Gəlin səmimi olaq

Paylaş!

12798890_10153828544472900_4295628643030090328_nBir təklifim var. Gəlin səmimi olaq. TV-də, məcburi söhbətlərdə, universitet müəllimləri və ya sevmədiyiniz iş (iş yoldaşları) ilə olduğunuz «səmimi»-dən yox.

Gəlin səmimi olaq. Özümüzlə tək olanda, heç kimin bizi görmədiyi, eşitmədiyi, fikir vermədiyi hallarda olan kimi səmimi olaq.

Bu yazıda Sizə və Özümə bəzi suallar verəcəm

Gəlin səmimi olaq. Bir həyatımıza baxaq, əgər ona həyat demək olarsa. Son dəfə nə zaman son dəfə ürəkdən gülmüsünüz? Son dəfə nə zaman «belə günlərdən çox olsun», «necə zor bir gün idi, ala» demisiniz? Nə zaman son dəfə gününüzü sırf özünüzə ayırmısınız və özünüzü dinləməyə çalışmısınız? Nə zaman gününüzü sırf insanlara kömək üçün ayırmısınız? Nə zaman son dəfə özünüzü çox yararlı hiss etmisiniz? Səmimi olaq gəlin, səmimi.

Son neçə ay ərzində çox düşünürəm, götür-qoy edirəm, analiz etməyə çalışıram və bir cümlə cavab olaraq ağlıma gəlir — «deyəsən bir həyatı səhv başa düşmüşük»… Bu fikri özümdən uzaqşaşdırmağa çalışsam belə o elə hey məni tutub nəsə izah etməyə çalışır. O əslində heç nə deməsə belə özümüzə nə gəlib.

Bax elə bu dəqiqə bir ətrafınıza baxın, diqqətlə baxın xahiş edirəm və bir suala cavab verməyə çalışın: Sizcə ətrafınızda olan neçə faiz insan, neçə nəfər fərd, neçə ikiayaqlı şüurlu məxluq bu həyatda Özünü tanıyır, nə üçün yaşadığını,  həyat məqsədini və dəyərlərini bilir?

Gəlin səmimi olaq, biz az düşünməyi və çox «düşünürük tək görsənməyi» öyrənmilmişik, öyrəşmişik. Biz əslində bir dairəyə salınmış dələlər kimiyik, əfsanəvi bir «karyera+pul=xoşbəxtlik» dalınca qaçırıq, lakin ona çaatmış neçə nəfər ŞƏXSƏN HƏQİQİ XOŞBƏXT adam tanıyırıq?

Bizi öyrədirlər ki, birinci ol, karyera qur, tədbirlərə get və CV-ini doldur, pul qazan və yığ, hamıya hər şey danışma, dilini cibini qoy, az danış, öz maraqlarını güd, kimsə acdırsa, əziyyət çəkirsə gözünü yum, bağla…Qısası «kitayski smaylikdən» al vur alnına və öz həyatını yaşa.

Mən «köpəyoğlu» fərqli düşünürəm… Bəlkə, biz birinci olmağa yox, insan olmağa çalışmalıyıq, sertifikat yığmağa və CV doldurmağa yox, təəsürat və təcrübə toplamağa çalışmalıyıq, sadəcə az danışmağa yox, çox dinləməyə, qarşımızadakını anlamağa çalışmalıyıq, «kitayski gülənlərdən» yox, ürəkdən gülənlərdən olmalıyıq? Bildiyim bir şey var, səmimi olmalıyıq.

Bəziləri kimi demirəm ki, gedin yağışın altında tanqo oynayın və ya özünüzü tapmaq üçün dünyanın yarısını gəzin. Brat, onlar boş şeylərdir, əsas insan olun. Yanınızdakına kömək olun, gülmək istəyəndə gülün, ağlamaq istəyəndə ağlayın. Əsas səmimi olun

Hə bir də, az qala unutmuşdum. Sadəcə işlə, karyera ilə yaşamayın. Gəzin, görün, bölüşün, götürün. Həyat yaşayın ki, geriyə baxanda peşmançılıq olmasın. Ürəyim doludur, sona kimi oxudunuzsa çox sağ olun!

Öpürəm, bağrıma basıram

P.S ola bilər ki, aranızda elələri tapılacaq ki, bu sözlər o şəxsə aid deyil. Mənə qalan sadəcə Sizi təbrik etməkdir.

Şərhlər

şərhlər

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *