Kitabxanam: Skot Jurek — Qaç və Qidalan

Paylaş!


360_10q_jurek_0723
2014-cü ildə İshak Pintoseviçin təlimindən qayıdandan sonra limitlərimi aşmışdım. Elə çaşmışdım ki, hətta mənə isti-soyuğu olmayan bir idman, marafon qaçışı ilə bağlı özümə məqsəd qoydum və gələcək Olimpiya oyunlarında Azərbaycanı o sahədə təmsil etmək istəyirdim. Bunu ilk və yeganə danışdığım insan Tamerlan bu etirafımı eşidib yagin ki, tibbi yardım çağırmaq istəyirdi. Sonra nəsə fikrim qarışdı və bu fikir yadımdan çıxdı. Ta ki, bu kitab əlimə düşmədi.

BookMüəllif barədə: Skot Jurek dünyanın ən məhşur və titullu ultramarafonçularından birisidir. Ultramarafon dediyin normal marafonun 2,3,4, hətta 6 dəfə daha uzun formasıdır və buna əsasən insanlar adi marafonda olan kimi 42 km yox, 100,150,200 və hətta 260 kilometr qaçırlar. Bax bu kitabın müəllifi dünyanın bir çox prestijli yarışlarının dəfələrlə qalibi olub. Ən maraqlı məncə ABŞ-da Ölü Kanyonda keçirilən 246 kilometrlik Badwater race yarışıdı və ABŞın günlük yarış üzrə rekordsmenidir (onun nəticəsi 24 saata 266,7 km-dir).

Qırağdan baxıb düşünmək olar ki, uğur qazanmış idmançının pul qazanmaq məqsədi ilə yazılmış şablon bir kitabdır, lakin oxuduqca anladım ki, bu kitab tam başqa bir aləmdir!

Kitab barədə: «Qaç və Qidalan» struktur baxımından avtobioqrafik kitab olmaqla bir yerdə daha çox bir insanın özünü tapması və o yolda irəliləməsi barədə idi. Ən gənc yaşlarından başlanan hekayədə anası onlar uşaq olarkən skleroza tutulur və gəzmək bacarığını itirir. Atası da bütün günü 2 işdə işləyir deyə ev üzrə işləri məcburi olaraq evin böyük uşağı, Skot görməli olur. 12-13 yaşlı oğlan evləri yığışdırır, yeməklər bişirir, balaca bacı-qardaşına baxır və s. Bununla bir yerdə O özünü axtarır və daim axtarışda olur. Boş vaxtı olan kimi isə meşəyə gedir və qaçır. Özündən və problemlərdən başlayan bu qaçış onu belə böyük yüksəklilərə gətirir. Kitabın əsas 3 mövzusu var: qaçış, düzgün qidalanma (Skot özü veqandır) və özünü tapma. Hər üç mövzu barədə şəxsi təcrübəsinə və araşdırmalara əsaslanan çoxlu məlumatlar verir.

Nəyə görə oxumaq lazımdır: Skot deyir ki, uşaq vaxtı, universitet vaxtı mən həmyaşıdlarımdan fərqlənəməyən birisi idim. Uzun, arıq, «veşalka» tipli bir oğlan idim və mənimlə daimə məzələnirdilər. Tək bildiyim bacarığım — dözmlük idi və mən düşündüm ki, o gücə əsasən özümü idmanda göstərə bilərəm. Bu bir amerikan xəyalı kimidir, lakin bu dəfə fərq odur ki, bu xəyala çatmaq üçün bu insan hər yarışda özünə qalib gəlməli idi!


005_jurek_escobarKitabın ən bəyəndiyim məqamı:
O qədər bəyəndiyim məqam var ki! Əvvəla, kitabın dili çox səmimi, dostyana yazılmış bir kitabdır. Bir nəfəsə oxunu! Çox dərindir və müəllif həyatı boyu rastlaşdığı hadisələr, uğurlar və təcrübələr barədə bütün fikirlərini, təəsüratlarını oxucu ilə paylaşır. ƏLA məqam odur ki, hər bölmənin sonunda Skot qaçış və idman texnikaları ilə bağlı bir məsləhət verir və sevdiyi bir yemək reseptini detallı şəkildə oxuculara təqdim edir.

Kitabın mesajı: Bədənini tanı, onun göndərdiyi mesajları anla, düzgün qidalan və kim olursan ol böyük məqsədlərə nail ola bilərsən. misal üçün qaçışda

Kitabı kimlər oxumalıdır: İlk növbədə mesaj qaçmaq istəyib buna cürət etməyənlər, uğurlu insanların uğur resepti ilə tanış olmaq istəyən (çox şablon səsləndi, bilirəm), həyatda nəyəsə nail olmaq istəyən və oturduğu yerdən durmağa motivasiya axtaran insanlar üçündür. Bütün yaşlar və kateqoriyalara uyğun kitabdır!

Hər zaman bu hissədə maraqlı ifadələrdən yazırdım. Bu səfər sadəcə kitabdan bir hissə barədə deyəcəm:

Scott-Jurek-ultram_2702740kƏn yadda qalanlardan birisi o olur ki, 160 km yarışların birində məsafənin yarısında Skotun əzələsi cırılır. O bunu bir sınaq olaraq qəbul edir, panikaya düşmür və ağrının müvəqqəti hiss olduğu bilərək əsas mübarizənin beyində getdiyini anlayır. Bədəninin verdiyi siqnala qulaq asır, mərhələli şəkildə özünə gəlir, gülümsəyir və bu yarışda da qalib gəlir (o hissələri çox detallı təsvir edib, oxuyanda tüklərim biz-biz olur).

Bu kitabı oxuyub çox böyük motivasiya aldım. BookChallenge çərçivəsində bəlkə də mənə ən çox təsir etmiş kitab bu oldu. İndi düşünürəm ki, o «yardımı» çağırsalar belə mən bir marafon qaçmalıyam. nöqtə!

Kitabın yekun qiyməti 8.5-9!

P.S kimsə kitabı oxumaq istəsə  togrulalakbar@gmail.com ünvanına yazsın, Sizə rusca olan elektron versiyasını göndərərəm.

Şərhlər

şərhlər

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *