Kitabxanam: A.Ş.İzgören — Şu hortumlu dünyada fil sadece bir hayvandır

Paylaş!

fil1Book Challenge çərçivəsində 3 həftə kitab seçmək kifayət qədər çətin oldu. 2 kitabı başladım, lakin nəyəsə görə bir az oxuyandan sonra başını buraxdım. Sonra ağlıma müəllimim İzgörən düşdü və düşündüm ki, bu layihə çərçivəsində onun da kitabları olmalıdır. Bu kitabla mən əslində daha tez tanış olmalıydım — təsəvvür edin ki, bu kitabı iki dostuma hədiyyə etmişəm, lakin nəyəsə görə hələ oxumaq qisməy deyil idi. İndi isə qismət oldu. Di getdkik!

Müəllif barədə: Qısa olsaq desək, həyatda  2-3 nəfəri özümə müəllim hesab edirəm və biri Ahmet Şerifdir. Keçmiş zabitdir, indi biznesmen və məsləhətçidir. Alma Yayınevi, Uğur böcəkləri, Vizgo.net və s. layihələrin təsisçisidir. Bu günə kimi 21 kitabı nəşr olunub. Mənim üçün O ilk növbədə müəllim, nümunəvi bir adam və vicdanlı vətəndaşdır. Ən çox bəyəndiyim özəlliklərindən birisi odur ki, O da mənim kimi (ya da əksinə) gözü yumulu şəkildə Qərbin verdiyini qəbul etməyin tərəfində deyil və inanır ki, biz türklərin, müsəlmanların öz inkişaf yolun, uğur formülü və fərqli həyat məqsədlərimiz olmalıdır.

Kitab nə barədədir: Kitabın üz qabığında qeyd olunur ki, kitab ünsiyyət, uğur və hayat barədədir. Son bənd tam üstünə düşür, bu kitab sırf həyat barədədir. Kitabı 23 ədəd mövzuya bölünüb və hər birində şəxsi bilgiyə, yaşanmış hadisələrə dayanan bilgilər var: Sevgi, vərdişlər,  anlamaq, dəyər vermək, yaxşılıq, iradə və s. onlarla digər mövzu.

fil3Ən çox nəyi bəyəndim: Səmimi və sadə: Ahmet deyir ki, hər zaman hansısa bir məqsəd üçün kitab yazmışam, indi isə özüm üçün, özümdə bir xatirə kitab yazmaq istədim və nəticədə bu alındı. Kitabın dili çox sadə və zarafatçıldır. Mən «Əliabbası» yazanda özümə nümunə götürdüyüm 2 müəllifdən birisi elə O idi.   Həyati: müəllif kiabda bütün həyata aid məsələlərə toxunur, dəyərlərdən tutmuş ünsiyyət bacarığına kimi. Plus, müəllif bizə göstərir ki, biz çox şeyi həyatda səhv anlamışıq və qəbul edirik. Əlbətdə ki, öz variantlarını da təklif edərək.

Bu kitabı kimlər oxumalıdır: Məncə bu kitab əlifba kimidir və hər kəs oxumalıdır. Yazılanları bilənlər ən azı bildiyini təkrar edəcək və düz yolda olduqlarına əmin olacaq. Bilməyənlər isə həyatda bir çox mövzuda istifadə edə biləcəkləri onlarla alət əldə edəcəklər.

Kitabın mesajı: O qədər mesaj var ki. Mən bunu bəyəndim: «Bilgi bir işıq kimidir. Sızacaq bir deşik tapır və içəri girər».

Maraqlı ifadələr: Kitab qızıl ağırlığında aforizmlərlə doludur və onların bir qismini sizinlə bölüşmək istəyirəm:

  • Həyat məqsədini (amacını) itirmək həyatını itirməkdən daha qorxuludur
  • Gələcəyinizi müəyyənləşdirmə yolunda xarakteriniz zəkanızdan hər zaman daha önəmlidir
  • Allah bizə iki yuvarlaq sfera verib, birini düşünmək, birini oturmaq üçün. Uğur hansını istifadə etdiyinizə bağlıdır
  • Ünsiyyət dəniz kimidir. İnsanlara görə fərqli düstürlar istifadə etməlisiniz , yəni hər insan fərqli bir dərinlikdir və onları başa düşmək və danışmaq üçün onun dərinliyində olmalısınız
  • Osmanlı xiləfətinin qurucusu Osman Bəy deyib ki: «Əgər özünü davamlı şəkildə digərləri ilə müqayisə edəcəksənsə ya mutsuz ya da özünü bəyənmiş olacaqsan, çünki hər zaman səndən daha yaxşı ya da daha pis vəziyyətdə kimlərsə olacaq. Ona görə də Özünüz olun»

fil2Kitabın adı barədə: Sizə kitabın adı maraqlı gəlirsə onu tarixçəsini Sizə deyim. Müəllim deyir ki, Anadoluda bir məktəbdə ingilis dilindən imtahan var idi və tapşırıqlardan birisi «Elephant is the only animal in the world with trunk» cümləsini tərcümə etmək idi. Uşaqlardan birisi də o cümləni məhz kitabın adı kimi tərcümə etmişdi. Kitabda müəllif özü də izah edir ki, bu dünyada hər birimiz elə bir canlıyıq.

Bu kitabı onlarla dəfə oxumaq olar və hər dəfə nəysə yeni bir ey tapmış, öyrənmiş olacaqsınız. Konkret, #mustread kitabdır. Kitabın aldığı bal 8.5

Kitabın PDFi məndə var, kimsə kitabı oxumaq istəsə altdan şərhdə emailini qeyd etsin göndərim.

 Kitabı mənə oxumağa verdiyi üçün Ləman xanıma dərin minnətdarlığımı bildirirəm :)

Şərhlər

şərhlər

2 Comments Kitabxanam: A.Ş.İzgören — Şu hortumlu dünyada fil sadece bir hayvandır

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *