Nə yedin bu günə düşdün?

skyhighDünya qloballaşır, ölkələr arasında sərhədlər silinir, insanlar bir-birini daha yaxşı tanıyır, Elon Musk Marsa kütləvi səyahətlər başlatmaq istəyir, bizim insan isə hələ də öz sevdiyi işlə məşğul olur.

Əvvəla onu deyim ki, bu yazını ona görə yazıram ki, mənim son vaxt dəyişdiyimi, vescsiz olduğumu düşünən və ya «sən necə belə yaşayırsan» deyən insanlar məni anlasınlar. Onlar anlamasalar belə mən özüm-özümü ifadə edə bilim. Continue reading

Ramadan bitdi. Bəs Sonra?

Başlamasıyla bitməsi bir göz qırpımında olan Müqəddəs Ay özüylə bir yerdə bir çox fikir, düşüncə və təəsürat gətirdi. Mən də tənbəllik etməyib onları unutmamaq üçün bir yazı şəklinə salmaq qərarına gəldim. Qeyd etmək istəyirəm ki, bu ilk növbədə özümə nəsihətdir, sonra isə bu cümlələri oxuyan əziz müsəlman bacı və qardaşlarıma. Continue reading

Dələlər və «Əşyaçılıq»

— А мне здесь нравится. В Америке вся сила мира.
— А в чём сила, брат?
— А вот в чём — в деньгах вся сила, брат! Деньги правят миром, и тот сильней, у кого их больше.
— Ну хорошо, вот много у тебя денег. И че ты сделаешь?
— Куплю всех!
— И меня?
Брат 2

vinniBu yaxınlarda bir yazı (buradan oxuya bilərsiniz — link ) oxudum — bir neçə ildir Asiyada yaşayan bir həmvətənimizin hekayəsini. Son illərdə oxuduğum ən maraqlı və gözəl bir müsahibə olması ilə bir yerdə mən özüm üçün bir şeyi anladım — biz əslində düz yolla getmirik.Yazının ən çox bəyəndiyim bir hissənin tərcüməsini sizinlə paylaşmaq istərdim:
Continue reading

Ağaca dırmanan balıqlar

imagesHardasa on gün bundan əvvəl səhər işdə oturub oyanmağa çalışırdım. Bəli, məhz oyanmağa, çünki fikrimcə səhər 9-da bir insanın əmək fəaliyyəti göstərməyi çox çətindir. Qəhvə içdim, alma yedim, beynimdə 3-5 jim etdim və növbəti terapiya yöntəminə keçmək üçün facebook-mu açdım. İnbox-a baxdım ki, bir neçə ismarıc gəlib və onlardan birisi mənə bu yazını yazmaq fikrinə gətridi.
einstein
Continue reading

Deadline-lı oyunlar

Hardasa üç həftə bundan əvvəl facebook dostluğumda olan bir nəfərin ölüm xəbərini eşitdim. Şəxsən tanımasam belə ictimai fəaliyyətinə görə tanıyırdım və fikirlərini izləyirdim. O şəxsin səhifəsinə daxil olanda bir paylaşım marağımı cəlb etdi —  rəhmətlik ölümündən iki-üç gün əvvəl dünyasını dəyişmiş Demis Russosun mahnısını paylaşıb » bu da belə getdi» yazmışdı. Hardan bilərdi ki, özü də bir neçə gün sonra dünyasını dəyişəcək? Continue reading