Ölsəm bağışla

Paylaş!

lifeanddeath Bir etiraf etməliyəm. Son bir-iki ildə ölüm barədə çox tez-tez düşünməyə başlamışam. Yox, Əlhəmdulillah özümü öldürmək fikrindən uzağam. Sadəcə ona bir mütləq hamını keçəcəyi bir stansiya yanaşıram və nə yalan deyim, qorxuram.

Bir etiraf edim, ildən ilə sosial şəbəkələrdə artan dostlarımın içində həyatlarını dəyişənlərin profillərinə mütəmadi daxil oluram. Yox, dəli deyiləm (amma indi onsuzda kimin ağıllı, kimin dəli olmasını demək belə çətindir). İlk günlərdə çox adam ora yazır, aylar sonra isə bir əlin barmaq sayı qədər insan qalır. 

Bu ona görə edirəm ki, ayılım və «göylərdə» olub əsas məsələni unutmayım. Anladığım odur ki, insan qərək ölümü unutmasın və onu fikrinin bir küncündə saxlayaraq yaşasın. Yox, bununla mən qətiyyən demək istəmirəm ki, girməlisən otağına və illərlə ölüm gələcək deyə gözləməlisən. Əksinə, sən onu unutmayaraq həyatını tam-tamına yaşamağa çalışırsan.

lifeÇoxumuzun özünə nümunə götürdüyü Stiv Jobs dayımız da onu deyirdi ki, hər gün güzgüyə baxanda özümə o sualı verirdim ki, bu gün son gün olsa sən yenə eyni bu işləri görərdin ya yox?

Bu yazını yazmaqda bir səbəb var. Sizə bir çalışma etdirmək istəyirəm, çox sadə və eyni zamanda effektiv bir çalışmadı. Onun müəllifi, dünyaca məhşur Stiven Kovi bunu ən güclü çalışmalarından biri sayırdı.

Hazırlaşın, cəmi 5 dəqiqə vaxtınızı alacaq:

Çalışma:

Bir kağız və qələm götürün (bilirəm, kompyuteriniz və telefonunuz var, lakin qələm-kağız tandemi daha effektivdir) və təsvvür edin ki:

» Meşənin ortasındasınız. Çox gözəl ağaclar, mavi səma, axan çaylar və cəh-cəh çalan quşlar ətrafınızdadır. Bir az gəzmək qərarına gəlirsiniz. Bir neçə dəqiqədən sonra səs, daha doğrusu səslər eşitməyə başlayırsınız və görürsünüz ki, meşənin o tərəfində insanlar toplaşıb. Bu Sizə maraqlı gəlir və onlara yaxınlaşmaq qərarına gəlirsiniz. Yaxınlaşanda ilkin şok keçirirsiniz, çünki orada olanları tanımağa başlayırsınız — Sizin valideynlər, dostlarınız, iş yoldaşlarınız, övladlarınız və həyat yoldaşınız oradadır. Onlara lap yaxınlaşanda görürsünüz ki, onlar bi qəbr ətrafındadır və qəbrdə olan şəxs Sizsiniz.»

Hərəsi orada Sizə son sözlərini deyirlər və Siz eşidirsiniz ki….»

İndi gözünüzü yumun və mən deyəni (yani az öncə oxuduğunuzu) yavaş-yavaş təsəvvür edin, tam detallı şəkildə. Sonra gözünüzə açın və kağızda hər qeyd etdiyim kateqoriya insandan son söz olaraq nə eşitmək istədiyinizi qeyd edin, minimum 2-3 cümlə. Yəni yazırsınız ki, valideynlərdən, həyat yoldaşımdan, uşaqlarımdan, iş yoldaşlarımdan, dostlarıman hansı sözləri son söz olaraq öz barəmdə eşitmək istərdim  (əgər bunlardan hansısa hələ yoxdursa, misal üçün uşaqlarım, problem deyil. sadəcə təsəvvür edin ki, var)

Yazandan sonra isə kağızı qoyun qabağınıza və kişi kimi cavab verin — İndi getdiyiniz yol Sizə gələcəkdə bu sözləri eşitməyə imkan verəcək ya yox? Digər sözlərlə desək, o sözləri eşitmək üçün uyğun həyat yaşayırıq ya yox?

Bu çalışmanı bir neçə təlimdə etmişəm və hər zaman emosional cavablar olub, ağlayan, kədərlənən və düşünən simalar görmüşəm.

Əsas olan odur ki, ölüm mütləq gələcək. Hazır olmaq lazımdır və elə yaşamaq lazımdır ki, «kaş ki» sözü yadımıza düşməsin. Həyatınızın, sevdiklərinizin və vaxtınızın dəyərini bilin.

P.S  Çalışmanı edənlər nəticələrini mənimlə bölüşə bilər. Facebook-a ya email adresimə (togrulalakbar@gmai.com) yaza bilərsiniz. Çox maraqlı olardı mənə

Şərhlər

şərhlər

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *