Həmrənglik bayramı

Paylaş!

1909568_10153176731767691_3399907731088814086_nUşaqlıqdan bəri kalendarın bu günü bizim üçün önəmli olub. Bu günə biz həftələrlə hazırlaşırdıq — fişənglər və «zırpaketlər» alırdıq, ən yaxşı paltarımızı hazırlayırdıq və hədiyyələr gözləyirdik, çünki bu gün Yeni İl idi.

Düzdü, TV-də bizə Yeni İl ilə bir yerdə həm də  «Həmrəylik Bayramı»-nında bu gün olduğunu öyrənirdik və ona görə də «Bayramlarınız mübarək» deyirdik, lakin bu bayramın çoxumuz heç mənasını anlamırdıq, bəlkə ona görə ki, ona görə bizə hədiyyə etmirdilər :)

Mənim həyatımda maraqlısı hardasa 1-2ci kursda oxuyanda başladı, nə zaman ki,, yavaş-yavaş özümü anlamağa başlamışdım. Vaxt keçdikçə bu bayramların əhəmiyyəti mənim üçün dəyişdi və Həmrəylik öz haqqı olan ilk yerə qalxdı. Bəs nəyə görə bu doğrudan əhəmiyyətlidir?

Bu suala sözlərlə cavab vermək istəmirəm, emosialarla cavab verəcəm. Bu videolara baxın, sonra davam edək:

İnsanların üzündəki ifadələrə baxın. Gözlərinə baxın. Ömür boyu görmədikləri insanlara qarşı olan bir enerji, bağlılıq, sevgi, bağlantı. Bax budur həmrəylik, fikrimcə. Təəssüf ki, o 89-cu ildə olan bağlılıqdan indi çox uzağıq.

h1Fikrimcə indi biz həmrək olmaqdansa daha çox həmrəngik, həmcinsik. Eyni soydan, cinsdən olduğumuzu qəbul edirik, lakin aramızda bir bağlantı yoxdur. Bu bağlantının olduğunu sadəcə xaricdə olanda hiss edirik: bir Azərbaycanlı söhbəti eşidəndə hiss etdiyimiz həyəcan, sevinc göstərir ki, bağlantı ölməyib, sadəcə çox zəifdir.

İndi vəziyyət açığı ürəkaçan deyil. Nəzərə alsaq ki,  gələn il dövlətimiz və millətimiz üçün bir çağırış (challenge) ili olacaq biz bu məsələ barədə ciddi düşünməliyik. Dünya qədər qədim bir taktika deyir ki, divide et impera, yani böl və idarə et. Ətrafımızda olan demək olar ki, bütün güvvələr bunu etməyə çox şad olar (tariximizə, əsasən də 18-19cu ərslər tarixinə baxsaq görərik ki, bu etmək çətin deyil). Ona görə biz həqiqətən bir olmalıyıq, güc olmalıyıq, yumruq olmalıyıq.

h290-cı illərin əvvəlində Azadlıq meydanında olan mitinqlərin birinin sonunda mitinqin baş-bilən, aparıcılarında camaatdan bir kiçik kağız parçası çatdırdılar. Orada qısa bir cümlə yazılmışdı: «mitinqə gələndə hər birimiz bir yerdən gəlmişdik, birimiz Qubalı, bizimiz Qarabağlı, birimiz Gəncəli və s. İndi isə hər birimiz buranı bir Azərbaycanlı kimi tərk edirik.»

Gələn il üçün millətimə daha çox təbəssüm, daha çox sevinc anı və bağlantı arzu edirəm. Ən əsası isə, həmrənglikdən həmrəyliyə keçməyi arzu edirəm Çətin olacaq, lakin Siz tək deyilsiniz, bir olaq, güc olaq.

Şərhlər

şərhlər

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *