Başlayaq bəlkə?

Paylaş!

Bu yaxınlarda birinci bloguma nəzər yetirəndə bir dəhşətə gəldim..sən demə mən rahat 3 aydır ki, orda heç nə dərc etmirdim! Buna baxmayaraq mənim axır aylarda həyatım əksinə çox aktiv olub! GFDM fəaliyyətə başlayıb :  bu mərkəz mənim ən böyük xəyallarımdan biri olub hər zaman. Xatırlayıram AEGEE qoşulduğum andan bəri Emin Əmrullayevin dəstəyi ilə bu mərkəz ilə yaxından tanış oldum. GFDM-nin  idarəolunması ilə bağlı ideyalarım olmasına baxmayaraq başım təkçə AEGEE qatışmışdı ( это еще мягко сказано). Vaxt elə gətirdi ki, əsgərlikdən qayıdandan sonra mən onun idarəolunmasına bir başa cəlb olundun və illər boyu beynimdə olan fikirləri reallaşdırmağa başladım …hələki heç yarısınıda reallaşdırmamışam, lakin inam var hələ də :)

Bundan əlavə bütün elə-obaya car salacaq və bu yöndə konkret addımlar atan, alov püsgürən əjdahalarla dolub-daşan TEN ( Şəffaf Təhsil Şəbəkəsi) fəaliyyətə yenidən, daha da KONSTRUKTİV (sevirəm də bu sözü) şəkildə, başladı! Mən burda olan gənclərə heyranam, hər birisinə ayrı-ayrılıqda! Bu gənclər çox fərqlidirlər, bu gənclər iddialıdırlar, bu gənclər əsl gənc olaraq optimist, gülərüz və böyük İNAMA malikdirlər! İnam demişkən, belə getsə, bu blogumdakı yazıların yarısı İNAM,PRİORİTET və …SEVGİ barəsində olacaq  :)

Həyatımda axır aylar tüğyan edən hava şəraiti dəyişkən, parçalı buludlu, səhra günəşinin istisindən alışıb yanan və zamanla Sibir çöllərinə meydan oxuyacaq dərəcədə soyuq olub. Ancaq, məncə bu ƏSL həyatdir! Mən vaxtında həddindən artıq rasional olmuşam, hər şeyi qanuna uyğun, heç kimin xətrinə dəyməsin deyə öz marağımnan imtina etmişəm….indi isə , Allah bir nəfərin canına dəyməsin..qarşınızda ayrı bit Toğrul dayanıb.

Gənclərlə işləməyi çox sevirəm, indi bunu daha da yaxşı anladım. inanıram ki, onlarda mənimlə işləməkdən əziyyət çəkmirlər. Sadəcə bütün TEN əjdahalarımdan bir xahişim var : imkan daxilində yadıma salın ki, bura tez-tez fikirlərimi vazım, yoxsa gocalıb gedirəm :)

TEN Faza 2 böyük bir sürətlə Azərbaycan təhsil sistemi avtoparkına daxil üzərədir……özünüzü qoruyun, biz gəlirik!

Şərhlər

şərhlər

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *