İstedad və ya necə dahi böyütmək olar?

Paylaş!


eks2Haradan bu mövzuya gəldim:
Bu yaxınlarda ailəmizdə say artımı oldu və bacanağımın bir gözəl qızı dünyaya göz açdı. O gözəl balanın çox uzaqgörən  və məsuliyyətli  xalası («по совместитеьству» mənim həyat yoldaşım) Elvira xanım artıq indidən o uşağı necə böyütmək, tərbiyyə vermək, inkişaf etmək barədə düşünməyə başladı. Mən də adəti üzrə gülərək bu mövzunun üstündən keçdim. Səhərisi gün #BookChallenge çərçivəsində oxuduğum kitabda isə rastlaşdığım bir eksperiment barədə məlumat yenidən Elviranın düşündüyü mövzuya qaytardı.

Neçə illik təlimçilik təcrübəmə əsasən bizim gənclər və hətta böyüyən (hətta böyümüş) nəsildən kiməsə deyəndə ki, «fln şeyi edə bilərsən mi?, ya «nəyə görə kimsə edə bilib, sən isə yox?» cavab almışam ki, bəs «müəllim, onlarda bu anadan gəlmədir» ya «onlarda bu istedad var, bizdə isə yox». Bununla heç razı olmamışam, çünki elə özümə və öz keçmişimə baxanda bir istedad və anadagəlmə bacarıq görməmişəm, lakin indi özümdə kifayət qədər dəyişiklik görürəm. Nəhayət ki, bu mövzu ilə bağlı çox, amma çox maraqlı bir eksperiment tapdım.

eksTanış olun, Laslo Polqar: Deməli sosialist dönəmində Macarıstanda Laslo Polqar adlı yahudiəsilli bir psixoloq, müəllim, alim var idi. Bu insan istadadlıq mövzusunu araşdırır və bir kitab yazır — «Necə dahi böyütmək olar?». Kitabda  O qeyd edir ki, bir neçə uşaqlıqdan uğur qazanmış insanın həyatını araşdırıb (əsasən Mozart) və nəticəsi o oldu ki, uşaqlar nəyisə sistematik və intensiv öyrəndikləri təqdirdə hətta uşaq vaxtlarından böyük nəticələr göstərə bilərlər. Qısası dahi olmaq elə də mümkünsüz deyil.  Bunu eşidənlər Laslo müəllimlə razılaşmır və müəllim riksli və avantyur addıma gedir — bir qazetdə elan verir ki, eksperiment keçirmək istəyir ki, hətta adi valideynləri olan uşaqları dahi kimi böyütmək olar və buna görə ona bir xanım, həyat yoldaşı lazımdır. İstəyənlər az olmur və nəhayət Laslo Ukrainadan, Zaporojyedən bir xanım tapır və evlənir.

eks4Eksperimentin nəticəsi: Bu ailənin 3 qızı həyata gəlir — Jujja, Sofiya və Yudit.  Atası ən böyük qızını riyaziyyatçı kimi böyütmək istəyirdi, sadəcə 2 yaşında balaca Jujja evlərində şahmat taxtası görür və ona vurulur. Bunu görən atası fikrini dəyişiri və qızını ilk olaraq bu sahədə böyütmək qərarına gəlir. 4 yaşında Jujja 11 yaşınadək olan qrupda Maracıstan çempionu olur artıq. Nəticə etibarı ilə Jujja neçə dəfə dünya və Olimpiya çempionu olur. Ondan sonraki bacısı Sofiya da şahmatçı olur və 2 qat olimpiya çempionu olur.

Ən maraqlısı 3 bacı, Yuditin həyatı olur.  O 15 yaşında olanda dünya tarixində ən gənc qrossmeyster olur və bununla əfsanəvi Robert Fişerin rekordunu qırır. 1989cu ildən başlayaraq o qadın şahmatçıların sıralamasına rəhbərlik etməyə başladı. Sonra Yudit qadınlarla mübarizənin maraqsız olduğunu bildirərək sırf kişilərin yarışlarına qatılmağa başladı. 20 ildən çox təcrübəsində O 9 dünya çempionuna qalib gəlməyi bacardı. Ən böyük nəticəsi 2005-ci ildə dünya sıralamasında 5ci sıraya qalxmaq oldu. Hal-hazırda Yudit dünya tarixinin ən güclü qadın şahmatçısı sayılır!

Ailəni başçısı uşaqlarını formal məktəb təhsilindən uzaqlaşdırır və onlara evdə təhsil verir, bir illik proqramı bir neçə həfətəy bitirən gənclər ən çox vaxtlarını şahmat nəzəriyə və praktikasına və xarici dil öyrənməyə həsr edirlər.

eks3Sözümün canı nədir: Düzdü, elə xüsusiyyətlər var ki, insanı bir sahəyə daha uyğun edir, misal üçün basketbolçunun uzun boyu və ya uzgüçünün bədən quruluşu onlara gələcəkdə daha çox şans yaradır. Lakin mən əminəm ki, bir çox halda dahi dediyimiz insanların dahiliyinin əsas səbəbi istedad dediyimiz anlayış yox, anormal çalışma səviyyəsi və iradədir.

İndiki futbol ulduzlarına baxın. Siz elə bilirsiniz ki, Messi və Ronaldo atamın sözüylə desək «göydən zəmbillə düşüblər»? Yox əlbətdə ki, onlar ilk növbədə ən çalışqan və iradəli idmançlardılar ki, bu səviyyədə neçə il nəticə göstərə bilirlər.

Ona görə də bu cümlələri oxuyan əziz oxucum, dahi olmaq heç də gec deyil. Çalışın, vuruşun, əziyyət çəkin, ağrı hiss edin. Onda nəticəni görəcəksiniz. Mən inanıram, Siz bacaracaqsınız!

P.S 1988ci ildə keçirilən Şahmat Olimpiadasında bu 3 bacı Macarıstanı təmsil edərək Olimpia çempionu adını qazanırlar. Yuditin onda cəmi 12 yaşı var idi.

 

Şərhlər

şərhlər

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *