Kitabxanam: Keyt Ferazzi — Heç zaman tək yeməyin

Paylaş!

51AYwR+XWKL._SX324_BO1,204,203,200_Fevralın son kitabını çoxdan oxumaq istəyirdim və nəhayət qərar verdim ki, onu oxub həzm edim. Bu gün qonağımız Keyt Ferrazzi və onun «Heç zaman tək yemək yemə» kitabıdır.

Müəllif barədə: Müəllifi qısa olaraq təqdim edəsi olsam deyərəm ki, Forbes jurnalının fikrincə «dünyanın ən ünsiyyətçil insanlarından birisi» və dünyanın ən güclü, yaxşı netvorkçusudur (şəbəkəlməyi bacaran insanı). Keyt demək olar ki, şəbəkəşməyi bir sənətə çevirib və özünün dediyinə görə telefon kitabçasında şəxsən tanıdığı 5000-dən çox insanın əlaqə vasitələri var. Forbes, The Wall Street Journal, HarvardBusiness Review kimi yerlərdə məqalələri dərc olunub. Bu günə kimi Deloitte və Starwood Hotels kimi böyük şirkətlərdə marketinq direktoru vəzifəsində çalışıb və hal-hazırda özünün Greenlight şirkəti var.

Müəllif nisbətən kasıb bir ailədə doğulub və valideyinləri üzdən-qabığdan çıxırdılar ki, oğulları yaxşı təhsil alsın. Ailəsinin çox güclü əlaqələri yox idi, sadəcə atası diribaş idi və risk etməkdən qorxmurdu — işlədiyi şirkətin müdirinin müdiri ilə görüşmək üçün çalışdı və görüşəndə xahiş etdi ki, bəs bir oğlum var, istəyirəm ki, ona təhsildə kömək edəsiniz. O rəhbərin adi işçinin belə cəsarətli xahişi çox xoşuna gəldi və o kömək olmağa razı oldu.

30065704-ferracci-630x483Kitab nə barədədir: Qısa desək bu kitab «Əlaqə qurma Əlifbasıdır».

Kitabın böyük bir hissəsi əlaqələrin qurulması və onların inkişaf etdirilməsi prossesi barədədədir. Kitabda qeyd olunur ki, kiminlənə zaman və harada görüşmək, tanış olmaq olar, harada hansı «alət» daha effektiv ola bilər və hansı hərəkət, davaranışlarımız bizi insanlardan uzaqlşadıra bilər. Keyt qeyd edir ki, uşaq vaxtı qolf meydançasında «top daşıyan» işləyirdi və onu ən çox təəcübləndirən o məqam idi ki, ordaki insanlar hər zaman bir-birinə kömək etməyə çalışırlar. Kitabın ana mesajlarından birisi odur ki,  insanlar çox vaxtı çalışırlar ki, əlaqələrindən bir tərəfli şəkildə istifadə etsinlər və qarşı tərəfi düşünmürlər, lakin Keyt qeyd edir ki, əlaqələrini artırmaq və effektiv olmasını istəyirsənsə onda sən MÜTLƏQ şəkildə düşünməlisən ki, mən o şəxsə necə kömək ola bilərəm.

Müəllif qeyd edir ki, əlaqələr bir gül kimidir, əgər ona vaxtaşırı maraq, diqqət göstərmədinsə o solub gedəcək.

Kitabın bir hissəsi isə şəxsi marketinq barədədir — nəyə görə fərqlənmək lazımdır, necə fərqlənmək olar və necə öz brendini yaradıb ona maraq cəlb etmək olar. Yeri gəlmişkən, bu mövzuarda mən «Əliabbas iş axtarışında» kitabımda ətraflı məlumat vermişəm. Yararlana bilərsiniz :)

Keith-Ferrazzi-SpeakerKitabı kimlər oxumalıdırlar: İnsanlarla ünsiyyət qurmağı bacarmalı olan peşələrin nümayəndələri — PR, Marketinq, Satış və s. Əlavə olaraq  — tələbələr, karyera qurmaq istəyən şəxslər, əlaqələrin vacib olmadığını  (ki, anlasınlar ki, nə qədər vacibdir) və əlaqələrin vacib olduğunu düşünənlər (fikirlərində yenə əmin olmaları üçün)

Kitabın şüarı: Bir gün mən anladım ki, ağıl, bacarıq və haradan gəlməyin (nəsil-nəcabətin) — həyatda ən vacib resurs deyil. Sən tək başına heç nə edə bilməyəcəksən.

Nə xoşuma gəlmədi: Müəllif rəsmən bütün günü əlaqə qurmaqla yaşayır, 3-5 saat yatır və fikri-zikri insanlarla tanış olmaqdır. Kitabın bəzi məqamlarında mən aşırı bu işə fokuslanma gördüm və təklif olunan alətlər bir az təəcüblü idi. Fikrimcə hərdən bu bir az qeyri-səmimi görsənir.

aXuNIKitabdan maraqlı fikirlər:

  • İnsan ambisiyarı haradasa yapon karplarına (balıq) oxşayırlar. Onlar öz ətrafının ölçülərinə uyğun böyüyürlər. İnsanın əldə etdikləri onun arzularının ölçüləri və missiyası ilə nə qədər uyğunlaşmasından asılıdır.
  • Fiaskoları yenə də və yenə də yaşayın. Və hər dəfə onu daha yaxşı edin
  • Yazın. Hər dəfə yazı. Yaxşı yazı yazmağı öyrənmək sadəcə yazmaq lazımdır. Yazıçı olmaq üçün 3 şey lazımdır — qələm, kağız və özünü ifadə etmək istəyi.
  • Əgər düşünürsünüzsə onda böyük düşünün
  • Yaxşı işlərin sayını aparmayın

Şəxsi təcrübəmdən onu deyə bilərəm ki, bu günə kimi (2010-cu ildən başlayaraq) işlədiyim bütün yerlərə şəxsi əlaqələrimin hesabına çıxa bilmişəm (qəbul olunmuşam yox, müsahibəyə dəvət olunmuşam). Ona görə də əlaqələrin vacib olduğunu mən çoxdan bilirəm. İndi bu kitabı oxuyub mən o biliyimi daha üst səviyyəyə qaldıra bildim və Sizə də məsləhət görürəm. Kitabın ümumi qiyməti 7/10

Şərhlər

şərhlər

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *