İnam

Paylaş!

Bu yaxınlarda tərəddüdlə olsa da Nik Vuyçiçin «Sərhədisiz həyat» kitabını oxumağa başladım. Tərəddüdümün səbəbi: zənnimcə, kitab yalandan PR olunmuş bir şəxsi səmimi olmayan fikirləri ilə dolu idi. İndidən çox yanıldığımı deyim. Önyarqılı darvarnmışdım. Kitabın üz qabığında yazıldığı kimi «true motivational book» başlığına layiq imiş. Onu oxuduqca və Nikin həyat və fəaliyyəti ilə tanış olduqca bu insana heyran olmamaq mümkün deyil. Hər şey bir kənara, kulminasiya nöqtəsi onun serfinq məsələsi oldu.Uşaqlıqdan suya, dənizə, hovuza hörmətim böyük olsa da elə hörmət olaraq qalıb və qarşılıqsız sevən oğlanlar kimi söhbət etirafa gəlib çıxmadı. Yəni, Mənim bu gün — sabah 26 yaşım olacağına rəğmən hələ də üzməyi öyrənməmişəm (kişinin başına iş gələr də, brad). Oxuyanda ki, əli-ayağı olmayan bir şəxs nəinki üzmək (onu o, uşaqlıqdan bilir ), hətta serfinq etməyi öyrənib məni dərd apardı. Lakin digər tərəfdən isə içimdə digər güclü bir hiss yarandı. Bütün o kitabı bir sözlə ifadə etsək ağlımıza ilk bu fikir gələr: “O edibsə, deməli mən də edə bilərəm”,- və içimizdə İNAM doğulur. Continue reading

Könüllü allmag üçün 3 səbəb

Paylaş!

vol4Qayıdışdan sonra yazdığım ikinci yazının mövzusu barədə kifayət qədər düşündüm və qərara gəldim ki, könüllülükdən yazım. Deyir aldı əlinə sazı, görək nə dedi.

Belə baxanda cəmiyyətdə könüllü işinə yanaşma birmənalı deyil. Bələ ki, bəziləri onlara Nardaranda şortikli oğlanlara olan baxış tərzindən də pis yanaşırlar. Bilirsiniz ,”Nə iş görüsən?” sualına “Könüllü işləyirəm” deyəndə, cavab verən şəxsin ilk olaraq harasına baxırlar? (düşünün..1…2…3). Alnına. Niyə? Bir axreoloq kimi orada yazılan “lox, çmo, bəxbəxt, boş-bekar” sözlərini tapmaq üçün.

“İnsan olan hər bir yerdə yaxşılıq etmək üçün imkan var”

Seneka Continue reading

O haradan başlayır?

Paylaş!

pick-yourselfOnunla TANIŞLIQ:

“O”nunla ilk tanışlığım 2008-ci ildə baş vermişdi. Orxan adlı xalqımızın böyük oğlu var, «по совместительству» həmçinin, xalam oğludur. AEGEE-də işlədiyim zaman mən prezident, o isə HR menecer (və özü tərəfindən Vice-president elan olunmuşdu). O zamanlar mənə deyirdi ki, sən ondansan. Yəni, indiki loru dillə desək “sən busan”. Mən də açığı başımı bulayırdım, amma həqiqi “O”nun nə olduğunu bilmirdim. Continue reading

Mən … istəyirəm

Paylaş!

Я никогда не слушаю никого, кто критикует мои космические путешествия, мои аттракционы или моих горилл. Когда это происходит, я просто упаковываю моих динозавров и выхожу из комнаты.

 

Həyatda təsadüflərə inanmıram. Təxmini 2 il bundan əvvəl BLBSdə bir müsabiqə keçirdik. Adı «mən təhsildə … istəyirəm»- idi. Ərizəçilər məhz bu «…»-ya öz fikirlərini əlavə etməli idilər. O vaxtki internlər bəyəndikləri yazıları nömrələdilər və qalibi seçdilər. Qalib isə Mirşahbaz oldu. bu yazını yazmaqda da məni təhrik edən O oldu, daha doğrusu onun məsləhət gördüyü Ruby Sparks filmi oldu. öpürəm qardaşım! Continue reading

Tərki-dünyadan qeydlər

Paylaş!

«Люби того, кого любишь сдержанно, ведь в один из дней он может стать тем, кого ты ненавидишь! И ненавидь того, кого ты ненавидишь умерено, ведь в один из дней он может стать тем, кого ты любишь!» (Ат-Тирмизи)  Continue reading

Alo — priem, priem

Paylaş!

Mən bunu etdim. TOEFL mərhələsi geridə qaldı. Bununla bağlı son iki həftədə post yaza bilmədim və bu gün anladım ki, sən demə buna görə təəssüflənənlər belə var imiş. Bu yazını onlara  həsr edirəm :)

Problem : həyatımızda üzləşdiyimiz problemlərlə axır zaman çox maraqlanıram. Bu yazım onların ən böyüklərindən birisi — kommunikativ və yaxud əlaqə qurduğumuz zaman yaşadığımız problemlərdir. Təsəvvür edin ki, kiməsə zəng edirsiniz və şəbəkə probleminə görə qarşı tərəfi eşirmirsiniz. Adi həyatda isə telefon olmayan da belə bizim belə problemlərin sayı qat-qat daha artıqdır. Son həftələr ərində 1-i NİİM, biri isə BLBSdə olmaq şərti ilə 2 «motivasiya» təlimi keçirdim, yeni iş yerimdə insanlar arasında əlaqələrə baxdım və BLBSdə yaranan problemləri araşdırdım.

Continue reading