Şerifin dərsləri

Paylaş!

abi1Bu həyatda ən qorxduğum hallar məyusluq hallarıdır — sevdiyim, bəyəndiyim kəslərin, yerlərin və s. dəyərini itirməsidir. Misal üçün, bu qorxu mən də hər dəfə İstanbula gedəndə olur. Məni tanıyanlar bilir ki, İstanbulun vurğunuyam və hər dəfə ora gedəndə qorxuram ki, o sevgi, o vurğunluq, o fərqlilik keçər, itər. Bu gün Ahmet abimin seminarına gedəndə də eyni hissləri keçirirdim — qorxurdum ki, bu rəğbət, bu hörmət itər və növbəti ifrat PR olunmuş bu məhsulu görüm səhnədə. Continue reading

Tina Siliq «Özünü yarat»

Paylaş!

«Ən maraqlısı Siz gözlənilən yoldan qırağa çıxanda, oturuşmuş gözləntilər və inamlara sorğulamağa başlayanda və özünüzə

ətraf dünyada olan tükənməz imkanlara baxmağa icazə verəndə başlayır»

tinaÇoxdan düşünürdüm ki, oxuduğum kitabları paylaşmağa başlayım, lakin bilmirdim ki, bunu hansı formatda edim. Sonda qərar verdik ki, bunları qısa resenziya şəklində edək və burada paylaşaq.

Qərar verəndən sonra 2ci sual yarandı – hansı kitabdan başlayım. Bir az düşündüm və cavab özü-özlüyündə gəldi — ən yaxşılardan başlamaq qərək.

2014cü ildə oxuduğum ən yaxşı 3 kitabdan biri – Tina Siliqin “Özünü yarat”-dan  (və ya “20 yaşımda nəyi bilmək istərdim”) başlayıram. Continue reading

Zefir testi və İradə

Paylaş!

test2Keçən həftə yazdığım yazıdan özüm ləzzət aldım. Əslində, bir yazıçı, şair, rəssam, təlimçi və ya hər hansı fikir məhsulunu paylaşan fərd üçün özünün məmnuniyyət alması şərtdir. O yazıdan «qaza gəlib» araşdırmalarımı davam etdirdim və digər maraqlı bir mövzu ilə yenidən qarşınızdayam.

Müvəffəqiyyət, uğur mövzularına yaxın çoxlu təlim-seminarlar verdiyimdən mənə çox vaxt sual verirlər: «Bəs necə Ona nail ola bilərik?». Sual verənlər çox vaxt məndən sadə düstur, rahat cavab və tənbəli belə hərəkətə gətirən bir yanaşma istəyirlər. Belə baxanda dünyada minlərlər uğura nail olmuş insanlar var və əlbəttə ki, onların hər birinin yolu individualdır, lakin yolları araşdırsaq görərik ki, eyni olan məqamlar heç də az deyil. Continue reading

Azadlıqdan qaçanlar və ya İonaçılar kimlərdir?

Paylaş!

“Əgər qüvvəniz Sizə çox əhəmiyyətli şəxsiyyət olmağa imkan verdiyi halda, daha az əhəmiyyətli insan olmağa razı olursunuzsa, həyatda bədbəxt olacaqsınız.”

-Avraam Maslou

Biionar neçə gün bundan əvvəl səhifəmdə bir status yazmışdım, komfort zonası və onun böyüdülməsinin vacibliyi barədə. Statusa şərh olaraq bir nəfər təxminən yazdı: “Nəyə görə öz zonamdan çıxmalıyam ki? Mənə burada komfortludur”. Düzü gözlənilən cavab olsa da, bir az duruxdum və bilmədim nə cavab verim. Mənim üçün hər şey aydın idi, lakin bir anlıq fikirlərim qarışdı.

Sonra “İnkişafologiya adlı seminarıma hazırlaşır və bununla bağlıaraşdırma aprırdım. Həyatda təsadüflər əlbət ki, olmur və qabağıma Avraam Maslou və onun işləri çıxdı. Onlardan biri tam yerinə düşdü və bugünki yazım məhz o barədədir. Continue reading

Avropanı yenidən kəşf edərkən

Paylaş!

Mən bunu etdim. Şeytanın bacağını mı, qıçımı , harasını bilmirəm, lakin kişi kimi yay istirahətinə çıxdım, lakin payız ayında. Normal insanların istirahət etdiyi vaxtı işləyib, işlədiyi zaman istirahət etmək planını reallaşdırdım. Əslində səyahətə 2-3 həftə qalmış bundan istifadə etmək fikrindən daşınırdım  ki, yaxşı ki, əmi qızı Jalə imkan vermədi.

Planımıza əsasən 10 günlük səyahətin 8 gününü Almaniyada, 2 gününü isə Hollandiyada keçirməyi düşünürdük. Bu yazımda ən qısa şəkildə öz təəsüratlarımı və məsləhətlərimi bölüşməyi düşünürəm. Yazım qısa olmaya bilər, ona görə də yaxşı isti çay ya qəhvə hazırlayın və getdik! Continue reading