Kitabxanam: Daniel Kiz — Elcernon üçün çiçəklər

Paylaş!

56a8a39842161.560db13a5230c

Fevral ayının birinci kitab resenziyasında mən ilk dəfə olaraq fərdi inkişaf yox, bədii ədəbiyyatdan kitab seçdim və indidən deyim ki, heç də peşman deyiləm. Uşaq vaxtından bədii ədəbiyyatı «çayla içən» bir gənc olaraq bu kitabın adını ilk dəfə eşidəndə təəcübləndim. Məhşur bir kitab saytında «bütün zamanların ən yaxşı kitabları» sırasında bu əsəri ilk onluqda görəndə mənim təəcübüm daha da çox artdı. Oxudum və bu kitabı bir sözlə ifadə edə bilsəm o söz «möhtəşəm» sözü olar.

flowers for algernon 2Müəllif barədə: Daniel Kiz vaxtı ilə Rusiya imperiyasından ABŞ-a emiqrasiya etmiş yahudi əsilli ailənin kiçik övladı idi. Filloloqiya üzrə təhsil almış və universitetlərdə bu sahə üzrə müəllim, professor idi.  Gənclikdövründə bir neçə fantastik janra həsr olunmuş qazet və jurnallarda çalışıb. Bundan bir neçə il sonra 1959-cu ildə «The Magazine of Fantasy and Science Fiction» «Elcernon üçün çiçəklər» hekayəsi dərc olundu və 1960cı ildə prestijli «Hyuqo» mükafatına layiq görüldü. 1965-ci ildə bu əsər artıq roman şəklində dərc olundu və 1967-ci ildə məhşur «Nebyula» mükafatına layiq görüldü. Faktiki olaraq Daniel yeganə müəllifdir ki, eyni adlı bir əsərə görə ingilisdilli elmi fantastika janrında ən prestijli iki mükafatı əldə etdi.

Kitab barədə: Bu kitabın ideyası Danielə kəmağıl uşaqlara dərs demə prossesində gəlmişdi.  Kitabın əsas ideyası ondan ibarətdir ki, Çarli Qordon adlı orta yaşa keçməyə hazırlaşan, əqli inkişafda bir az geridə qalmış bir şəxs varvə bir qrup alim düşünür ki, Çarlinin beyinə əməliyyat  etməklə onu ağıllandıra bilərlər. İlkin olaraq bu əməliyyat siçanlar üzərində aparılıb və ən yaxşı nəticə məhz Elcernon adlı siçan göstərib. Müəllif kitabdaki məlumatları çox maraqlı şəkildə, Çarlinin gündəliyininin köməyi ilə oxuculara çatdırır.

Ən çox nə xoşuma gəldi: Bu kitab əsl həyat kimi — çox dərin, keşməkeşli və realdır. Müəllif Çarlinin təəsüratlarını, fikirlərini, həyəcanlarını elə ustalıqla bizə çatdrır. Elə bil bir kinoya baxırıq və hər addımında Çarlinin yanındayıq. Kitabda insan və insanlıq, aramızda olan münasibətlər, əyriliklər və insanların mənfi cəhətləri barədə o qədər dəqiq, sanki iti bıçaqla kəsilmiş hissəciklər kimi fikirlər var.

AlgernonWordleÇarlninin öz kiçik bir dünyası var idi və əməliyyatdan sonra o dünyasından çıxaraq tamamilə yeni bir həyat, «tanıdığı» insanları, sevgini, dostluğu, xəyanəti, insanların zəfiliyini və ÖZünü tanıyır.  Digər maraqlı məqam «köhnə Çarli» və «Yeni Çarli» arasında olan münasibətlərdir — uşaq fikirli köhnə və böyüyən, özünəgüvənən təzə arasında. Bütün bu münasibətlərin ortasında isə əlbətdə ki, bir xanım və bir sevgi də var idi… onu isə kitabdan özünüz oxuyarsınız :)

Bu kitabı kimlər oxumalıdır: Məncə burada bir ayrıseçkilik etmək lazım deyil və hamı bu kitabı oxuya bilər — illərdi «kitab yeyənlər» və ilk dəfə kitab oxumağa başlayan şəxslər. Hər kəs, əsas odur ki, keyfiyyətli tərcümə tapa biləsiniz, bu kitabda o vacibdir :)

Kitabın mesajı: Ağıl — insaniyyətin ən böyük nəaliyyətidir, lakin bununla bir yerdə biz sevgi axtarışlarını bilik təqibi ilə  əvəz edirik. Ağıla sahib olan, lakin sevmək və sevilmək bacarığını itirmiş insan intellektual və mənəvi fəlakətə və hətta ağır psixiki xəstəliyə məhkum olur. Bundan əlavə mən bəyan edirəm ki, özünə qapanmış bir beyin ətrafındakılarına ağrı və zorakılıqdan başqa bir şey verə bilməz

Kitabdan sıtatlar:

  • rat-maze-cheeseDost tapmaq çox asandır əgər səni ələ salmağa icazə verirsənsə
  • Dahilik içində olan insaniyyət ümidini öldürdü
  • Heç hiss etmisənmi ki, ağılsız adamın yanında hər kəs dahi görünür?
  • Deyəsən mən çox ağısızıydım ki, deyilən hər şeyə inanırdım
  • Ən yaxşısı gələcəyini bilməməkdir, yoxsa bu gün xoşbəxt ola bilməyəcəksən
  • Qaranlıqda insanlar arasında arakəsmələr nazikləşir və onda diqqətlə dinləsəniz eşidə bilərsiniz…
  • Mən insanam… Mən sevməliyəm

Kitab Çarlinin düşüncələri ilə doludur. Oxuyun, özünüzə uyğun onlarla eləsini tapacaqsınız. Əsər kifayət qədər ağırdır, lakin əminəm ki, bu əsəri oxuyan hər hansı bir şəxs onu tez bir zamanda unutmayacaq.

Kitabın qiymətləndirməsi 10 baldan 9. Bu günə kimi ən çox bal verdiyim əsərdir

Yazılarımı oxuduğunuz, şərh etdiyiniz, paylaşdığınız üçün çox sağ olun! Belə davam edin və biz inşAllah Sizinlə bir yerdə ilin sonuna kimi 50 kitab oxumuş olacayıq!

P.S kimsə kitabı oxumaq istəsə  togrulalakbar@gmail.com ünvanına yazsın, Sizə rusca olan elektron versiyasını göndərərəm.

Şərhlər

şərhlər

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *