Kitabxanam: Riçard Brenson. «Bakirəliyimi itirərkən»

Paylaş!

brenson2 

Challenge barədə: Bu gündən, daha doğrusu bu həftədən mən ÖZümə challenge elan edirəm. Buna əsasən mən 2016-cı il ərzində hər həftə bir kitab oxuyaraq onun qısa məzmununu yazı olaraq Sizinlə bloqumda paylaşacam (ən azı, çalışacam). Dəyərli bloqqer yoldaşlarımın kitab mövzusuna diqqət yetirmələri çox xoşdur. İnanıram ki, bu il çətin il olmaqla bir yerdə bizim xalq üçün inkişaf baxımından xeyirli olar.

İlk seçimim: İlk kitab Riçard Brensonun avtobioqrafiyası olan «Loosing the Virginity» (Bakirəliyimi itirərkən) kitabı olacaq. Əvvəlcədən deyim, bu kitab cinsi münasibətlərdən və ya ona yaxın mövzular barədə deyil :)  Əgər kimsə o maraqla bu linkə daxil olubsa onları məyyus etməli olacam, lakin kitab elə maraqlı bir əsərdir ki, məncə alacağınız məlumatlar Sizə bir çox sahədə kömək olacaq.

brenMüəllif barədə: Riçard Brenson Böyük Britaniyanın ən məşhur, varlı, müvəffəqiyyətli biznesmenlərindən birisi, 200-dən artıq fərqli sahədə fəaliyyət göstərən  Virgin imperiyasının rəhbəri və təsisçisidir. Bundan əlavə o çox fərqli düşüncələrə malik aktiv bir vətəndaşdır və ekstremal idmanların böyük pərəstişkarıdır.

Kitab barədə:

  • Kitabda Brensonun uşaqlıqdan illərindən başlayaraq 90-cı illərin ortalarına qədər olan, TV dili ilə desək, həyat və yaradıcılığı qeyd olunub. Nisbətən kasıb bir ailədə doğulmuş Riçard uşaqlıq illərindən valideynləri tərəfindən «challenge» olunurdu. Misal üçün o qeyd edirdi ki, o vaxtlarda anası onu velosipedə otuzdurub qohumları gilə getməyi əmr edir. Baxmayaraq ki, Riçardın onda 8-10 yaş var idi və o yolu uşaq heç vaxt getməmişdi. Brenson o yolu gedir-gəlir çətiniklə, sonra öz evlərinə girir, özünü qalib hiss edərək. Anasına ona baxır və deyir ki, «hə yaxşı ki, gəldin. get atana kömək elə, ağacları kəsməyə». Qısası həyatı bal-şəkər olmasa da, ona uşaqlıqdan qazanmağı, öz ayaqları üzərində durmağı öyrədirlər.
  • Ən çox nəyi bəyəndim?: Kitab çox asan dillə yazılıb və kifayət qədər səmimi etraflar var (plastinka qaçaqmalçılığından tutmuş «podxod» etdiyi xanımların adına qədər, bütün qorxularını və komplekslərini, hər şey barədə rahat danışır). Riçard oxucu ilə ünsiyyət qurur. Əsas isə kitab insanı hərəkətə sövq edir və bu isə çox vacibdir!
  • virginNiyə bu kitabı oxumaq lazımdır? Brensonun necə birisi olduğunu anlamaq üçün Sizə onun haradan başladığını və harada olduğunu göstərmək lazımdır: Bu insan ilk olaraq Studen qazet-jurnalından başlayıb, sonra keçib musiqi plastinkalarının çatdırılmasına, sonra o plastinkaları hazırlamağa (musiqi sektoruna), sonra  (baxın hardan hara?!) aviaşirkət (Virgin airlines) açıb. Şirkəti bilirsiniz necə açıb? Rahat musiqi işi ilə məşğul olduğu müddətdə ona tanımadığı bir şəxs zəng eləyib və deyib ki, bəs indi şərait yaxşıdır, bəlkə bir aviaşirkət açasınız. O da düşünərək deyib ki, bəs pis fikir deyil.  İndi bu insan Amerikada öz Cola-sını (Virgin Cola) buraxır, öz fitness mərkəzləri var və daha onlarla fərqli sahədə əməliyyatlar edir.
  • Kitabın mesajı: Et. Dirəş. Əl çəkmə. İnan. — mən, Toğrul belə anladım. Riçard öyrədir ki, risk etmək şərtdir və həyatı boyu risk etmək lazımdır. Düzdü, uğursuz işlərin də olacaq, lakin çalışsan uğurlular daha çox olacaq.
  • Kimə oxumaq məsləhətdir?: İlk növbədə, öz işini qurmaq istəyən şəxslərə. İkinci növbədə, motivasiya axtaran, həyatını dəyişmək istəyən, «Sən bacararsan» cümləsini eşitmək, oxumaq istəyən şəxslərə. Ümumiyyətlə isə yaşından və yerindən asılı olmayaraq hər bir inkişaf etmək istəyən şəxsə məsləhətdü :)

Maraqlı faktlar:

  • brenson kosmosMəktəb vaxtı çox güclü şagird olmayıb və hər zaman üsyankar birisi olub. Ona görə bir neçə dəfə məktəb dəyişməli olub: «bir dəfə məktəblərin birində Riçard müdirin qızı ilə münasibətdə imiş. Müdir bunu bilir və onu məktəbdən qovacağını və sabah valideynlərini çağıracağını bildrib. Vəziyyətin «çernel» olduğu anlayan Riçard elə axşamtərəfi məktəbdən çıxır və elə bir abu hava yaradır ki, guya özünü atacaq (öldürəcək). Nəticə etibarı ilə bu «variant» alınır və o məktəbdə qalır.
  • Riçardın şirkətlərinin dəyəri 3 mlrd (milliard funt sterlingdir)
  • Körfəz (Kuveytdə) müharibə başlayanda Riçard Bağdadda əsir qalmış soydaşlarını qaytarmaq üçün Səddam Hüseynə məktub göndərir və ora bir-başa təyyarə göndərir
  • Brenson ekstrim «xəstəsidir». O ilk şəxs olub ki, Sakit və Atlantik okeanlarını hava şarında  keçib.
  • Bir dəfə Amerika qitəsində olanda ucuz istirahət etmək istəyir və eşidir ki, Virgin adalarında ada almaq istəyən şəxslərə lyuks xidmət göstərilir. Potensial alıcı cildinə girir və yoldaşı ilə gedir ora. Satanlar ilk olaraq ona əla xidmət göstərir və biri birindən gözəl adalar təklif edirlər, lakin onun təklif etdiyi qiyməti öyrənib həvəsləri ölür. Riçard isə özünə söz verir ki, oradan bir ada alacaq və bir neçə ay sonra alır da. Ada, Karl, ada!


air İfadələr:

  •  Çoxları deyir ki, əsas müştərilərdir. Mən isə düşünürəm ki, əsas işçilərdir. Onlar məmnun olsa müştəriləriniz hər zaman məmnun olacaq
  • Əgər kimsə Sizə super bir təklif edirsə və Siz bacaracağınız barədə tərəddüd edirsinizsə onda razılaşın. İşi necə görəcəyinizi sonra öyrənəcəksiniz.
  • Mənə görə biznes kostyum geyinmək və ya əsas qərarverənləri razı salmaqdan ibarət deyil. Mənə görə əsas olan özünə və öz ideyalarına sadiq olmaq və vacib olanlara fokus olmaqdır

Qısası, kitab əladır. Mən rus dilində oxudum, kindle-la. Google-da axtarsanız rus və türkçə pulsuz variantları tapa bilərsiniz. Xoş istirahətlər!

Şərhlər

şərhlər

4 Comments Kitabxanam: Riçard Brenson. «Bakirəliyimi itirərkən»

  1. Əminət

    Paylaşdığınız üçün təşəkkür edirəm, Toğrul bəy. Elə yazmısız ki, kitaba marağı olmayan insanlar belə həvəsə gəlib oxuyacaqlar)

    Reply

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *