Hamı yerli mal alsın, xeyir Vətənə qalsın. Bəs nə alaq?

Paylaş!

Sizə ilk görünüşdən bir-birinə aid olmayan 3 fikir çatdırmaq istəyirəm:

Made in Azerbaijan grunge rubber stamp on white, vector illustration— Başlıqda qeyd etdiyim şüar vaxtı ilə çox məhşur idi və zənnimcə ən «tutan» şüarlardan biri ilə oldu. Devalvasiya və böhrandan O sonra yenə aktuallaşdı, lakin camaatımız digər tərəfdən bildirdi ki, əslində bizim o qədər çox və keyfiyyətli  yerli məhsulumuz yoxdur, yəni olsa «canımız qurbandır» ona

— Bu gün Sinqapurun 31 il baş naziri olmuş Li Kuan Yu-nun kitabını oxumağa başladım. Li Kuan deyir ki, hakimiyyətə gələndə onun dövləti iflic vəziyyətində idi: 640 kv km ərazisi, 2 milliondan çox əhalisi olan dövlətin heç bir təbii sərvəti yox idi, işsizlik baş alıb gedir, digər tərəfdən isə qonşu dövlətlər olan Malayziya və İndoneziya ilə münasibətlər çox gərgin idi. Deyir ki, anladım ki, nəsə güclü bir şey qurmaq üçün biz tam yeni nəsil sinqapurlu yetişdiriməli və dünyaya fərqli məhsullar, xidmətlər təqdim etməliyik. Onlar ilk növbədə ordu qurmalı idilər və bilirsiniz onlara dəstək olan ilk dövlət hansı oldu? (Burada hərə 1 cavab verir) —  İsrail. Yəni Sinqapur kimi 0-dan yaranmış, təbii sərvəti olmayan və hal-hazırda dünyanın ən qabaqcıl dövlətlərindən birisi.

einstein-ego— O gün Tamerlanla yeni ideyalara barədə danışırdıq və söhbət təlimçilərdən düşdü. Tamerlan nəsə bir cümlə dedi və anladım ki, biz təlimçilər cəmiyyəti öyrətmək, inkişaf etdirmək istəyən, lakin bununla bir yerdə ən çox eqosuna uduzmuş insanlarıq».

 

 

SÖZÜMÜN CANI NƏDİR?

Əslində bizim indiki halımız Sinqapurdan heç yaxşı deyil — hər tərəfimizdən bir düşmanımız var və neftdən asılı iqdisadiyyatımız ağır vəziyyətdədir. Biz hal-hazırda yeni məhsullar ürətməli və bunu ilk növbədə öz insanımıza və sonra dünyaya təqdim etməliyik, amma məhsul dediyin sadəcə fiziki ehtiyyacları qarşılayan deyil, həmçinin əqli, inellektual və mənəvi ehtiyyacları qarşılayan olur, misal üçün kitab kimi. Biz dünyaya güləş ya sambo üzrə yeni olimpiya ya dünya çempionu yox, elmi olimpiadaların qalibi, elmi ixtiralar etmiş, proqramlaşdırmada yeniliklər gətirmiş insanlar verməliyik. Hə birdə ki, biz dünyaya yeni mütəfəkkirlər, yazıçılar, təlimçilər, kouçlar və onların məhsullarını təqdim etməliyik.

Düzdü, biz təlimçilər həqiqətən eqoluyuq: bir-birimizin uğuruna sevinməyi bacarmırıq, kömək lazım olanda dəstək olmuruq və sadəcə öz balaca dünyamızda «mən zoram!» (cümləni nida işarəsi ilə oxuyun, xahiş edirəm) pankartı ilə gəzirik. Aydındır ki, biz elə olmalı deyilik və buna görə dəyişməliyik. Keçən il kitab çap etdirəndə mən bir çox insandan təbrik gözləyirdim, əvəzində isə diqqətsizlik və paxıllıq gördüm.

kvanSon iki aydır gözəl təlimçi və insan Coşqun Josh Kərimov ilk kitabı KVAN-la bağlı təşviqat işləri ilə məşğuldur və mən də daxil inanmıram ki, təlimçilərdən çox adam ona kömək olsun. Bu gün öz-özümə bunu düşünürdüm və anladım ki, belə biganəlik, eqoizm və paxıllıqla biz irəli gedə bilmərik. İlk növbədə özümdən başladım və sinqapur baş nazirinin kitabını yarımçıq qoyub #BookChallenge-də KVAN-ı oxumağa başladım.

Biz Azərbaycanlılar qərək ilk növbədə paxıllıqdan  qurtulaq və bir-birimizə dəstək olaq, sağlam rəqabəti sevək, lakin bununla bir yerdə dostluğu, insaniyyəti unutmayaq. Öz müəlliflərizi oxuyaq və onlara bu işlərdə dəstək olaq! Onsuzda bizə qalan etdiyimiz yaxşılıqlar olacaq.

supportƏgər mənimlə razısızsa və ilk addım atmağı düşünürsünüzsə mənim Sizə bir təklifim var — Coşqun bəyə ilk kitabını çap etdirməkdə kömək olun. Bunun üçün  istədiyiniz sayda kitabı indidən sifariş edə bilərsiniz və bununla müəllifə dəstək olmuş olacaqsınız — Şəkildə gördüyünüz MilliÖn ödəmə terminallarından birində ödəniş edə bilərsiniz.

Kitab barədə ətraflı məlumat üçün — http://kvanoxu.com/ saytına daxil olun və məlumatları əldə edin (tənbəl olmayın!)

Biz Azərbaycanlılar yaxşı insanlarıq. Məncə vaxtı gəldi bunu işdə göstərməyə!

P.S Gələn həftələrdə Fəxri bəyin də kitabı işiq üzü görəcək. Onu da təbrik edirəm!

Şərhlər

şərhlər

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *