Şerifin dərsləri

abi1Bu həyatda ən qorxduğum hallar məyusluq hallarıdır — sevdiyim, bəyəndiyim kəslərin, yerlərin və s. dəyərini itirməsidir. Misal üçün, bu qorxu mən də hər dəfə İstanbula gedəndə olur. Məni tanıyanlar bilir ki, İstanbulun vurğunuyam və hər dəfə ora gedəndə qorxuram ki, o sevgi, o vurğunluq, o fərqlilik keçər, itər. Bu gün Ahmet abimin seminarına gedəndə də eyni hissləri keçirirdim — qorxurdum ki, bu rəğbət, bu hörmət itər və növbəti ifrat PR olunmuş bu məhsulu görüm səhnədə. Continue reading

Zefir testi və İradə

test2Keçən həftə yazdığım yazıdan özüm ləzzət aldım. Əslində, bir yazıçı, şair, rəssam, təlimçi və ya hər hansı fikir məhsulunu paylaşan fərd üçün özünün məmnuniyyət alması şərtdir. O yazıdan «qaza gəlib» araşdırmalarımı davam etdirdim və digər maraqlı bir mövzu ilə yenidən qarşınızdayam.

Müvəffəqiyyət, uğur mövzularına yaxın çoxlu təlim-seminarlar verdiyimdən mənə çox vaxt sual verirlər: «Bəs necə Ona nail ola bilərik?». Sual verənlər çox vaxt məndən sadə düstur, rahat cavab və tənbəli belə hərəkətə gətirən bir yanaşma istəyirlər. Belə baxanda dünyada minlərlər uğura nail olmuş insanlar var və əlbəttə ki, onların hər birinin yolu individualdır, lakin yolları araşdırsaq görərik ki, eyni olan məqamlar heç də az deyil. Continue reading

Azadlıqdan qaçanlar və ya İonaçılar kimlərdir?

“Əgər qüvvəniz Sizə çox əhəmiyyətli şəxsiyyət olmağa imkan verdiyi halda, daha az əhəmiyyətli insan olmağa razı olursunuzsa, həyatda bədbəxt olacaqsınız.”

-Avraam Maslou

Biionar neçə gün bundan əvvəl səhifəmdə bir status yazmışdım, komfort zonası və onun böyüdülməsinin vacibliyi barədə. Statusa şərh olaraq bir nəfər təxminən yazdı: “Nəyə görə öz zonamdan çıxmalıyam ki? Mənə burada komfortludur”. Düzü gözlənilən cavab olsa da, bir az duruxdum və bilmədim nə cavab verim. Mənim üçün hər şey aydın idi, lakin bir anlıq fikirlərim qarışdı.

Sonra “İnkişafologiya adlı seminarıma hazırlaşır və bununla bağlıaraşdırma aprırdım. Həyatda təsadüflər əlbət ki, olmur və qabağıma Avraam Maslou və onun işləri çıxdı. Onlardan biri tam yerinə düşdü və bugünki yazım məhz o barədədir. Continue reading

İnam

Bu yaxınlarda tərəddüdlə olsa da Nik Vuyçiçin «Sərhədisiz həyat» kitabını oxumağa başladım. Tərəddüdümün səbəbi: zənnimcə, kitab yalandan PR olunmuş bir şəxsi səmimi olmayan fikirləri ilə dolu idi. İndidən çox yanıldığımı deyim. Önyarqılı darvarnmışdım. Kitabın üz qabığında yazıldığı kimi «true motivational book» başlığına layiq imiş. Onu oxuduqca və Nikin həyat və fəaliyyəti ilə tanış olduqca bu insana heyran olmamaq mümkün deyil. Hər şey bir kənara, kulminasiya nöqtəsi onun serfinq məsələsi oldu.Uşaqlıqdan suya, dənizə, hovuza hörmətim böyük olsa da elə hörmət olaraq qalıb və qarşılıqsız sevən oğlanlar kimi söhbət etirafa gəlib çıxmadı. Yəni, Mənim bu gün — sabah 26 yaşım olacağına rəğmən hələ də üzməyi öyrənməmişəm (kişinin başına iş gələr də, brad). Oxuyanda ki, əli-ayağı olmayan bir şəxs nəinki üzmək (onu o, uşaqlıqdan bilir ), hətta serfinq etməyi öyrənib məni dərd apardı. Lakin digər tərəfdən isə içimdə digər güclü bir hiss yarandı. Bütün o kitabı bir sözlə ifadə etsək ağlımıza ilk bu fikir gələr: “O edibsə, deməli mən də edə bilərəm”,- və içimizdə İNAM doğulur. Continue reading

O haradan başlayır?

pick-yourselfOnunla TANIŞLIQ:

“O”nunla ilk tanışlığım 2008-ci ildə baş vermişdi. Orxan adlı xalqımızın böyük oğlu var, «по совместительству» həmçinin, xalam oğludur. AEGEE-də işlədiyim zaman mən prezident, o isə HR menecer (və özü tərəfindən Vice-president elan olunmuşdu). O zamanlar mənə deyirdi ki, sən ondansan. Yəni, indiki loru dillə desək “sən busan”. Mən də açığı başımı bulayırdım, amma həqiqi “O”nun nə olduğunu bilmirdim. Continue reading