Qamarjoba, böyük Futbol!

DSC_0101Böyük futbol ilk dəfə idi ki, Qafqaza gəlirdi və bir futbol fanatı kimi Superkubokun Tiflisdə keçirilmə xəbərinə çox sevindim. Baxmayaraq ki,  azarkeşi olduğum komanda ora gəlməyəcəkdi, lakin mən belə bir oyunu TV-dən izləmək istəməzdim və qərara gəldim ki, onu canlı görüm. Bəli, mən də bir çoxları kimi bileti onlayn almağa çalışdım və bir çoxları kimi o saytı düzəldəni iki-üç xoş sözlə yada saldım. Dostlar sağ olsun, sonda biletlər tapıldı və çox xoşbəxt şəkildə gələcək uşaqlarımın anasıyla getdik Tiflisə! Bu yazını yazmaqda məqsədim həm bir turist-səyahətçi kimi, həm kifayət qədər təcrübəli tədbir təşkilatçısı və ən nəhayət adi bir futbol azarkeşi kimi beynimdə yaranmış fikirləri bölüşməkdir.

Continue reading

Avropanı yenidən kəşf edərkən

Mən bunu etdim. Şeytanın bacağını mı, qıçımı , harasını bilmirəm, lakin kişi kimi yay istirahətinə çıxdım, lakin payız ayında. Normal insanların istirahət etdiyi vaxtı işləyib, işlədiyi zaman istirahət etmək planını reallaşdırdım. Əslində səyahətə 2-3 həftə qalmış bundan istifadə etmək fikrindən daşınırdım  ki, yaxşı ki, əmi qızı Jalə imkan vermədi.

Planımıza əsasən 10 günlük səyahətin 8 gününü Almaniyada, 2 gününü isə Hollandiyada keçirməyi düşünürdük. Bu yazımda ən qısa şəkildə öz təəsüratlarımı və məsləhətlərimi bölüşməyi düşünürəm. Yazım qısa olmaya bilər, ona görə də yaxşı isti çay ya qəhvə hazırlayın və getdik! Continue reading