Jan Belivo «Özümün axtarışında» kitabı

Paylaş!

jan2Salam aleykum, arkadaş! İlk kitabı paylaşandan sonra yenə anladım ki, yurdumun insanı kitabı sevir, sadəcə ona yaxşı kitablar vermək lazımdır ki,  marağını fəaliyyətə çevirəcək gücü olsun.

Bu gün fikir bildirəcəyim kitabın analoqu və ataloqunu görməmişəm və çətin ki, yaxın zamanda görüm. Məsələ onda deyil ki, bu ən maraqlısıdır. Yox, sadəcə danışdığı və keçdiyi yol ayrı heç bir yerdə tapılası deyil. Bu gün Kanadalı səyyah Jan Belivonun yazdığı «Özümü axtararkən» kitabından danışacam. Bu kitab dünyanı piyada gəzmiş insanın hekayəsidir. bəli piyada, bəli bütün dünyanı

LİNK : RUS (təəssüf ki, kitab sadəcə rusca var. orijinal isə fransızcadır).  TEDx çıxışı — LİNK

 Kitabla tanışlıq :  Çox sadə. MİF-də eşələnirdim və bu kitaba rast gəldim. Elə giriş hissəsinə baxıb anladım ki, mən məhz onu axtarıramjan   və bu kitab mənə lazımdır. Kitablarım gələn kimi isə elə birinci onu oxudum və heç də peşman deyiləm.

 Maraqlı fakt: Bu əsər kitab oxumayan və kitabla tanış olmaq, uzun müddətli sevgi münasibətlərini qurmaq istəyən şəxslər üçün idealdır. Yazı üslubu çox asan qavranılan və sadədir. Təsəvvür edin, mənim əvvəlki layihələrimdə bir nəfər var idi — kitabla heç arası olmayan. Bir gün qərarlaşdırdıq ki, oxumağa başlayacaq və oxuduğu ilk kitab elə bu oldu. Sözüm odur ki, kimisə tərpətmək istəyirsinizsə bundan istifadə edin :)

Nə barədədir? : Jan Kanada yaşayan ortastatistik bir adam idi. Öz reklam biznesi var idi və bir çoxları ki, O, sadəcə biznesini düşünüb adi klerk həyatı yaşayırdı, amma o gün gəldi və Jan işini itirib yavaş-yavaş depresiyaya düşdu. Ondan çıxmaq üçün O, çoxlu gəzməyə başladı , sonra da qaçmağa və günlərin bir günü bütün dünyanı piyada gəzmək qərarına gəldi (ilkin ideya — bütün dünyanı qaçmaq idi).

Jan Belivo 18 avqust 2000-ci il öz 45-ci doğum günündə yoluna başladı və səyahətini 16 oktyabr 2011-ci ildə ümumi 75 543 km qət edərək və dünyanın 64 ölkəsini səyahət edərək bitirdi. Ruslar demiş «А вам слабо?» :)

Xülasə:

Bu kitabın adı onun barədə ən yaxşı şərhdir. Əslində Jan özünü tapmaq üçün, özünün indiki halından qaçırdı və onun üçün bu yola başladı. Yazı üslubu elə ilk səhifələrindən öz səmimiliyi və sadəliyi ilə oxucunu cəlb edir. O, kitabda çox məqamlara toxunur; şəxsi münasibətləri, həyata baxışı, ailə sistemi və dünya barədə fikirləri.

jan4Mənim üçün ən yadda qalan məqamlar üçdür, aşağıda təxmini təxmini qeyd edəcəyəm:

Amerika barədə: Dünyanın ən qorxan (-q) insanları deyəsən ABŞ-da yaşayır, yoxsa mən belə təhlükəsizlik tədbirlərini anlamıram. Amerikanlar dünyanı heç gəzmirlər, çünki onlar həqiqətən inanıblar ki, terrorizm deyilən məxluq onları yeyəcək.

Afrika-Avropa arasında: Jan uzun Afrika səyahətindən sonra İspaniyadan öz Avropa turnesinə başlayır, amma (ammalar çoxdur , bilirəm) ilk gündən özünü burada çox «qariban» hiss edir. Deyir ki, avropalıların daha çox maddi imkanları olsa belə xoşbəxt deyillər. Afrikada bir çox qəbilədə son çörəklərini mənimlə bölüşsələr belə həyatda çox xoşbəxt idilər.

Yaponiya: Bütün nisbətən geridə qalan dünyanı keçib Yaponiyaya gələndə mən nədənsə daha rahat günlər gözləyirdim, amma yanıldım. Təsəvvür edin Tokioda adi tualet tapmaqda aciz idim. Yaponlara bir baxdım — hamıı tələsir harasa, hamısının qulağında qulaqcıqlar. Görəsən onları qulaqlarından çıxartsam dünyaları dayanar?

Çox yazmaq və ya çox danışmaq istəmirəm, sonda kitabda əks edilən bir hadisəni danışmaq istəyirəm: Peruda bir oğlanla tanış oldum. Söhbət zamanı o mənə bir söz dedi və indiyənə kimi beynimdədir: » Mən elə kasıb insanlar tanımışam ki, hansıların ki, puldan başqa heçnələri yox idi».

Bax belə, çalışaq ki, elə kasıb qədeşlərdən olmayaq. Bir də ki, oxuyaq, oxuyaq və yenə də oxuyaq. İnkişaf o yoldadır! :)

Şərhlər

şərhlər

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *