Nəyə görə bloq lazımdır?

Paylaş!

blog.pg«Əliabbas İş axtarışında» kitabımda «Şəxsi Brend» hissəsində qeyd etmişdim ki, gənclər sahəsindən və fəaliyyət növündən asılı olmayaraq özlərinə bloq açmalıdırlar (#məsləhətdü). Bunu oxuyan oxucularım mənə bu barədə çoxlu suallar verdiyindən düşündüm ki, növbəti yazımı mən bu mövzuya həsr edim.

İlk bloq yazım 4 sentyabr 2010cu il tarixində yazmışam. Səbəb dostlarımın məsləhəti idi — uzun-uzadı facebookda status yazmaqdansa məsləhət görmüşdülər ki, bəs «bloq aç, ürəyini boşalt». Mən də etdim və hal-hazırda oxuduğunuz bloq sayca üçüncü balamdır.  İndi arxaya baxanda görürəm ki, həyatda verdiyim ən düzgün qərarlarımdan birisi məhz bu idi.

Bloq nəyə görə lazımdır? İndi Sizin suala cavab verirəm:


  1. whyBlogBloq öyrədir: 
    Təlimlərdə də eyni haldır — təlimlərdə ən çox öyrənən elə təlimçi olur, çünki keyfiyyətli təlim-seminar hazırlamaq üçün təlimçi sonda təqdim edəcəyi məlumatdan 3-5 dəfə daha çox məlumat əldə edir və onu emal edir. Yaxşı bloq yazısı da kifayət qədər araşdırma tələb edir və nəticədə bloqqer hər dəfə nəsə öyrənir. Bu çox vacibdir.
  2. Bloq tanıdır: 5 ildir bloq yazıram və keçən il hələ videobloqçuluğa da başlayaraq bir neçə mövzuda video hazırlamışdım. Bu illər ərzində onlarla insan sırf yazı və videolarıma görə məni tanıyıb. Kimisi dostluq atıb, kimisi fikirlərimi oxuyub və qərçək MƏNİ tanıyıb, kimisə təşəkkür edib. Bloq Sizin çevrənizi genişlədir və şəxsi brendinizi inkişaf etdirir, bu təsdiqlənmiş faktdır!
  3. Bloq qazandırır: Yaxşı, müsəlmanlar demiş, bu ixtilaflı mövzudur, çünki ölkəmizdə hər bloq sahibi pul qazanmır, lakin əgər bloqun dili ingilis dili olsa və Siz əsasən də xarici auditoriyaya yönəlik  yazılar hazırlasanız auditoriyanız böyüyəcək və reklamdan (or google ads-dan) pul qazana bilərsiniz. Birdə ki, qazanmaq sadəcə pul deyil — kimsə Sizə hədiyyə verəcək (qazanc), kimsə Sizinlə dost olmaq istəyəcək (qazanc), kimsə Sizi tanıyacaq (qazanc)

  4. why-blogBloq Sizi mütəxəssis kimi təqdim edir: 
    Müəllimim İshakda bizə bunu öyrədirdi öz təlimində. O deyirdi ki, bir insan müxtəlif mövzularda yazılar yazanda auditoriya onu bu sahənin bilicisi kimi qəbul etməyə başlayır.    1-ci bənddə yazdığımı da əlavə etsək bu həqiqətən də elə olur — öyrənirsiniz və püxtələşirsiniz
  5. Bloq yazma qabiliyyətini inkişaf etdirir: Ən xeyirli məqamlardan birisidir! Hətta əlavə gedərək iddia edə bilərəm ki, bloq yazmaq Sizin dil bacarığınızı, söz ehtiyyatınızı da inkişaf etdirir. Biz indi elə bir dövrdə yaşayırıq ki, kommunikasiya bacarığı ən vacib xüsusiyyətlərdəndir və yazma qabiliyyətidə da onun əsas hissi kimi Sizi daha da uğurlu şəxs etməyə kömək olur.
  6. Bloq Sizi ÖZünüzə tanıdır: Çox vaxt deyirəm, lakin mənə inanmırlar — o qədər olub ki, yazıya başlayanda «A» mövzusunda yazmaq fikrindəydim, lakin yazının sonunda «B» barədə yazıram. Yazı ümumiyyətlə fikir aydınlatmaq üçün, düşüncələrinizi emal etmək üçün və ümumiyyətlə rahatlamaq, fikir yükündən boşalmaq üçün çox möhtəşəm (üz vurmayın, bu sözü çox sevirəm) bir alətdir.
  7. She Said blogBloq yazmaq Sizə həzz verir:  ən sevdiyim iki xüsusiyyətdən birisidir: bir tərəfdən Siz yazdığınız mövzularla kimlərəsə kömək edirsiniz, öyrədirsiniz, inkişaf etdirirsiniz və bir insan olaraq bu Sizə xoş hisslər yaşadır. İkincisi daha incə söhbətdir — illər keçdikçə köhnə yazılarınıza baxaraq «dünənki Mən»-ininizi görürsünüz və bu da Sizə həzz verə bilər.
  8. Bloq yazmaq özgüvəninizi artırır: Bəli, düz oxudunuz, məhz elədir! İnsanlar yazılarınızı oxuyur və dəyişir, oxuyur və Sizi tərifləyir, oxuyur, razılaşmır və Siz onları inandırırsınız və s. Ən sadəsi, bloq yazmaq insandan iradə tələb edir — hər həftə, hər gün vaxt tələb edir və bunu edəndə Siz sanki hər dəfə kiçik məqsədə çatmış olursunuz və bu da Sizin özgüvəninizə müsbət təsir göstərir.

1.Bu sözlərdən sonra bloq yazmaq istəsəniz bir şeyi də nəzərə alın — ətrafınızda elə şəxslər olacaq ki, Sizin bu fikirinizi lağ-lağıyla qarşılayacaq və deyəcək ki, «əşi, işi gücün yoxdur?» və ya «sən nə yaza bilərsən ki?». Onlara sadəcə fikir verməyin və boş verin. Onlar hər zaman olublar və olacaqlar.

 

Sizi daha ciddi işlər gözləyir. Yazın, bölüşün, paylaşın. Gələcək bizimlədir, inşAllah!

 

P.S Əgər 18-20 yaşınız (hətta 25) və düşünürsünüz ki, bloq yazmaq üçün böyüməmisiniz, onda yanılırsınız. Açın, başlayın və yazın. Növbəti yazıda «necə» barədə yazacam. Yazıyla bağlı sual yaransa inboxa və ya bura şərh bölməsinə yaza bilərsiniz. Kömək etməyə hazıram :)

Şərhlər

şərhlər

1 Comment Nəyə görə bloq lazımdır?

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *