Nə yedin bu günə düşdün?

Paylaş!

skyhighDünya qloballaşır, ölkələr arasında sərhədlər silinir, insanlar bir-birini daha yaxşı tanıyır, Elon Musk Marsa kütləvi səyahətlər başlatmaq istəyir, bizim insan isə hələ də öz sevdiyi işlə məşğul olur.

Əvvəla onu deyim ki, bu yazını ona görə yazıram ki, mənim son vaxt dəyişdiyimi, vescsiz olduğumu düşünən və ya «sən necə belə yaşayırsan» deyən insanlar məni anlasınlar. Onlar anlamasalar belə mən özüm-özümü ifadə edə bilim.

2 həftə bundan əvvəl qardaşımın nişan günüdür və getmişik onunla nişan tortunu götürməyə. Tortu görən qardaşımın əhvalı sıfıra düşdü və əsəbləşdi — o tortu Abbas deyən kimi bəzəməyiblərmiş. Bütün yolu deyinən qardaşıma baxıb onu anlamağa çalışırdım və son zamanlar ən çox istifadə etdiyim ifadəni dedim — Əşşşi, bildiyin … tortdur da («tort» sözünün əvəzinə bir çox söz ola bilər və olur) , boş şeylərdir.

VisionMisal üçün, mən ildə 4-5 dəfə maksimum toya gedirəm və yeri gəlmişkən 2 aydan sonra öz toyumdur. Ona hazırlıq zamanı (alış-veriş, toyxananın seçilməsi və s.) bir də anladım ki, bizim xalqın «toy adət-ənənəsi» adlanan geridə qalmış sistem necədə mənasız və çürükdür. Yaxınlarım, dostlarım, qohumlarım toyumun yaxınlaşamsıyla bağlı maraqlananda, suallar verdikdə mənim Sizcə cavabım nə olur? Düzdü, «əşşii bildiyin toydur da, boş şeydir». Bu cümləni nişanlım və «по совместительству» gələcək uşaqlarımın anası, əzizim Elvira xanım eşidəndə pis olur, nə qədər gizlətmək istəsə də, mən isə bu yanaşmamı gizlədə bilmirəm.

Əslində mən hər zaman belə olmamışam, özümə də maraqlıdır ki, mən axı nə yedim belə günə düşdüm? 2-3 il bundan əvvəl özümü yada salanda hadisələrə emosional yanaşan, insanlara hər zaman öz fikirlərini qəbul etdirmək istəyən, səhvlərə qlobal yanaşan biri göz önümə gəlir. Ən bariz nümunəsi hər hansı şəxslə islam barədə müzakirə apararkən baş verirdi — əgər kimsə mənimlə razılaşmırdısa mən özümdən çıxırdım, öz fikrimi izah etməyə çalışırdım və s. O halları yada salanda gülürəm.

İndi çox şey dəyişdi. Vizual olaraq bu prossesi belə izah edə bilərəm: 2 cür hadisə, məlzəmə var: ƏSAS və detal və mən o tərəzidə olan məlzəmələrin yerini dəyişdim. İnanıram ki, hər insanın həyatında bir neçə ƏSAS adlandırdığım sahələr, məqamlar var və tonnlarla detallar var və insanın nə qədər hüzurlu, uğurlu olması o ƏSAS və detalın düz seçimindən bir başa aslıdır.

Mən inanıram ki, bu bölünməni, yanı əsası detaldan düzgün ayırmaq üçün ən ƏSASı odur ki, insan qərək:

1. Öz dəyərlərini bilə: hər şeyin açarıdır, insanın fundamentidir. Qərar vermə prossesini çox asanlaşdırır

sual2. Özünə sual verə: Çox çətin deyil, lakin niyəsə çoxumuz bundan istifadə etmirik, tənbəllik edirik. Sual verilən beyin paslanmaz, çalışar, ataş!

3. Nəyi nə üçün etdiyini bilə: Yuxarıda qeyd olunan iki hərəkəti etsəniz bu nəticəyə gələcəksiniz.

4. Şükür etməyi bacara: Hər şeyin başında bu durur — şükür. Misal üçün, «Əsasçı» düşünür ki, 500 Azn qazanmaq istəyirdim, lakin 400 qazandım — min şükür. Əsas odur ki, pulsuz qalmadım  və qazandım, ac qalmayacam.  «Detalçı» isə bu hadisədə «ay da 100 qazana bilmədim, xeyr ola?»

5. Dəyişə bildiyini dəyişə, dəyişə bilmədiyini sakitçə qəbul edə: Bu mənə ən çətin gələn hissə oldu, həzm etməyim çox çəkdi, lakin Əlhəmdulillah ki, bir az bu yolda irəliləmişəm. Təməl ideya odur ki, çalış, lakin həlak olma, qəbul et.

«Detal»çılığı hər gün yüzlərlə dəfə görürük — telefon seçimində, iş seçimində, maşın seçimində, dost seçimində, ən əsası həyat yoldaşı və hətta həyat yolu seçimində.

Mən isə demək istəyirəm ki, insan qərək hər zaman daha böyük şəkilə, vizyona baxabilsin, yani:

— əsas olan tort deyil, sevdiyin xanımla nişanlanmaqdır,

— əsas olan toy deyil, sevidiyin xanımla xoşbəxt yaşamaqdır uzun illər boyu,

— əsas olan pul deyil,  sevidiyin işlə məşğul olmaqdır,

— əsas olan çarpayının ölçüsü və qiyməti deyil, əsas hüzurlu olmandır.

Bu mövzuda çox danışa bilərəm, lakin lazım deyil. Onsuzda oxuyan oxudu, bəyənən bəyəndi, bəyənməyən də bəyənmədi. İndi bir hekayə yadıma düşür. Deyir qocadan soruşurlar ki, necə olur ki, sən hər zaman xoşbəxtsən və heç kimlə problem yaşamırsan. O da cavab verir ki, bəs mən heç kimlə mübahisə etmirəm. Bunu eşidən gənc deyir ki, «necə axı! bu axı mümkün deyil?!». Bunu eşidən goca deyir ki, ay sağ ol, çox gözəl və maraqlı fikirdi, mən də elə bunu deyirəm :)))

P.S əsas uğur deyil, nailiyyətlərin artdıqca insaniyyətinin qorunmasıdır

Şərhlər

şərhlər

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *