Kitabxanam: Stiven Kovi — Yüksək effektli insanlarin yeddi vərdişi

Paylaş!

Stephen-CoveyBu kitab barədə yalan olmasın 5-6 ildir ki, eşitmişdim, lakin nəsə əlim, ürəyim gəlmirdi ki, onu oxuyum. Hər zaman qarşıma ayrı bir kitab çıxırdı və bu yadımdan çıxırdı. Axırda qərara aldım ki, tay bəsdi və kişi oturub bu kitabı oxumalıyam. Oxudum, özüdə necə oxudum. Aşağıda fikirlərimi daha ətraflı qeyd etmişəm, sadəcə onu deyim ki, indi anladım ki, insanlar nəyə görə bu qədər Kovi vurğunudurlar :)

Müəllif kimdir: Stiven Kovi Amerikada etalon kimi təqdim olunan bir adam idi. Təlimçi, məsləhətçi, yazar, dini dəvətçi və nümunəvi bir ata idi. New York Times Bestseller siyahısına daxil olmuş bir neçə kiabın müəllifi, kitabları 20 milliondan artıq tirajla 40 dilə tərcümə olunub. O yazıçı, mütəfəkkir olmaqla bir yerdə həm yaxşı ata idi — özündən sonra 9 övlad və 52 nəvəsi qalıb (2003cü ildə nümunəvi atalığa görə hətta mükafat belə alıb).

covey1Kitab barədə: Statistikanı sevirəm: TİME jurnalı bu kitabı «ən yaxşı 25 biznes kitabı» siyahısına əlavə edib.

Bu kitabı bir sözlə ifadə etsəm «dərin» sözünü istifadə edərdim. Məsələlərin tam özəyini, səbəbini göstərir bizə Stiven dayımız.

Təfərrüata girsək, kitabda müəllif yüksək effektivlik qazanmaq üçün insanların inkişaf etdirməli və sahiblənməli olduqları 7 xüsusiyyət barədə danışır: Bunlar aşağıdakılardır:

  1. Proaktivlik
  2. Nəyəsə başlayanda son nöqtənu görmək, ona fokuslanmaq
  3. Düzgün İş bölgüsü: ilk olaraq təcili olanı yox, vacib olanı etmək
  4. Win-Win:   bütün fəaliyyətlərdə hər iki tərəfin qazanacağı sistemə köklənmək
  5. Başa düşülməkdən əvvəl başa düşməyə çalışmaq
  6. Sinerji yaratmağa çalışmaq
  7. Daima öz üzərində çalışmaq

Bəlkə qıraqdan quru və şablon səslənə bilər bu 7 xüsusiyyət, lakin kitabı oxuyanda adam valeh olur, hətta vahimə basır. Çox detallı, maraqlı misallarla bol və öyrədici bir alətdir bu kitab.

Kitabın bilməli olduğunuz bir məqamı odur ki, məncə onu hər yaşda olan adam oxumalı deyil, oxusa belə hər yaşda özü üçün tam başqa şeylər götürəcək. Giriş (paradiqma) hissəsi kifayət qədər ağır yazılıb və bir çox kitaba başlayan adam elə orada dayanırlar, lakin davam edən şəxslər sonrasında necədərin bir kitab oxuduqlarını anlayırlar.

covey2Nəyə görə bu kitabı oxumaq lazımdır: Bu kitab ƏN UCUZ və ÇOX EFFEKTİV bir fərdi inkişaf alətidir. Yuxarıda qeyd etdiyim kimi dili əvvəldə bir az çətin olsa belə Kovi bir kitabda bir ensiklopediya yazmağı bacarıb. Gündəlik həyatda istifadə edə biləcəyimiz məlumatarla bir yerdə iş həyatı və ailə münasibətlərində belə yararlı ola biləcək məqamları bir kitaba sığdıra bilib.

Kimlər bu kitabı oxumalıdırlar: Məndən olsa bu kitabı hamı oxumalıdır, məndən olmasa ilk oxumalı olan şəxslər:

 — şəxsi idarəçiliyini (self management), yəni vaxtını, pulunu, enerjisini düzgün idarə etmək istəyən şəxslə

—  valideyn olan və olacaq şəxslər (səbəbini yuxarıda qeyd etmişəm

— idarəçi vəzifədə çalışan və bu vəzifələrə iddialı olan şəxslər

Kitabdan maraqlı fikirlər: Ən çox maraqlı fikir tapdığım kitabdır, dəqiq!

covey3— Bilmək və etməmək bilməməyə bərabərdir. Bacarmaq və etməmək bacarmamağa bərabərdir.

 

— Bir çox insan Sizi anlamaq məqsədi ilə yox, cavab vermək məqsədi ilə dinləyir.
— Nə qədər yuxarı qalxmanızdan asılı olmayaraq əgər nərdivan səhv divara qoyulubsa Siz səhv yerə gedəcəksiniz.
— Katalizator və bizim reaksiya arasında boşluq var və bu boşluqda bizim seçim azadlığımız yerləşir. Bizim reaksiyadan isə bizim inkişafımız və xoşbəxtliyimiz asılıdır.
— Necə görməyimizdən asılı olaraq nə düşünməyimiz və nə etməyimiz formalaşır.
— Əgər iki nəfər eyni cür düşünürsə onların birisinə eytiyyac yoxdur.
— Əgər bağışlaya bilmirsinizsə deməli ömürlük qurban qalırsınız.
— Gəmgin ifadələr içərisində ən gəmgini «bilirsən… əslində hər şey fərqli ola bilərdi» cümləsidir.
covey4— Emosional xərçəngin 4 hissəsindən özünüzü azad edin: tənqid etmək, gileylənmək, müqayisə etmək və rəqabət aparmaq.
— «Sevmək» söz deyil, hərəkət deməkdir
— «İdarəçilik» düz etmək deməkdir, «liderlik» isə düzgün işlər görmək deməkdir.
— Öz düşüncə tərzini dəyişməyi bacarmayan şəxs heç vaxt öz reallığını dəyişə bilməyəcək və demək ki, heç zaman inkişaf edə bilməz.
— Bizim xarakter vərdişlərimizdən formalaşır. Fikir əksən hərəkət əldə edəcəksən. Hərəkət əksən vərdiş əldə edəcəksən. Vərdiş əksən xarakter əldə edəcəksən. Xarakter əksən isə taleyini əldə edəcəksən.
Kitabın qiyməti: 10 baldan 9-9.5 (1o vermirəm ki, bəlkə daha yaxşı bir kitab qarşıma çıxacaq)

Əgər kitabı oxumaq istəsəniz mənə togrulalakbar@gmail.com ünvanına yazın, Sizə bu kitabın rus dilində variantını göndərim. Xoş oxumalar, dostlar!

Şərhlər

şərhlər

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *