Dələlər və «Əşyaçılıq»

Paylaş!
— А мне здесь нравится. В Америке вся сила мира.
— А в чём сила, брат?
— А вот в чём — в деньгах вся сила, брат! Деньги правят миром, и тот сильней, у кого их больше.
— Ну хорошо, вот много у тебя денег. И че ты сделаешь?
— Куплю всех!
— И меня?
Брат 2

vinniBu yaxınlarda bir yazı (buradan oxuya bilərsiniz — link ) oxudum — bir neçə ildir Asiyada yaşayan bir həmvətənimizin hekayəsini. Son illərdə oxuduğum ən maraqlı və gözəl bir müsahibə olması ilə bir yerdə mən özüm üçün bir şeyi anladım — biz əslində düz yolla getmirik.Yazının ən çox bəyəndiyim bir hissənin tərcüməsini sizinlə paylaşmaq istərdim:

«Məncə bu gün bizdə pula sitayişdən daha çox əşyalara sitayiş var. İnsanlar onlara sırıdılan əşyalardan, komfortdan, stereotiplərdən çox aslıdırlar. Bu elə bir zombi cəmiyyətdir ki, orada ən böyük arzun brend paltar geyinmək, ən gözəl oteldə yaşamaq, ən bahalı restoranda yemək yeməkdir. İnsanlar işləyirlər ki, nəsə çatdırsınlar, nəyinsə bir hissəsinə sahib olsunlar. Lakin hər hansı anın həzzini, misal üçün okeanın gözəlliyini hiss etmək üçün  onların nə vaxtı, nə gücü, nə də pulu yoxdur.»

Qızıl sözlərdir! Biz sanki bir dairəyə salınmış dələlər (ya dəlilər) kimi elə hay qaçırıq, lakin düşünmürük ki, bəs bunun sonu nə olacaq. Mənim yuxarıda qeyd etdiyim səhv yol  «avropa-milli dəyərlər», «mini-ətək — hicab» söhbəti deyil. Mən dediyim odur ki, biz əslində deyəsən bu həyatı dərk etməmişik.

Bax dostum. İki çox vacib anlam var bu həyatda — uğur və xoşbəxtlik. Bu gün yolda dostumuz Bayramla söhbət edəndə o fikrə gəldik ki, bizdə bu amillərə əsasən insanı qiymətlədirmək istəyəndə onun, yani o insanın, əlində olan əşyalarının sayı ilə qiymətləndirirlər. Misal üçün, filankəsin iki evi var, üç maşını var, dörd arvadı var (yaxşı əsəbləşmə, zarafat edirəm :) ) və s. Müasir insanın dini islam deyil, xristianlıq deyil, «əşyaçılıq»-dır. Biz düşünürük ki, əgər kiminsə fln qədər fln şeyi varsa o uğurludur və «aftomatik» olaraq xoşbəxtdir. lakin çox pis yanılırıq, çox! İnsanı
uşaqlıqdan öyrədirlər ki, yığ, çox yığ, doyunca yığ :)

kotikBir gözəl qısametrajlı filmdə deyilən kimi, insan paylaşdığı qədər zəngindir. Paylaşdığı, yığdığı yox. Cəmiyyət isə bunu əks anladığı qədər elə yığmaqla məşğuldur. Düşünürlər ki, bu dünyanın naz-neymətini yığdıqca daha da xoşbəxt olacaqlar. Belə də elə həyatının sonuna kimi yığmaqla məşğul olan insanlar dayanıb həyatdan həzz ala bilmirlər, çünki onlar yığmalıdırlar.

Sünilik çoxdur. Tırkaya getmə çoxdur. Geriyə qalma qorxusu çoxdur. İsrafçılıq çoxdur. Sadəcə bizim toylara baxın bəs edər. Bir «köpəy oğlu» nəsə başladan kimi və 2-3 nəfər ona dəstək olan kimi biz də qoşulub «flnkəs etdi, qoy məndə edim» deyirik. Filankəsin başına daş. Onun ağlı yoxdur, bəs sənə nə olub? Düşünmürük, qardaş, düşünmürük. Bir gözəl qızın dediyi kimi, «atamın ən böyük arzusu (uğuru) evdəki TV diaqonalının davamlı böyütmək idi».

Mən qətiyyən negativ deyiləm, əksinə çox sevinirəm ki, çıxış yolunu görürəm. Sadəcə dayanıb, beynimizi qurub məsələyə soyuq başla baxmaq lazımdır. Xoşbəxtlik, uğur, həyat və dəyərlərimiz barədə yenidən düşünməliyik. Misal üçün müsahibədə söz açılan şərq cəmiyyəti və onun «köhnə kişi»-ləri qarınları ac olsa belə, qəlbin və ruhun toxluğuna fikir verirlər. Onlar çoxdan dərk ediblər ki, əsl uğur və xoşbəxtlik daxildədir. Ona görə də onlar daha az depressiyaya düşürlər, daha çox gülümsəyirlər və daha çox bu həyatda xoşbəxt olurlar.

ushaqBir həftə bunndan əvvəl bir nəfər tanışımla danışdım. Həyatda gördüyüm ən çox çalışan, işə vaxt ayıran şəxslərdən birisidir. Danışıq əsnasında dedi ki, bəs mən bir neçə zaman əvvəl bir dərs aldım və anladım ki, həyat sadəcə işdən ibarət deyil və biz pul dalınca qaçdığımız zaman həyat əks istiqamətdə qaçır. O gündən sonra özümə vaxt ayırmağa başladım, idmana başladım (o vaxt çəkisi aşağısı 110 kilo idi), dörd yarım marafon və bir bütöv marafon qaçmışam, keçən il bütün Hollandiyanı velosipedlə gəzmişəm və keçən həftə velosipedlə (!) Nabrana gedib gəlmişəm. İndi isə qərara gəldim ki, bloq açıb bu öydəndiklərimi gənclərlə bölüşüm.

Bu mövzuda səhərə kimi danışa bilərəm sadəcə səni yormaq istəmirəm, dostum. İstəyirəm bir az düşünəsən. Yazını bu gün atamla danışanda eşitdiyim gözəl bir sözlər bitirmək istəyirəm. Şair (atam 50 yaşında özündə şairlik qabiliyyətləri aşkarlayıb. yani biz ailəlikçə yazanıq :) ) deyir ki, insanı ən böyük uğuru onun insaniyyətidir. Tam razıyam!

Hər şey yaxşı olacaq. Bu gün olmasa da, sabah olmasa da olacaq!

Şərhlər

şərhlər

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *