Sən kimsən? Oyunçu ya Tamaşaçı

On iki yaşım olanda mən düşünürdüm ki, mən dahiyəm, sadəcə nəyəsə görə bunu heç kim görmür. Belə düşünürdüm: «Ya dahiyəm və dəli. Hansındanam görəsən? Dəli olsaydım yagin dəlixananda olmalıydım. Deməli mən dahiyəm»

Con Lennon

yaziqBu gün söhbət əsnasında mənə çatdı ki, sən demə 10 ilə yaxındır ki, Bakıda yaşayıram və maraqlısı odur ki, bu 10 ildə bəlkə 10 dəfə mənim çevrəm, ətrafım dəyişib: sinif yoldaşlarım, qrup yoldaşlarım, təşkilatlar, AEGEE, GFDM və s. Əsas dəyişiklik əsgərlikdən sonra olda və mən demək olar ki, ətrafımız 0-dan yığmağa başladım. Səbəbini o vaxt anlamırdım, lakin son aylarda sadəcə anladım. İndi onu Sizinlə bölüşürəm Continue reading

Dostunu göstər mənə

5-1Hardasa 1 ay əvvəl bir fikir oxudum və facebook profilimdə paylaşdım. O fikirdə deyilirdi ki, «Sən ən çox vaxt keçirdiyin, danışdığın 5 nəfərin ortalamasısan» . (Cümləni anlamaq üçün bir də oxuya bilərsiniz.)

Sonra baş verənlər daha da maraqlıydı — mənə bir neçə insan yazaraq bildirdi ki, bəs bu fikir onları çox düşündürdü. Özüm də elə onların bu sözlərindən «çorta» düşüb başladım içimdə qazıntı aparmağa və bu gün bu nəticələri bölüşmək istəyirəm: Continue reading

Şerifin dərsləri

abi1Bu həyatda ən qorxduğum hallar məyusluq hallarıdır — sevdiyim, bəyəndiyim kəslərin, yerlərin və s. dəyərini itirməsidir. Misal üçün, bu qorxu mən də hər dəfə İstanbula gedəndə olur. Məni tanıyanlar bilir ki, İstanbulun vurğunuyam və hər dəfə ora gedəndə qorxuram ki, o sevgi, o vurğunluq, o fərqlilik keçər, itər. Bu gün Ahmet abimin seminarına gedəndə də eyni hissləri keçirirdim — qorxurdum ki, bu rəğbət, bu hörmət itər və növbəti ifrat PR olunmuş bu məhsulu görüm səhnədə. Continue reading