02.11.2012

Paylaş!

Yadımdadır təxminən 2 il bundan əvvəl ilk bloqumu açmışdım. Onun adressi və tərtibatı bir çox dostumun belə yadında deyil, lakin o gündən həyatımda fərqli həyat başladı. İlk anlarda bloqun fərqinə varmırdım və onun ucuz xəbər portalı kimi istifadə edirdim. Sonra yaxın dostum Narminaya söz verdim ki, indidən belə bloqumda bir dənə olsun belə, xarici məlumat və xəbər olmayacaq. Şükürlər olsun, sözümün üstündə dururam.

Bu həftədən başlayaraq bu bloqu bir həyat jurnalıma çevirmək qərarına gəldim. Hər həftə bir icmal yazmağa çalışacam. Ümudvaram ki, ən azı kiməsə xeyirli ola bilər :)

Deməli belə…

Continue reading

İslam : cahillik və reallıq

Paylaş!

 

Son zamanlar (son illər desəm daha düz olar) İslama indəyədək olmayan qədər maraq yaranıb. Qafqazda və Mərkəzi Asiyada dinə dönüş hiss edilir. Bir tərəfdən, müsəlmanların dinə qayıdışı olan halda, əks tərəfdən İslamı «ekstremist» və «terrorist» sözləri ilə yan-yana qoyub, bu dini gözdən salmağa çalışırlar. Mən indi qlobal siyasətdən yox, İslamın cəmiyyətimizdəki vəziyyətindən danışmaq istəyirəm.

P.S düşün!

Paylaş!

Gənclər sektorundan rəsmi olaraq uzaqlaşdım. Son iş yerimdə — BLBSdə yaratdığım gibrid şirkət-QHT modelini yoxladım və 1 il ərzində yüzlərlə gənclərlə tanış oldum. Bəzi məqamlarda üzüldüm, bəzi məqamlarda ümidləndim.  İndi bu zaman kəsiyində öyrəndiyim və bölüşmək istədiyim ən vacib postulatlarla bölüşmək istəyirəm.

Continue reading

Ondan qalan son xatirə

Paylaş!


Mən 1988-ci ildə doğulmuşam və mənim dünyaya gəlməyimdən 3 il sonra O dünyasını dəyişdi. Həkimlər onun ölüm səbəbini araşdırmağa çalışsalarda dəqiq bir verdikt verə bilmədilər : birisi dedi ki, zəhərləyiblər, birisi dedi ki, çox içirdi, birisi deyirdi ki, gözü götürməyən çox idi, lovğalığın axırı belə olmalıydı. Qısası, mən onu çox yaxşı xatırlamıram. Onu əvvəla böyüdükçə valideyinlərimin və ətrafdakılrın fikirləri əsnasında tanıdım. Fikirlər müxtəlif idi : birisi onu qəhrəman, biris zülmkar və despot adlandırırdı, biriləri onun üçün çox darıxırdı, biriləri isə onsuz həyata qovuşmağın sevincinə qapılıb azadlığı damla-damla yaşayırdı.  Continue reading