Kİtabxanam: Barbara Şer — Xəyal etmək gözəldir!

Paylaş!

bar2 Əziz oxucum,  #BookChallenge çərçivəsində oxuduğum artıq 10-cu kitabın resenziyasını Sizə təqdim edirəm. Gözəl dostum İlahə Moskvadan işgüzar səhərdən gələndə kitablara qarşı olan platonik sevgimi bilib mənə 2-3 kitab gətirdi və onlardan birini mən nəhayət ki, oxuya bildim. Oxudum və onun barədə fikirlərimi Sizinlə bölüşəcəm. Az sooonra!

Əvvəlcədən onu deyim ki, Qərblilərin məqsəd və xəyal mövzularında yazdığı kitablara birmənalı yanaşmıram, ələxsus da » bir aya necə istədiyini əldə edə bilərsən» ya «istə — yetər» səpkisindən olan kitablar və ifadələr mən də gülüşdən başqa bir hiss yaratmır, lakin bu kitabın yanaşması fərqlidir.

Müəllif barədə: Barbara Şer dünyaca məhşur natiq, layf kouç və 7 «bestseller» kitab müəllifidir. Bu başlanğıc çox şablon səslənə bilər, maraqlısı odur ki, bu xanım 40 il bundan əvvəl Nyu Yorka gələndə O ərindən boşanmış, iki uşaqlı , sadə antropoloqiya diplomu əlində olan bir xanım idi. O dəyişə bildi və öz kitabları ilə milyonlarla insanı öz arzusunun arxasıyca getməyi təşviq edir.

Barbaranın TEDx çıxışına buradan izləyə bilərsiniz:

bar4Kitab barədə: Əslində rus dilində kitabın adı daha maraqlıdır — «Мечтать не вредно».  Təsəvvvür edin ki, kitab ilk dəfə 1979-cu ildə işıq üzü görüb və hələ də çox aktual və ehtiyyac duyulandır.

Kitabın content-i barədə danışmaq istəyirəm daha detallı. İlk olaraq müəllif bizi uşaqlıq xəyallarımıza qaytarır və o zaman necə birisi olduğumuzu və nə istədiyimizi yada salmağı çalışmalarla xahiş edir. Sonra ətrafınıza baxmağı xahiş edir və qeyd edir ki, dahi dediyimiz insanları fərqləndirən 2 cəhət var — onların ətrafı onlara inkişaf üçün şərait yaradırdı və o şəxslər uşaqlıqdan maraqları olan sahənin arxasıyca gedirdilər.

Müəllif arzuya gedən yolda yaranan problemlərdən də çox danışır və təklif edir ki, hər birinci özünüzü tanıyasınız (bununla bağlı bir çalışmanı axşam səhifəmdə inşAllah paylaşacam), sonra məqsədinizi müəyyən edəsiniz və bu nöqtələr arasında yaranan problemləri aydın edərək bir-bir aradan qaldırasınız. Barbara deyir ki, əslində bir çox şeyi biz beynimizdə böyüdürük və reallıqda problemlər sandığımız qədər böyük deyillər. Çıxış yolunu tapmaq üçünsə ən yaxşısı beyin fırtınası metodundan (brainstorming) istifadə etmək lazımdır. Mənim şəxsən götürdüyüm bir neçə dərs var bu kitabdan. Ən başlıcası isə — kömək etməkdən çəkinməyin. Arzunuza çatan yolda hər bir mərhələdə ətrafınıza nəzarət edin,təmizləyin və kömək istəyin. İnsanların daxilində olan əsas hiss — dəstək verməkdən həzz alma hissdir.

Kitabda bir vacib məqama da toxunulur: Barbara deyir ki, bir çox insan sevdiyi işlə məşğul ola bilmir və ya indi ki işini atıb bir başa olaraq öz sevdiyi işlə məşğul olmaq üçün cəsarət tapa bilmir. Bununla bağlı o «qarnir» metodu təklif edir. Əgər Siz o cəsarəti hələ tapmayıbsınızsa onda yavaş yavaş o sahəyə keçməyə çalışın. Hər həftə o sevimli iş üçün vaxt ayırın və hobbi kimi yanaşın. Vaxt keçdikçə Siz bir çox suala cavab tapacaqsınız.

Qısa olaraq desək bu kitab nə istədiyini bilmə və ona çatma yollarını müəyyən etmə barədədir.

bar5Nəyə görə bu kitabı oxumaq lazımdır: Əvvəldə də qeyd etdiyim kimi, bu şablon məqsəd kitabı deyil.  Çox strukturlu yazılıb və axıcılıq var. Çox bəyəndim ki, çoxlu misallar verilir həyatdan, «before-after» tipli. Bir təlimçi olaraq ən çox bəyəndiyim hissə o oldu ki, müəllif oxucuya həyatda istifadə edə biləcəyi çoxlu alətlər və özünü yoxlaya biləcəyi çalışmalar verir.

Barbara oxucusunu ilk növbədə xəyallarına, uşaqlığına qaytarır və yolculuğa oradan başlayır.

Kitabın əsas mesajı: Hər şey çox sadədir. Həyatınızın arzusunu reallşadırmaq üçün Sizə nə mantra, nə hipnoz, nə proqramlar, nə də ki yeni diş məcunu lazımdır. Bunun üçün Sizə problemləri həll etmək üçün praktiki metodlar, planlama bacarığı və lazımı materiallara, vasitələrə çıxış lazımdır.

Kimlər bu kitabı oxumalıdırlar: Hər dəfə nəsə etmək istəyib etməyən, başlayıb yarımçıq qoyanlar və o yolda gedib özü üçün əlavə motivasiya axtaranlar — bu kitab Sizin üçündür.

Kitabdan maraqlı ifadələr:

  • Bir işi öyrənmək üçün ən düzgün, yaxşı və maraqlı yol onu etməkdir.
  • Mənim anlamımda qalib gəlmək istədiyinə nail olmaqır. Bu Sizin valideynlərinizin Sizə istədiyi, planladığı və ya Sizin nail ola biləcəyiniz yox, Sizin arzularınızın, fantaziyalarınızın, xəyallarınızın Sizə dedikləridir. Bİr insan o halda qalib olur ki, həyatını sevir, hər səhər yeni günə sevinərək oyanır və sevdiyi işlə məşğul olur.
  • barbaraƏgər Sizin gücünüz çatmırsa, hər gün yatmaq istəyirsinizsə, hər şeyi məcburi edirsinizsə onda bəlkə səbəb heç də vitamin çatışmazlığı və ya qanda şəkərin azlığı deyil? Bəlkdə Siz öz həyatda məqsədinizi, təyinatınızı tapmamısınız. Siz o yola addım basan kimi onu tanıyacaqsınız, çünki orada Sizin enerjiniz hər zaman aşıb-daşacaq və hər dəfə yeni ideyalar gələcək.
  • Həyatda sevindirməli olduğunuz ilk insan elə özünüzsünüz.

 

  • Dahi saydığımız hər kəs o şəxslərdir ki, uşaqlıqdan olan maraqları söndürməyə icazə verməyənlərdir. Əksinə onlar lazım olan alətlərlə silahlanıb həyatlarını bu maraqlara həsr ediblər.
  • Çətin vaxtlar beynimizi havanı təmizləyən şimşək kimi təmizləyir.
  • Əgər özünüzə səhv etmə imkan verməsəniz Siz həyatda heç nə öyrənməyəcəksiniz, əldə etməyəcəksiniz və dəyərli heç nə yaratmayacaqsınız.
  • Uduzmayan insan heç vaxt ən yaxşı ola bilməz. Uğursuzluq — dahiliyin ən dürüst yoxlanışıdır. (Herman Melvil)
  • Nəyəsə görə biz hər zaman kimin daha yaxşı olduğunu müəyyən etməyə çalışırıq. Ona görə də biz hər hansı meyyar təyin edirik (misal üçün mətkəb qiymətləri və ya məvacib) və buna əsasən insanları sıralmağa çalışırıq. Lakin bir az düşünəndə bunun ən qədər absurda olduğunu anlayırıq: təsəvvür edin ki, Sizə kimsə deyir ki, boyu uzun insanlar qısaboylulardan daha yaxşıdırlar və apelsin qızılgüldən daha yaxşıdır, çünki daha ağırdır. Bununla bir yerdə bizi uşaqlıqdan elə düşünməyi öyrədiblər ki, biz mütləq şəkildə özümüzü kimlərsə müqayisə etməliyik və çatıb-çatmadığımıza görə narahat olmalıyıq.
 Kitabın ortalama qiyməti 10 balda 7.5-8. Kitabın rusca variantını istəyən olsa mənə togrulalakbar@gmail.com ünvanına məktub yaza bilər. Hər birinizə xoş oxumalar!

Şərhlər

şərhlər

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *