən bir az fərqlənirdi. Bir nəfər saqqallı alman (üzündən anladım ki, Kambodcalı deyil) mənə yaxınlaşdı, almanca nəsə dedi, cavab verdim ki, «qadan alaram, English please», o da ingilizcə bilmədiyindən sadəcə əlimi sıxdı və gülümsədi. Üzündə bir nur var idi, bir görərdiniz. Ən gülməlisi bilirsiz nədir? Halal yemək orada tapmaq daha asandır, nəinki burada. O insanlar üçün «halal» sözü heç də uzaq deyil.

 Transport sistemi: Mükəmməldir. mükəmməl! Bütün ictimai nəqliyyat vasitələrindən istifadə etmək üçün 1 kart kifayətedir. Biz misal üçün 1 günlük `Kiçikqrup` kartı aldıqvə 16.70 avroya (təxminiadama 5.60 avrodüşür) bütün günü metrodan və avtobuslardan istifadə etdik. Metro sistemi bir az qarışıqdır; orada onlarla xəttlər (vetka) var, lakin bilmədikdə belə ətrafındakılardan soruşa bilərsiz.

Almaniya məndə öz sadəliyi, təbəssümü və dürüstlüyü ilə çox gözəl təəssüratlar yaratdı. İnanıram ki, bu səfər son səfərim deyil və hər dəfə mən yenidən bu diyarı hörmət və sevgi ilə kəşf edəcəm.

Məsləhətlər:

DSC_16491. Almaniyaya gedəcəksinizsə əsas 3 şəhər — Berlin, Münxen və Hamburqa səyahət etməyə çalışın. Nə qədər fərqli olsanız belə ÖZünüzə uyğununu seçə biləcəksiniz.

 2. Səyahətinizi detallı planlaşdırın. İnternetdə yüzlərlə sayt var. Baxın görün nə var, o sizə maraqlıdırmı, ayrı hansı yerə getmək olar və s. Şəhərdə, mənim kimi, kor cücətək gəzmək ən yaxşı vaxt keçirmə üsulu deyil.

3. Yerli Mətbəx. Mütləq dadına baxın. Düzdü çoxusu donuz ətidir, lakin ləziz balıq təamları da var!

4. Velosiped sürməyi öyrənin. Düzü Berlinin lap mərkəzində olmasa belə, şəhərin qıraq bucağında velosipedlə gəzirdik və bu əla hissdir. Şəhəri tanımaq, vaxt itkisindən azad olmaq və daha sağlamlı organizm üçün bu vasitə əvəzolunmazdır!

5. Avro deyirəm Sizə, avro! Mənim kimi ağıllılar , əlinizdə dollar varsa, onunla ora getməyin, pul itirəcəksiniz. Həm dəyişməyə yer çox deyil, həmdə dəyişəndə kifayət qədər pul itirirsiniz.

+ Dondurmanın dadına baxın. Bu məhsulun xəstəsi olaraq orada hər imkanda dondurma yedim.  Nəticə əladır — gözəl hisslər və bir neçə artıq kilo

Şərhlər

şərhlər

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *