Kitabxanam: Coşqun Kərimov — KVAN

kvanİlk dəfə olaraq #BookChallenge-də bir Azərbaycanlının öz doğma dilimizdə yazdığı bir kitabı oxudum və çox sevincliyəm. Mənim sevincim bir vətəndaşın dolmanın ya lavaşın bizim olmasını sübut edəndə keçirdiyi sevincdən deyil. Yox, bu sevinc bir başqa sevincdir və əsas səbəbi odur ki, müəllifin dili ilə desək, «Əcəmidə qalan bir oğlan» ölkə səviyyəsini aşan, minimul regional səviyyədə əhəmiyyətli bir kitab yazıb. Lakin gələn hər şeyi öz sıasıyla izah edim. Continue reading

Şükür və Kifayət

no limitsHal-hazırda Fərdi İnkişaf  bir trend olub və insanlar məqsədli ya daha çox məqsədsiz şəkildə bu yolda irəliləmək, həyatda müvəffəqiyyətli olmağa çalışırlar. Mən də bu işdə töhfəçi olmaq istəyirəm və bir çox insana kömək ola biləcək və şəxsən istifadə etdiyim alətimlə bölüşmək istəyirəm. Tanış olun, balamın adı ŞEK-dir (dəqiq Şrek deyil!)

Onu yadda saxlamaq çox asan və tətbiq etmək çox rahatdır, lakin Onu anlamaq üçün ilk növbədə adını izah etməliyəm.  Bu alət-düstur iki sözdən, ifadədən, anlamdan ibarətdir — Şükür və Kifayətdən. İndi düşünə bilərsiniz ki, «nə dəxli? bu sözlər bizi necə inkişaf etdirəcək ki?», lakin tələsməyin. Dərindən nəfəs alın, su için və davam edin :)  Continue reading

Kitabxanam: Erik Bertran Larssen — Özünə yazığın gəlməsin

erikBookChallenge çərçivəsində 4-cü kitabımı təqdim edirəm Sizə, hörmətli oxucum və bu kitab Norvecin ən tanınmış psixoloji təlmçisi Erik Bertran Larssenin «Özünə yazığın gəlməsin» kitabıdır.  Buyurun, nuş edin!

Kitab müəllifi barədə: Erik adi bir Norveç ailəsində dünyaya gəlib. Məktəb vaxtı sinifdə ən balaca, ən cılız uşaq o idi. 12 yaşı olanda sinif yoldaşları onun belinə qar doldurur və Erik buna çox əsəbləşərək özünə söz verir ki, Norveçin ən güclü, dözümlü adamı olacaq. bir neçə il sonra o Norveçin ən hörmətli hərbi güvvələri olan hərbi hava desantçılarına yazılmaq istəyir. Ənənəyə əsasən kursant olmaq üçün namizədlər «Cəhənnəm həftəsi» deyilən 1 həftəlik yoxlama düşərgəsinə qatılırlar. İlk il cəmi 2  nəfər seçilirdi və Erik 3cü olur. Gələn il o yenə qoşulur bu yarışa və cəmi 1 nəfərin seçildiyi düşərgədə 1ci yeri tutur. Hərbi fəaliyyəti zamanı dünyanın ən ağır şəraitli yerlərində xidmət edib — Kosovo, Bosniya, Afqanistan və s. 10 ilə yaxın xidmət edəndən sonra o həyatını dəyişmək qərarına gəlir və İqtisadiyyət sahəsi üzrə maqistr dərəcəsi alır. Bir ara rekrutinqlə məşğul olur və nəticədə özünü kouçinq sahəsində sınamağa qərar verir. O dövrdən başlayaraq Norveçin ən titullu, uğurlu idmançılarını və biznesmenlərinin kouçudur (məsləhətçisi deyək). Qısası, insan çox təcrübəlidir. Continue reading

Kitabxanam: A.Ş.İzgören — Şu hortumlu dünyada fil sadece bir hayvandır

fil1Book Challenge çərçivəsində 3 həftə kitab seçmək kifayət qədər çətin oldu. 2 kitabı başladım, lakin nəyəsə görə bir az oxuyandan sonra başını buraxdım. Sonra ağlıma müəllimim İzgörən düşdü və düşündüm ki, bu layihə çərçivəsində onun da kitabları olmalıdır. Bu kitabla mən əslində daha tez tanış olmalıydım — təsəvvür edin ki, bu kitabı iki dostuma hədiyyə etmişəm, lakin nəyəsə görə hələ oxumaq qisməy deyil idi. İndi isə qismət oldu. Di getdkik! Continue reading

Kitabxanam: Riçard Brenson. «Bakirəliyimi itirərkən»

brenson2 

Challenge barədə: Bu gündən, daha doğrusu bu həftədən mən ÖZümə challenge elan edirəm. Buna əsasən mən 2016-cı il ərzində hər həftə bir kitab oxuyaraq onun qısa məzmununu yazı olaraq Sizinlə bloqumda paylaşacam (ən azı, çalışacam). Dəyərli bloqqer yoldaşlarımın kitab mövzusuna diqqət yetirmələri çox xoşdur. İnanıram ki, bu il çətin il olmaqla bir yerdə bizim xalq üçün inkişaf baxımından xeyirli olar. Continue reading