Gəlin səmimi olaq

12798890_10153828544472900_4295628643030090328_nBir təklifim var. Gəlin səmimi olaq. TV-də, məcburi söhbətlərdə, universitet müəllimləri və ya sevmədiyiniz iş (iş yoldaşları) ilə olduğunuz «səmimi»-dən yox.

Gəlin səmimi olaq. Özümüzlə tək olanda, heç kimin bizi görmədiyi, eşitmədiyi, fikir vermədiyi hallarda olan kimi səmimi olaq.

Bu yazıda Sizə və Özümə bəzi suallar verəcəm

Gəlin səmimi olaq. Bir həyatımıza baxaq, əgər ona həyat demək olarsa. Son dəfə nə zaman son dəfə ürəkdən gülmüsünüz? Son dəfə nə zaman «belə günlərdən çox olsun», «necə zor bir gün idi, ala» demisiniz? Nə zaman son dəfə gününüzü sırf özünüzə ayırmısınız və özünüzü dinləməyə çalışmısınız? Nə zaman gününüzü sırf insanlara kömək üçün ayırmısınız? Nə zaman son dəfə özünüzü çox yararlı hiss etmisiniz? Səmimi olaq gəlin, səmimi. Continue reading

Nəyə görə «yaxşı oğlan» olmaq lazım deyil?

good3Bilirsiniz, bu ölkənin bir problemi elə bu yaxşı oğlanlardır. Onlar hər yerdədirlər — evdə, işdə, küçədə, mağazada, universitetdə. Onlar bizim beynimizdə özlərinə məskən salıblar və orada yaranan nadir fikir imkanlarımızı işğal ediblər. Məhz o «yaxşıoğlanizm» fəlsəfəsi bizə diqtə edir ki, kifayətlən, artıq istəmə, yaxşı insan ol və bu sənə imkan yaradacaq ki, yaxşı iş tapasan və karyera qurasan. Continue reading

Hamı yerli mal alsın, xeyir Vətənə qalsın. Bəs nə alaq?

Sizə ilk görünüşdən bir-birinə aid olmayan 3 fikir çatdırmaq istəyirəm:

Made in Azerbaijan grunge rubber stamp on white, vector illustration— Başlıqda qeyd etdiyim şüar vaxtı ilə çox məhşur idi və zənnimcə ən «tutan» şüarlardan biri ilə oldu. Devalvasiya və böhrandan O sonra yenə aktuallaşdı, lakin camaatımız digər tərəfdən bildirdi ki, əslində bizim o qədər çox və keyfiyyətli  yerli məhsulumuz yoxdur, yəni olsa «canımız qurbandır» ona

— Bu gün Sinqapurun 31 il baş naziri olmuş Li Kuan Yu-nun kitabını oxumağa başladım. Li Kuan deyir ki, hakimiyyətə gələndə onun dövləti iflic vəziyyətində idi: 640 kv km ərazisi, 2 milliondan çox əhalisi olan dövlətin heç bir təbii sərvəti yox idi, işsizlik baş alıb gedir, digər tərəfdən isə qonşu dövlətlər olan Malayziya və İndoneziya ilə münasibətlər çox gərgin idi. Deyir ki, anladım ki, nəsə güclü bir şey qurmaq üçün biz tam yeni nəsil sinqapurlu yetişdiriməli və dünyaya fərqli məhsullar, xidmətlər təqdim etməliyik. Onlar ilk növbədə ordu qurmalı idilər və bilirsiniz onlara dəstək olan ilk dövlət hansı oldu? (Burada hərə 1 cavab verir) —  İsrail. Yəni Sinqapur kimi 0-dan yaranmış, təbii sərvəti olmayan və hal-hazırda dünyanın ən qabaqcıl dövlətlərindən birisi. Continue reading

Şükür və Kifayət

no limitsHal-hazırda Fərdi İnkişaf  bir trend olub və insanlar məqsədli ya daha çox məqsədsiz şəkildə bu yolda irəliləmək, həyatda müvəffəqiyyətli olmağa çalışırlar. Mən də bu işdə töhfəçi olmaq istəyirəm və bir çox insana kömək ola biləcək və şəxsən istifadə etdiyim alətimlə bölüşmək istəyirəm. Tanış olun, balamın adı ŞEK-dir (dəqiq Şrek deyil!)

Onu yadda saxlamaq çox asan və tətbiq etmək çox rahatdır, lakin Onu anlamaq üçün ilk növbədə adını izah etməliyəm.  Bu alət-düstur iki sözdən, ifadədən, anlamdan ibarətdir — Şükür və Kifayətdən. İndi düşünə bilərsiniz ki, «nə dəxli? bu sözlər bizi necə inkişaf etdirəcək ki?», lakin tələsməyin. Dərindən nəfəs alın, su için və davam edin :)  Continue reading

Ölsəm bağışla

lifeanddeath Bir etiraf etməliyəm. Son bir-iki ildə ölüm barədə çox tez-tez düşünməyə başlamışam. Yox, Əlhəmdulillah özümü öldürmək fikrindən uzağam. Sadəcə ona bir mütləq hamını keçəcəyi bir stansiya yanaşıram və nə yalan deyim, qorxuram.

Bir etiraf edim, ildən ilə sosial şəbəkələrdə artan dostlarımın içində həyatlarını dəyişənlərin profillərinə mütəmadi daxil oluram. Yox, dəli deyiləm (amma indi onsuzda kimin ağıllı, kimin dəli olmasını demək belə çətindir). İlk günlərdə çox adam ora yazır, aylar sonra isə bir əlin barmaq sayı qədər insan qalır.  Continue reading

Nəyə görə bloq lazımdır?

blog.pg«Əliabbas İş axtarışında» kitabımda «Şəxsi Brend» hissəsində qeyd etmişdim ki, gənclər sahəsindən və fəaliyyət növündən asılı olmayaraq özlərinə bloq açmalıdırlar (#məsləhətdü). Bunu oxuyan oxucularım mənə bu barədə çoxlu suallar verdiyindən düşündüm ki, növbəti yazımı mən bu mövzuya həsr edim.

İlk bloq yazım 4 sentyabr 2010cu il tarixində yazmışam. Səbəb dostlarımın məsləhəti idi — uzun-uzadı facebookda status yazmaqdansa məsləhət görmüşdülər ki, bəs «bloq aç, ürəyini boşalt». Mən də etdim və hal-hazırda oxuduğunuz bloq sayca üçüncü balamdır.  İndi arxaya baxanda görürəm ki, həyatda verdiyim ən düzgün qərarlarımdan birisi məhz bu idi.

Bloq nəyə görə lazımdır? İndi Sizin suala cavab verirəm: Continue reading