Kitabxanam: Henri Ford — Mənim həyatım, mənim nəaliyyətlərim

Paylaş!

Mford2artın ikinci kitabını seçmək üçün çox əziyyət çəkdim və nəticədə qərara gəldim ki, bu dəfə ABŞ avtomobil sənayəsinin atası, konveyer üsullu istehsalatın banisi Henri Fordun «Mənim həyatım, Mənim nəaliyyətlərim» kitabını nəzərdən keçirim. Əvvəldən deyim ki, heç təəsüflənmədim və təəsüratlarımı aşağıda qeyd etmişəm.

Müəllif barədə: Henri Ford barədə tonlarla yazmaq olar. Evinin baxçasında olan emalatxanada yaratdığı ilk Ford modelindən başlayan bu şəxs ABŞ-ın və dünyanın ən böyük avtomobil şirkətlərindən birinin sahibinə çevrilir və ABŞ-ın «avtomobil kralı» sayılır. Həyatı boyu 71 əşyanı ixtira edir və patentləşdirir. İdarəçilik, iş prossesi, sənayənin təşkili, işçilərlə münasibətlərin qurulması barədə «ata»-lardan sayılır. Yüksək qiymətlərə, banklara və monopoliyalara qarşı fikirləri oolduğundan əsas ideyası «hər evə bir avtomobil» idi.

 

fordKitab nə barədədir: Əslində bu kitaba bir mənalı olaraq avtobioqrafiya demək olmaz. Bu daha çox Fordun sənayə, ticarət münasibətləri, şirkət daxilində əlaqələr və ən əsası özünün yaratdığı «fordizm» anlamı barədə təfərrüatlı məlumatlar verir. Kitabda özü və getdiyi yol barədə o qədər də çox məlumat verilmir və əksinə daha çox uğurlu şirkətin, sənayə qurumunun necə uğurlu iş qura biləcəyi barədə öz fikirləri ilə paylaşır.

Kitabı nəyə görə oxumaq lazımdır: Dünyanın ən varlı, zəkalı, təşəbbüskar insanın necə işini qurduğu və o işin işləmə prinsipləri barədə məlumatları nəyə görə də oxumayasan ki? Qısa qeyd etsək isə, bu kitab bir millionerin necə bir iş qurması və hansı prisniplər üzərində inkişaf etdirməsi barədə və çox səmimi şəkildə yazılmış bir etirafdır. Bu bir ortastatistik amerikalının həyatı boyu istədiyi sahədə necə başlaması və bazarın 1 nömrə şirkəti qurması barədədir. Ən vacibi isə, Mr Ford kitabda istehsalatın bütün dərinliklərinə girir və verdiyi məsləhətlər yüz il keçməsinə rəğmən indi belə çox aktual və keçərlidir.

Kimlər oxumalıdır: Öz işini qurmaq, müştəri və işçisi ilə stabil əlaqə qurmaq istəyən və davamlı inkişafı məqsəd qoyan şəxslər — Siz ilk növbədə oxuyun. Beyin işlətmək istəyən hər kəs oxuya bilər.

 

ford3Ford özü çox praqmatik insan olduğundan kitabının dili də kifayət qədər konkret, praqmatik, dəqiq və hardasa qurudur. Bu əvvəl-əvvəl Sizi qorxuda bilər, lakin dayanmayın. Kitabda bir çox qızıl dəyərinə olan fikirlər var və ona görə qələmlə oxumağınız məsləhətdir. O fikirlərdən bəzilərini aşağıda Sizə təqdim edirəm.

 

Kitabdan maraqlı ifadələr:

  • Yaxşı təşkil olunmuş iş hər zaman xeyir gətirir
  • Mən heç zaman demirəm ki, «mən istəyirəm ki, Siz bunu edəsiniz». Əksinə mən deyirəm ki, «Mənə maraqlıdır Siz bunu edə bilərsiniz?»
  • Biznesin məqsədi və məğzi cəmiyyətə xidmət etməkdir
  • Xoşbəxtlik və firavanlığı dürüst işlə əldə etmək olar. İnsan övladının üzləşdiyi bir çox bədbaxtçılıqların çoxu insanların bu təbii yoldan çıxmağa çalışdıqlarına görə baş verir
  • Əslində bizim uğursuzluqlar uğurlarımızdan daha dəyərli dərslər keçir bizə
  • Hər şey bu günə kimi ediləndən daha yaxşı edilə bilər
  • Bizim üçün həqiqi maraqlı olan heç bir şey əslində çətin deyil
  • Həyat mən anladığım qədəri ilə dayanacaq deyil, səyahətdir və əgər kimsə düşünür ki, «istirahət etmək üçün dayanıb» O böyük ehtimal arxaya yuvarlanır
  • Güc və texnika, pul və məhsul sadəcə ona görə dəyərlidir ki, o insana azadlıq hiss yaşadır
  • Əmək və sadəcə əmək yaradır və konkret bar verir (nəticə gətirir)
  • Əgər odunu özün qırsan onda iki dəfə isinəcəksən
  • Biz həyatın marağını özümüzdən uzaqlaşdırmaq üçün bir çox iş görmüşük artıq

Forda qədər avtomobillər lyuks sayılırdı və istehsalçılar bu yanaşmanı davam etdirmək istəyirdilər, lakin Henri gəldi və «Mən hamını cibinə uyğun avtomobil istehsal edəcəm» dedi və etdi.

adps_0001_0002_0_img0312Henri deyirdi ki, avtomobili elə istehsal etmək lazımdır ki, illər sonra belə onu rahat istifadə etmək, satmaq və yararlanmaq olsun və etdi.

Henri əslində hardasa dünyadaki qaydaları dəyişdi. Ən azı buna görə bu kitabı oxumağa dəyər

Kitabın orda qiyməti 10 üzərindən 8-dir.

Kitabın rus dilində versiyasını əldə etmək istəyənlər mənə togrulalakbar@gmail.com ünvanına məktub göndərə bilərlər. Hər birinizə xoş oxumalar!

Bir şeyi unutmayın ki, kitabsız inkişaf olmur. İnkişafsız isə Siz bu dünyada çətin layiq olduğunuz yeri tapa bilərsiniz.

Şərhlər

şərhlər

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *