Dostunu göstər mənə

5-1Hardasa 1 ay əvvəl bir fikir oxudum və facebook profilimdə paylaşdım. O fikirdə deyilirdi ki, «Sən ən çox vaxt keçirdiyin, danışdığın 5 nəfərin ortalamasısan» . (Cümləni anlamaq üçün bir də oxuya bilərsiniz.)

Sonra baş verənlər daha da maraqlıydı — mənə bir neçə insan yazaraq bildirdi ki, bəs bu fikir onları çox düşündürdü. Özüm də elə onların bu sözlərindən «çorta» düşüb başladım içimdə qazıntı aparmağa və bu gün bu nəticələri bölüşmək istəyirəm: Continue reading

Jan Belivo «Özümün axtarışında» kitabı

jan2Salam aleykum, arkadaş! İlk kitabı paylaşandan sonra yenə anladım ki, yurdumun insanı kitabı sevir, sadəcə ona yaxşı kitablar vermək lazımdır ki,  marağını fəaliyyətə çevirəcək gücü olsun.

Bu gün fikir bildirəcəyim kitabın analoqu və ataloqunu görməmişəm və çətin ki, yaxın zamanda görüm. Məsələ onda deyil ki, bu ən maraqlısıdır. Yox, sadəcə danışdığı və keçdiyi yol ayrı heç bir yerdə tapılası deyil. Bu gün Kanadalı səyyah Jan Belivonun yazdığı «Özümü axtararkən» kitabından danışacam. Bu kitab dünyanı piyada gəzmiş insanın hekayəsidir. bəli piyada, bəli bütün dünyanı

LİNK : RUS (təəssüf ki, kitab sadəcə rusca var. orijinal isə fransızcadır).  TEDx çıxışı — LİNK Continue reading

Şerifin dərsləri

abi1Bu həyatda ən qorxduğum hallar məyusluq hallarıdır — sevdiyim, bəyəndiyim kəslərin, yerlərin və s. dəyərini itirməsidir. Misal üçün, bu qorxu mən də hər dəfə İstanbula gedəndə olur. Məni tanıyanlar bilir ki, İstanbulun vurğunuyam və hər dəfə ora gedəndə qorxuram ki, o sevgi, o vurğunluq, o fərqlilik keçər, itər. Bu gün Ahmet abimin seminarına gedəndə də eyni hissləri keçirirdim — qorxurdum ki, bu rəğbət, bu hörmət itər və növbəti ifrat PR olunmuş bu məhsulu görüm səhnədə. Continue reading

Tina Siliq «Özünü yarat»

«Ən maraqlısı Siz gözlənilən yoldan qırağa çıxanda, oturuşmuş gözləntilər və inamlara sorğulamağa başlayanda və özünüzə

ətraf dünyada olan tükənməz imkanlara baxmağa icazə verəndə başlayır»

tinaÇoxdan düşünürdüm ki, oxuduğum kitabları paylaşmağa başlayım, lakin bilmirdim ki, bunu hansı formatda edim. Sonda qərar verdik ki, bunları qısa resenziya şəklində edək və burada paylaşaq.

Qərar verəndən sonra 2ci sual yarandı – hansı kitabdan başlayım. Bir az düşündüm və cavab özü-özlüyündə gəldi — ən yaxşılardan başlamaq qərək.

2014cü ildə oxuduğum ən yaxşı 3 kitabdan biri – Tina Siliqin “Özünü yarat”-dan  (və ya “20 yaşımda nəyi bilmək istərdim”) başlayıram. Continue reading

Zefir testi və İradə

test2Keçən həftə yazdığım yazıdan özüm ləzzət aldım. Əslində, bir yazıçı, şair, rəssam, təlimçi və ya hər hansı fikir məhsulunu paylaşan fərd üçün özünün məmnuniyyət alması şərtdir. O yazıdan «qaza gəlib» araşdırmalarımı davam etdirdim və digər maraqlı bir mövzu ilə yenidən qarşınızdayam.

Müvəffəqiyyət, uğur mövzularına yaxın çoxlu təlim-seminarlar verdiyimdən mənə çox vaxt sual verirlər: «Bəs necə Ona nail ola bilərik?». Sual verənlər çox vaxt məndən sadə düstur, rahat cavab və tənbəli belə hərəkətə gətirən bir yanaşma istəyirlər. Belə baxanda dünyada minlərlər uğura nail olmuş insanlar var və əlbəttə ki, onların hər birinin yolu individualdır, lakin yolları araşdırsaq görərik ki, eyni olan məqamlar heç də az deyil. Continue reading

İnam

Bu yaxınlarda tərəddüdlə olsa da Nik Vuyçiçin «Sərhədisiz həyat» kitabını oxumağa başladım. Tərəddüdümün səbəbi: zənnimcə, kitab yalandan PR olunmuş bir şəxsi səmimi olmayan fikirləri ilə dolu idi. İndidən çox yanıldığımı deyim. Önyarqılı darvarnmışdım. Kitabın üz qabığında yazıldığı kimi «true motivational book» başlığına layiq imiş. Onu oxuduqca və Nikin həyat və fəaliyyəti ilə tanış olduqca bu insana heyran olmamaq mümkün deyil. Hər şey bir kənara, kulminasiya nöqtəsi onun serfinq məsələsi oldu.Uşaqlıqdan suya, dənizə, hovuza hörmətim böyük olsa da elə hörmət olaraq qalıb və qarşılıqsız sevən oğlanlar kimi söhbət etirafa gəlib çıxmadı. Yəni, Mənim bu gün — sabah 26 yaşım olacağına rəğmən hələ də üzməyi öyrənməmişəm (kişinin başına iş gələr də, brad). Oxuyanda ki, əli-ayağı olmayan bir şəxs nəinki üzmək (onu o, uşaqlıqdan bilir ), hətta serfinq etməyi öyrənib məni dərd apardı. Lakin digər tərəfdən isə içimdə digər güclü bir hiss yarandı. Bütün o kitabı bir sözlə ifadə etsək ağlımıza ilk bu fikir gələr: “O edibsə, deməli mən də edə bilərəm”,- və içimizdə İNAM doğulur. Continue reading