Kitabxanam: Piter Quber — Qalib gəlmək üçün hekayəni danış

talk6BookChallenge başlayandan mənim ən çox çətinlik çəkdiyim işlərdən birisi oxumağa kitab tapmaqdır. Səbəb olaraq onu qeyd edə bilərəm ki, oxumaq istədiyim kitablar barədə çox seçiciyəm və oxucularımı ən yaxşı kitablarla təmin etmək istəyirəm. Bu dəfə danışacağım kitab bir çoxlarınız üçün bir ilkdir, müəllifi barədə çətin ki, eşidəsiniz və kitabın adı Sizə bir məlumat vermir. Mən bu kitabı necəsə təxminən 1 il bundan əvvəl almışdım, «təsadüfən» və keçən həfət oxumağa kitab axtaranda qarşıma bu çıxdı. Çarəsizlikdən seçdiyim kitab əslində bu il oxuduğum ən praktik kitablardan birisinə çevrildi. Ruslar demiş, «обо всем по порядку». Continue reading

Kitabxanam: Stiven Kovi — Yüksək effektli insanlarin yeddi vərdişi

Stephen-CoveyBu kitab barədə yalan olmasın 5-6 ildir ki, eşitmişdim, lakin nəsə əlim, ürəyim gəlmirdi ki, onu oxuyum. Hər zaman qarşıma ayrı bir kitab çıxırdı və bu yadımdan çıxırdı. Axırda qərara aldım ki, tay bəsdi və kişi oturub bu kitabı oxumalıyam. Oxudum, özüdə necə oxudum. Aşağıda fikirlərimi daha ətraflı qeyd etmişəm, sadəcə onu deyim ki, indi anladım ki, insanlar nəyə görə bu qədər Kovi vurğunudurlar :)

Müəllif kimdir: Stiven Kovi Amerikada etalon kimi təqdim olunan bir adam idi. Təlimçi, məsləhətçi, yazar, dini dəvətçi və nümunəvi bir ata idi. New York Times Bestseller siyahısına daxil olmuş bir neçə kiabın müəllifi, kitabları 20 milliondan artıq tirajla 40 dilə tərcümə olunub. O yazıçı, mütəfəkkir olmaqla bir yerdə həm yaxşı ata idi — özündən sonra 9 övlad və 52 nəvəsi qalıb (2003cü ildə nümunəvi atalığa görə hətta mükafat belə alıb).

Continue reading

Kİtabxanam: Barbara Şer — Xəyal etmək gözəldir!

bar2 Əziz oxucum,  #BookChallenge çərçivəsində oxuduğum artıq 10-cu kitabın resenziyasını Sizə təqdim edirəm. Gözəl dostum İlahə Moskvadan işgüzar səhərdən gələndə kitablara qarşı olan platonik sevgimi bilib mənə 2-3 kitab gətirdi və onlardan birini mən nəhayət ki, oxuya bildim. Oxudum və onun barədə fikirlərimi Sizinlə bölüşəcəm. Az sooonra!

Əvvəlcədən onu deyim ki, Qərblilərin məqsəd və xəyal mövzularında yazdığı kitablara birmənalı yanaşmıram, ələxsus da » bir aya necə istədiyini əldə edə bilərsən» ya «istə — yetər» səpkisindən olan kitablar və ifadələr mən də gülüşdən başqa bir hiss yaratmır, lakin bu kitabın yanaşması fərqlidir.

Continue reading

Kitabxanam: Henri Ford — Mənim həyatım, mənim nəaliyyətlərim

Mford2artın ikinci kitabını seçmək üçün çox əziyyət çəkdim və nəticədə qərara gəldim ki, bu dəfə ABŞ avtomobil sənayəsinin atası, konveyer üsullu istehsalatın banisi Henri Fordun «Mənim həyatım, Mənim nəaliyyətlərim» kitabını nəzərdən keçirim. Əvvəldən deyim ki, heç təəsüflənmədim və təəsüratlarımı aşağıda qeyd etmişəm. Continue reading

Kitabxanam: Keyt Ferazzi — Heç zaman tək yeməyin

51AYwR+XWKL._SX324_BO1,204,203,200_Fevralın son kitabını çoxdan oxumaq istəyirdim və nəhayət qərar verdim ki, onu oxub həzm edim. Bu gün qonağımız Keyt Ferrazzi və onun «Heç zaman tək yemək yemə» kitabıdır.

Müəllif barədə: Müəllifi qısa olaraq təqdim edəsi olsam deyərəm ki, Forbes jurnalının fikrincə «dünyanın ən ünsiyyətçil insanlarından birisi» və dünyanın ən güclü, yaxşı netvorkçusudur (şəbəkəlməyi bacaran insanı). Keyt demək olar ki, şəbəkəşməyi bir sənətə çevirib və özünün dediyinə görə telefon kitabçasında şəxsən tanıdığı 5000-dən çox insanın əlaqə vasitələri var. Forbes, The Wall Street Journal, HarvardBusiness Review kimi yerlərdə məqalələri dərc olunub. Bu günə kimi Deloitte və Starwood Hotels kimi böyük şirkətlərdə marketinq direktoru vəzifəsində çalışıb və hal-hazırda özünün Greenlight şirkəti var. Continue reading

Kitabxanam: Coşqun Kərimov — KVAN

kvanİlk dəfə olaraq #BookChallenge-də bir Azərbaycanlının öz doğma dilimizdə yazdığı bir kitabı oxudum və çox sevincliyəm. Mənim sevincim bir vətəndaşın dolmanın ya lavaşın bizim olmasını sübut edəndə keçirdiyi sevincdən deyil. Yox, bu sevinc bir başqa sevincdir və əsas səbəbi odur ki, müəllifin dili ilə desək, «Əcəmidə qalan bir oğlan» ölkə səviyyəsini aşan, minimul regional səviyyədə əhəmiyyətli bir kitab yazıb. Lakin gələn hər şeyi öz sıasıyla izah edim. Continue reading