Kitabxanam: Vendi Suzuki — Öz beyninə aşiq olmuş qız

Paylaş!

vendi3
#Bookchallenge artıq ikinci həftədir davam edir və bu həftə Sizə çox fərqli bir kitabın resenziyasını təqdim edəcəm.

Necə tapdmMən bəxt yox, qismətə inanan bir ümmətin nümayəndəsi olaraq qeyd etməliyəm ki, ilk həftə bitirdiyim kitabdan sonra mənim oxumalı olduğum bir ton kitab var idi. Birini hətta seçdim, başladım oxumağa , hətta ilk hissədə idim. Birdən  «случайно» facebooka girdim və orada «Alpina Publisher» nəşriyyatının səhifəsi qabağıma çıxdı bu kitab barədə məlumatla bir yerdə. Kitabın adı məni «tutdu», sonra bir az kitabdan 1-2 hissə oxudum və düşündüm ki, bu kitabı araşdırmaq olar. 10 dəqiqə sonra artıq bu kitabı oxumağa başlamışdım

Müəllif barədə: Vendi Suzuki (Wendy Suzuki) yapon əsilli Kaliforniyada doğulmuş amerikan bir neyro-bioloqdur. Sadə mütəxəssis yox, dünyaca məhşur, bir çox araşdırmaların rəhbəri olan, özüdə Nyu York Universitetində öz laboratoriyası var (bu Sizə şəhərdə «toçka» açmaq kimi görsənməsin ha).  Daha yaxından tanış olmaq üçün TEDx çıxışını izləyə bilərsiniz — LİNK

Kitab nə barədədir:  Vendi xanım danışır ki, bir dəfə Cənubi Amerikada dağ çaylarında qayıqda üzmək üçün getmişdi və komanda hər gün bir yerdən digər yerə köç edirdi. Bir dəfə axşam komanda qayıqda olan əşyaları quruya daıyırdı və onlar zəncirvari düzülüb əşyaları bir-birinə ötürürdü. Əşyalar ağır deyil idi əslində, lakin Vendi bir neçəsindən sonra tagətdən düşür. Məhz o anda O anlayır ki, onun bədəni və həyatı əslində necə «ağlamalı» vəziyyətdədir. O gün O özünə söz verir ki, həyatını dəyişəcək.  İxtisasca neyro-bioloq olan Vendi başlayır araşdırmalar etməyə , digər araşdırmalar barədə oxumağa və bu biliklər və mütəmadi idmanın köməyi ilə o həyatını dəyişir.

vendi2Ən çox nəyi bəyəndim: Beyin barədə kifayət qədər sadə dillə tonlarla məlumat verilir: necə qurulub, hansı hissələr var, kim nəyə «otveçat»-dır və s. Bundan əlavə həyatımızda rastaşdığımız prossesləri beyin prizmasından izah edir və suallara cavab verir, misal üçün ən çox bunları sevdim:

  • nəyə görə insan stress yaşayır, onun səbəbləri, hətta dərinlikləri
  • nəyə görə fiziki idman beyni inkişaf etdirir və bu prosses necə baş verir
  • kreativliyin (bəli, bəli) fiziki, «beyni» əsasları. hər kəs kreativ ola bilər mi?
  • meditasiyanın xeyirləri (mən ilk dəfə bu mövzuda oxuyurdum deyə mənə çox maraqlı gəldi)
  • fiziki idman «döyər» ya meditasiya? yəni hansı daha xeyirlidir?
  • vərdişlər necə yaranır. konkret markomaniya aludəçiliyi barədə çoxlu misallar verildi.
  • Özü «yaddaş» üzrə ekspert olduğuna görə yaddaş mövzusunda ən çox danışılıb

Nəyə görə bu kitabı oxumaq lazımdır: baxmayın da — bədəninizdə ən vacib olan hissə beyin (düzdü, bəzilərində mərkəz ayrı yerdir. hörmət edirik. kişinin başına iş gələr) barədə məlumatlı olmamız yaxşıdır. Hələ üstəgəl bu kitabda onun çox maraqlı, bilmədiyimiz məqamları, tərəfləridə qeyd olunur.

Bu kitabı kimlər oxumalıdır: neyrobioloqlar və elmi biliyi olanlar, inkişaf etmək istəyən şəxslər, həyatını dəyişmək prossesində günü günə satanlar və ümimiyyətlə «prostoy» vətəndaşlar :)

Kitabın mesajı: Məşq elə ki, beynin inkişaf etsin. İnkişaf etdir ki, xoşbəxt olasan

vendi bookVacib məqam: Əslində bu kitab avtobioqrafikdir — bir tərəfdən bu yaxşıdır: yazıçı bütün onu narahat edən məsələlər, vacib detallar barədə məlumat verir, digər tərəfdən isə detallar hərdən çoxdur — kiminlə görüşdü, nəyə görə ayrıldı və ağ atlı şəhzadəsi necə birisi olmalıdır. Xanımlar daha çox bəyənəcəklər :)

Maraqlı faktlar:

  • çox yerdə oxumuşuq ki, insan beyni 7-10 faiz öz potensialını istifadə edir. Vendi deyir ki, bu «ağ» yalandır və biz tam gücümüzlə beyni yükləyirik, LAKİN o sübüt edir ki, mütəmadi idman məşqləri hətta orta yaşlı insanın beynində neyroqenez, yani yeni neyronların yaranmasına gətirib çıxardır, əsasən də hippokamp bölümündə.
  • idmanın beyni inkişaf etməsi mövzusu ilə ilhamlanıb Vendi Universitetdə yeni dərsə başlayır «Necə məşqlər beyni inkişaf etdirir». Maraqlısı odur ki, onun dərsi iki hissədən ibarət idi — ilk hissədə tələbələr 1 saata yaxın fiziki məşqlər edirlər, sonra isə keçirlər mühazirə hissəsinə. Abel müəllim, təsəvvür edirsiniz?

Bu kitab rus dilində internetdə var, oxuyun, idman edin və inkişaf edin !

Kitabın qiyməti: 10 baldan 7.0

P.S bu kitabdan sonra gündəlik səhər məşqlərinə başlamışam :)

Şərhlər

şərhlər

2 Comments Kitabxanam: Vendi Suzuki — Öz beyninə aşiq olmuş qız

  1. Naiba

    Hərşey beyində başlayır deyirlər, həqiqətən də belədir. Psixolojik olaraq işə başladığımızda hazır olmadığımız zaman müəyyən bir andan sonra bizi geri çəkən qorxu hissinin əsiri oluruq. Hərşey mümkündür əgər həqiqətən istəyirsənsə, lakin bu istək olaraq qalmamalıdır arzularımız üçün mübarizə aparmalıyıq. Hərkəsin imkansız dediyini imkanlı etdiyi zaman insan duyur həqiqi qalibiyyətin həzzini.

    Reply

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *