Ölsəm bağışla

lifeanddeath Bir etiraf etməliyəm. Son bir-iki ildə ölüm barədə çox tez-tez düşünməyə başlamışam. Yox, Əlhəmdulillah özümü öldürmək fikrindən uzağam. Sadəcə ona bir mütləq hamını keçəcəyi bir stansiya yanaşıram və nə yalan deyim, qorxuram.

Bir etiraf edim, ildən ilə sosial şəbəkələrdə artan dostlarımın içində həyatlarını dəyişənlərin profillərinə mütəmadi daxil oluram. Yox, dəli deyiləm (amma indi onsuzda kimin ağıllı, kimin dəli olmasını demək belə çətindir). İlk günlərdə çox adam ora yazır, aylar sonra isə bir əlin barmaq sayı qədər insan qalır.  Continue reading

Kitabxanam: Vendi Suzuki — Öz beyninə aşiq olmuş qız

vendi3
#Bookchallenge artıq ikinci həftədir davam edir və bu həftə Sizə çox fərqli bir kitabın resenziyasını təqdim edəcəm.

Necə tapdmMən bəxt yox, qismətə inanan bir ümmətin nümayəndəsi olaraq qeyd etməliyəm ki, ilk həftə bitirdiyim kitabdan sonra mənim oxumalı olduğum bir ton kitab var idi. Birini hətta seçdim, başladım oxumağa , hətta ilk hissədə idim. Birdən  «случайно» facebooka girdim və orada «Alpina Publisher» nəşriyyatının səhifəsi qabağıma çıxdı bu kitab barədə məlumatla bir yerdə. Kitabın adı məni «tutdu», sonra bir az kitabdan 1-2 hissə oxudum və düşündüm ki, bu kitabı araşdırmaq olar. 10 dəqiqə sonra artıq bu kitabı oxumağa başlamışdım Continue reading

Həmrənglik bayramı

1909568_10153176731767691_3399907731088814086_nUşaqlıqdan bəri kalendarın bu günü bizim üçün önəmli olub. Bu günə biz həftələrlə hazırlaşırdıq — fişənglər və «zırpaketlər» alırdıq, ən yaxşı paltarımızı hazırlayırdıq və hədiyyələr gözləyirdik, çünki bu gün Yeni İl idi.

Düzdü, TV-də bizə Yeni İl ilə bir yerdə həm də  «Həmrəylik Bayramı»-nında bu gün olduğunu öyrənirdik və ona görə də «Bayramlarınız mübarək» deyirdik, lakin bu bayramın çoxumuz heç mənasını anlamırdıq, bəlkə ona görə ki, ona görə bizə hədiyyə etmirdilər :) Continue reading

Tələbəyəm. 2016-cı ildə nə edim?


bohreİngilis dilində sevdiyim bir söz var — «challenge» və o məhz «çətinlik», «çağırış» kimi tərcümə olunur.  Son günlərdə baş verənləri görüb mən 2016-cı il barədə bir şeydə əminəm — gələn il bir çox insan, şirkət, qurum və ümumiyyətlə ölkəmiz üçün bir çağırış olacaq. Bu böhran içində ən az hazırlıqlı olanlar fikrimcə gənclər, tələbələrdir və bu yazı onlara məsləhət xarakteri daşıyır.

Onlar bəlkə kimlərsə üçün sadə, primitiv səslənə bilər, lakin əminəm ki, bilməyənlər tapılacaq, bilənlər isə yenidən əmin olacaqlar. Di getdik :) Continue reading

Sən olsan nə edərdin?

infBiz insanlar yaxşı günə çox tez öyrəşirik, pis günlə isə nəyi var dirəşirik, qəbul etmirik. Bəlkə, bu bizim xislətimizdə var. Son bir ildə (böhranın bura dəxli yoxdur) daha tez-tez ölüm xəbərləri eşidirəm. Səmimi deyim, tanıdığım və ya tanımadığım kim olursa olsun bu məni sarsıdır və bir neçə gün özümə gəlməyə çalışıram. Bir insan olaraq – qorxuram, bir müsəlman olaraq oyanmağa çalışıram.

Continue reading

Taburetka sevgisi

levNə vaxtsa sirkdə olmusunuz? Olmamısınızsa belə yagin film və cizgi filmlərində bu səhnəni görmüsünüz: bir fiziki güclü kişi xeylağı pələng ya şir olan bir dəmir çubuqlu «qutuya» girir. Lakin əlbətdə ki, əli boş girmir — bir əlində qamçı, bir əlində kətil (taburetka) olur və taburetkanın ayaq hissəsi heyvana tərəf yönəlik olur. Bəs heç düşünmüsünüz mü nəyə görə bu prosses belə baş verir?  Continue reading