Pat it forward

Paylaş!

2 aydır kı, işsizəm.  Son illərdə rastlaşmadığım qədər boş vaxtım var və hərdən bəzilərində qınadığım «boşluqdan əziyyət çəkmək halı» özümdə də rast gəlirəm. Neyniyək, real halımızı danmamalıyıq, BU olduğumuzu qəbul edib çıxış yolu axtarmalıyıq.

Filmlər bizə nə deyir?

Axır 2 ay ərzində son illər ərzində baxmadığım qədər filmlərə baxdım. Evdə oturmağın ləzzətini almaq üçün bir şey etmək lazımdır axı?! Mən də eləmədim tənbəllik, seçdim ən maraqlı görsənən filmləri və başladım baxmağa. Günə 2-3 filmə baxırdım və gün ərzində bu filmlər barədə düşüncələrimlə bölüşürdüm. Öz-özümlə. Birinci özümə, indi isə Sizə bir sula verim: Bütün filmləri birləşdirən ideya bilirsiniz nədir? Heç özünüzə bu sualı vermisiniz? Continue reading

Yarımçıqlıq və Biz

Paylaş!

                                                                                                                                                       Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.

Nizami

Yuxarıda qeyd olunan sözlər düz,eyni zamanda təxmini 9 əsr bundan əvvəl deyilib, lakin Şeyxin sözləri öz aktuallığını itirməyib. Mənim əzizlərim, bu gün bölüşəcəyim mövzu — yarımçıqlıq mövzusudur və fikrimcə bu gün BU, gəncliyimizin ən böyük problemidir.

Yarımçıqlıq bir problem deyil, bir xəstəlikdir və onun dərmanını mən belə bilmirəm (belə ağıllı görsəndiyimə baxmayın).

Continue reading

Hardasan ay uşaxlıx ?!

Paylaş!

Axır günlər qocalıq sindromu yaşadığım zamanlarda uşaqlığım yadıma düşür ( elə bilməyin ki, bu sözün düzgün yazılışını bilmirəm ) və «uşaqlıq mənim üçün nə deməkdir?» sualına cavab axtarmağa başladım. Az getdim, üz getdim, dərə-təpə düz getdim və sonda bu fikirlərə çatdım :  Continue reading

Novruz sərgüzəştləri

Paylaş!

Biri var idi, biri yox idi, 2 SALTO Multiplayer-i Toğrul və Fariz var idi. Onlar gələcək ( artıq keçmiş ) bayramlarını SALTO-nun «Gənclər Fəaliyyətdə» Proqramının Multilayer-lərinin Ümumi yığıncağında  iştirak etmək üçün Gürcüstana yola düşmüşdülər. Yolda «həm ziyarət, hər ticarət» prinsipinə əsaslanaraq Qərb bölgəsində hərbi xidmətlərini çəkən bir neçə dostlarını da ziyarət edib, Ümumi yığıncaqda ölkəmizi təmsil edib, tədbirdən sonra bir neçə gün Tiflisdə istirahət planlaşdırırdılar. Reallıqda necə oldu? Cavab : Bu yazım çox uzun olacaq, ona görə də buna başlamamışdan əvvəl özünüzə yaxşı bir pürrəngi çay süzmək və səbr toplamaq məsləhətdir.

Continue reading

Мотивация : руководство по эксплуатации

Paylaş!

Для начала запомните это имя : Надя Команечи

 

Уже месяц как не могу сесть и написать, то что накипело и  о чем очень уж хочется поделиться. Сегодня именно ТОТ день. так поехали! :)

Не знаю как майя пришли к выводу, что 2012 — последний год человечества, но определенно он не такой как все и радует тот факт, что 2012 год начался с приятных изменений, новшеств и начал. Может это и детали, но приятно. Последующей приятной новостью для меня стало проведение долгожданного семинара «Мотивация и психология успеха». Сегодняшняя запись больше приурочена этому событию и тому, чему я сам узнал в ходе подготовки к этому событию.

 

Continue reading