İstedad və ya necə dahi böyütmək olar?


eks2Haradan bu mövzuya gəldim:
Bu yaxınlarda ailəmizdə say artımı oldu və bacanağımın bir gözəl qızı dünyaya göz açdı. O gözəl balanın çox uzaqgörən  və məsuliyyətli  xalası («по совместитеьству» mənim həyat yoldaşım) Elvira xanım artıq indidən o uşağı necə böyütmək, tərbiyyə vermək, inkişaf etmək barədə düşünməyə başladı. Mən də adəti üzrə gülərək bu mövzunun üstündən keçdim. Səhərisi gün #BookChallenge çərçivəsində oxuduğum kitabda isə rastlaşdığım bir eksperiment barədə məlumat yenidən Elviranın düşündüyü mövzuya qaytardı. Continue reading

Nəyə görə bloq lazımdır?

blog.pg«Əliabbas İş axtarışında» kitabımda «Şəxsi Brend» hissəsində qeyd etmişdim ki, gənclər sahəsindən və fəaliyyət növündən asılı olmayaraq özlərinə bloq açmalıdırlar (#məsləhətdü). Bunu oxuyan oxucularım mənə bu barədə çoxlu suallar verdiyindən düşündüm ki, növbəti yazımı mən bu mövzuya həsr edim.

İlk bloq yazım 4 sentyabr 2010cu il tarixində yazmışam. Səbəb dostlarımın məsləhəti idi — uzun-uzadı facebookda status yazmaqdansa məsləhət görmüşdülər ki, bəs «bloq aç, ürəyini boşalt». Mən də etdim və hal-hazırda oxuduğunuz bloq sayca üçüncü balamdır.  İndi arxaya baxanda görürəm ki, həyatda verdiyim ən düzgün qərarlarımdan birisi məhz bu idi.

Bloq nəyə görə lazımdır? İndi Sizin suala cavab verirəm: Continue reading