Kitabxanam: Coşqun Kərimov — KVAN

Paylaş!

kvanİlk dəfə olaraq #BookChallenge-də bir Azərbaycanlının öz doğma dilimizdə yazdığı bir kitabı oxudum və çox sevincliyəm. Mənim sevincim bir vətəndaşın dolmanın ya lavaşın bizim olmasını sübut edəndə keçirdiyi sevincdən deyil. Yox, bu sevinc bir başqa sevincdir və əsas səbəbi odur ki, müəllifin dili ilə desək, «Əcəmidə qalan bir oğlan» ölkə səviyyəsini aşan, minimul regional səviyyədə əhəmiyyətli bir kitab yazıb. Lakin gələn hər şeyi öz sıasıyla izah edim.

Müəllif barədə: Coşqunla ilk dəfə təxminən 9 ay bundan öncə tanış olmuşdum və ilk fikrim o idi ki, «buna bax, tipik introvert». Sonra tanışlığımız daha yaxın olandan sonra anladım ki, bu insan bir dəryadır, içinə gir və öl. Daha doğrusu, tanış ol və öyrən. Özü ixtsasca müəllimdir, təcrübəli təlimçidir və özü dediyi kimi, həyat məqsədi insanlara kömək olmaq və onları inkişaf etdirməkdir. Kitabı oxuyan zaman ağlıma gələn fikir o idi ki, «bir introverti tanımaq istəyirsənsə qərək onun kitabını oxuyasan».

joshKitab barədə: Coşqun demiş, «bir Əcəmidə qalan bit tənbəlin» həyat hekayəsi və aldığı dərslərdən ibarət avtobioqrafik bir kitabdır. Kitabın ana ideyası KVAN hissi barədədir və müəllif həyatında baş vermiş hadisələri paylaşaraq öz KVAN-a gedən yolunu oxucuları ilə bölüşür. KVAN-a gedən yol konkret fəsillərə bölünüb və hər fəsli keçmək üçün Sizə yönləndirici suallar verilir. Bir məqsədyönlü tənbəl introvertin beynində nələr baş verdiyini bilmək istəyirsinizsə mütləq bu kitabı oxuyun :)

Nəyə görə bu kitabı oxumaq lazımdır: Çünki, konkret olaraq öz dilimizdə yazılmış ən yaxşı motivasiya kitabıdır, ən pis halda, ən yaxşı 3-dən birisidir (digər 2-si hələ yazılmayıb, vaxt edim yazacam). Müəllif bildirir ki, əgər onun kimi bir insan həyatda bunları edə bilibsə deməli Sizlərin uğur əldə etmək şansınız dəfələrlə çoxdur.  Addımbaaddım o öz oxucusu ilə insanın daxilinə 3D səyahət edir və sonda hər bir kəs özü üçün əhəmiyyətli qərarlar qəbul edə bilərlər.

Bu kitabı kimlər oxumalıdır: İlk növbədə — tənbəllər üçün. Sonra isə məqsədyönlülər və irəli getmək üçün motivasiya almaq istəyən bütün şəxslər.

Kitabın şüarı: Missiyanı əmək kitabçasına yazmaq olmur. Həyatınızı dolğun edən işlə məşğul olun!

Kitabdan maraqlı fikirlər:

  • 10170706_10151949445556750_2094338053_nYaxşı mükəmməlin düşmənidir. (Good is the enemy of great)
  • Sevdiyiniz kitaba, şəkilə, yazıya, musiqi albomuna, sitatlara diqqətlə baxın. Onlarda sizin kimi insanlar tərəfindən ərsəyə gətirilib.
  • Həyat qısa deyil. Həyat yarımçıq yaşanırsa, qısa olur. Onu tam yaşayanda tamam fərqli mənzərə alınır.
  • Yazılmış qanunla yazılmış hədəflər qarşısında acizdirlər. Bir az çalışsanız, yazılmış qanunla da Sizə baş əyəcək
  • Barmaqlarınız Sizə təkcə avtobus ya metro tutacaqlarından tutmaq, burnunuzu eşmək, ya da kompyuterdə oyun oynamaq üçün verilməyib. Onlar Sizə həmdə yaratmaq üçün verilib. Odur ki, həyatınızın «əsərini» yaradın!
  • İstedadla vərdişi qarışdırmayın. İstedad vərdişin yanında çox cılızdır. İstedad arada gəlir, sonra gedir, vərdiş isə buldozer kimi sizin qabiliyyət və bacarıqlarınızı şumlayır.
  • Beynimiz bizdən fərqli olaraq, reallıqla xəyallar arasında fərq qoymur. Onun üçün sərhəd yoxdur, lakin bizim üçün həyat yalnız sərhədlərdən ibarətdir.
  • Böyüyəndə isə anladım ki, həyat həqiqətən də əlaçıların deyil, məhz 2-3 qiymətini alanlarındır. Mükəmməl qiymətlər cüzi mükafat verir, mükəmməl səhvlər isə inanılmaz mükafatlar. Səhv etməkdən qorxmayın!

Kitabın ümumi qiyməti 8.5 :) (çox qoysam müəllif tənbəlləşər və yazmaz birdə. ona görə bu ona bir motivasiya olsun)

Qısası, bu kitabı oxuyun, oxutdurun və yazılanları təşviq və tətbiq edin. Həyat yaşayın, KVAN yaşayın!

 

Şərhlər

şərhlər

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *