Qamarjoba, böyük Futbol!

Paylaş!

DSC_0101Böyük futbol ilk dəfə idi ki, Qafqaza gəlirdi və bir futbol fanatı kimi Superkubokun Tiflisdə keçirilmə xəbərinə çox sevindim. Baxmayaraq ki,  azarkeşi olduğum komanda ora gəlməyəcəkdi, lakin mən belə bir oyunu TV-dən izləmək istəməzdim və qərara gəldim ki, onu canlı görüm. Bəli, mən də bir çoxları kimi bileti onlayn almağa çalışdım və bir çoxları kimi o saytı düzəldəni iki-üç xoş sözlə yada saldım. Dostlar sağ olsun, sonda biletlər tapıldı və çox xoşbəxt şəkildə gələcək uşaqlarımın anasıyla getdik Tiflisə! Bu yazını yazmaqda məqsədim həm bir turist-səyahətçi kimi, həm kifayət qədər təcrübəli tədbir təşkilatçısı və ən nəhayət adi bir futbol azarkeşi kimi beynimdə yaranmış fikirləri bölüşməkdir.

Sərhəd: Hər dəfə bu sərhədi ayaqla keçəndə mən gürcülərin yanaşmasına heyran qalırdım — tez, çevik, yaxşı təşkil olunmuş şəkildə işləyirdilər. İnanmayacaqsınız, lakin bu dəfə hər iki dəfə (həm gedəndə, həm gələndə) bizim sərhəd xidmətinin işi məni çox sevindirdi. Bizim səbrsizlik və digərinin yerinə gözdikmə kimi gözəl xüsusiyyətlərimizi nəzərə alaraq bizim sərhəd xidməti hər iki tərəfdə dəmir  (!) «labirintlər» (dəqiq adını bilmirəm o qurğuların) quraşdırmışdılar və ora girən şəxs digərindən qabağa gedə bilmirdi. Gürcü tərəfində isə bu qurğular olsa belə təşkilatçılıq zəif idi. Bu oyunda hesab 2-0 Azərbaycanın xeyrinə sona çatdı.

DSC_0147Tiflis: Bu şəhəri sevirəm. Sadə, glamursuz, gözəl, təmiz və pozitivdir. Bütün isti hava, qaraçılar və lüt gəzən camaata (Elvira xanım demiş, bizim «lütlərdən» fərqli olaraq ordakılar kabluksuzdular və tonnlarla makiyajdan çox uzadırlar) baxmayaraq  o şəhərdə yaşamaq istərdim. Bəli, kimsə deyə bilər ki, orada bu yoxdur — o yoxdur, lakin Tiflisin nəyi varsa elə odur, bəziləri kimi olmadığı qaba, qabığa girməyə çalışmır — kifayət qədər tarixidir, kifayət qədər müasirdir və gülərüzdür. Düzdü, bu səfər orada sadəcə 1 gün qala bildim, lakin o şəhərdən, onun havasından və yeməklərindən doymamışam.

Təşkilatçılıq: Ağlım getmişdi bizim böyük tədbirlərə və oyunlara (bir neçə dəfə Millinin və digər Avrokuboklarda iştirak edən komandalarımızın oyunlarında olmuşam). Stadionun tutumu bizim Tofiq Bəhramovdan hardasa 20 min daha çox idi və mən də böyük bir izdiham gözləyirdim. Hətta buna görə stadiona lap tez getmək istəyirdim. Nəticə isə məni çox təəcüblənidirdi, yaxşı mənada. Stadiona cəmi 3 dəqiqəyə girdim və yerimi aldım. Yaxşı, uzağı 5 dəqiqə deyək. Hər tərəfdə onlarla könüllü var idi və nəticə etibarı ilə yeməyindən WC-nə kimi hər şey əla idi :) Burada onlara 5 bal düşür!

DSC_0166Azarkeşlər: Bu oyunlar konkret yarmarka xarakteri daşıyır. Dünyanın dörd bir yanından insanlar belə oyunlara gəlir və ən çox gözə çarpan məhz bayraqlar olur. Oyuna canlı və ya TVdən baxan həmvətənlərimin yagin ən çox yadında Azərbaycan qalan yan-yana duran cüt Azərbaycan və Ermənistan bayraqları idi. Əslində əvvəl bizim bayraqdan üç ədəd idi, sonra onun əvəzinə 1 gürcü bayrağı peydə olundu. Stadionda ən çox bilrsiniz kimin bayrağı var idi? Heç ağlınıza gəlməz — Siriya (və yaxud İraq bayrağı idi). Ərəblər gəzib onu bütün stadion perimetri üzrə asırdılar.

Ən maraqlı isə oyunda bir neçə Kürdüstan bayrağlı insan görmək idi :) Azarkeşlərdən söhbət düşmüşkən Sevilyalılar barədə danışmalıyam — cəmi 30-50 nəfər olsa belə oyunun əvvəlindən sonuna kimi komandalarının yanında idilər — çılğın, dəlisov və enerjili!

DSC_0150Oyun: Futbola marağı olmayan şəxslər bu hissəni oxumaya bilərlər. Heç oxumasınlar da. Maraqlı olmaz. Lakin marağı olan və daha yaxşı, biliyi olanlar oxusun: 11-12 yaşından futbola baxıram, lakin belə oyun heç yadıma düşmür. Sözün əsl mənasında «ataloqsuz» bir oyun idi. «Bismillah» deməmiş, cəmi 10-15 dəqiqəyə 3 qol vurulur və bunun hamısı bir başa cərimə zərbəsindən vurulur. Super Kubok tarixində yagin ən çox qollu və ən maraqlı oyun bu oldu. Oyun başlamamış Elvirayla razılaşdıq ki, hərəmiz bir komandaya azarkeşlik edəcəyik — O Barselonaya, mən isə Sevilyaya. Hamı stadionda məşhur katalon oyunçulara diqqət yetirdiyi təqdirdə mən bir təlimçi olaraq fikrimi məşqçilərə yönəltmişdim. Barcelonanın məşqçisi çox ortada görsənmirdi, lakin Sevilyanın məşqçisi Unai Emeri ortadan çıxmırdı, çoxlu çalışmalar verirdi, oyun zamanı ayaq üstə idi, oyunçulara tapşırıqlar verirdi, oyundan sonra isə bütün oyunçuları bur dairəyə yığıb bir çıxış etdi. Məncə o məşqçi çox qalmyacaq Sevilyada və hər hansı top klub onu transfer edəcək. Unai bir məşqçi kimi o oyunu uddu (əvəz etmələrin effektivliyinə baxın misal üçün), sadəcə Barcelona klass sahəsində qalib gələ bildi. Mən və mənim kimi neytral azarkeşlər isə çox simpatik bir komanda ilə tanış oldu.

DSC_0169Müsürmanlar: Elə bilməyin ki, orfoqrafik səhv etmişəm başlıqda (səhv yazımda çox ola bilər lakin). Gürcüstanda yaşayan Azərbaycanlı soydaşlarımız özləriniz məhz belə, «müsürman» (müsəlman) adlandırır. Tİflisdən sonra mən qohumlarımı ziyarət etməyə getdim, Bolnis rayonuna və orada az da olsa onların güzəranı, yaşayışı barədə məlumat aldım. Ümumi olaraq soydaşlarımız kompakt olaraq Gücrüstanın Marneuli, Bolnis, Dmanis, Qardaban rayonlarında və Tiflisdə (əsasən «Meydan» adlanan hissəsində yaşayırlar). Lap əntiqə yaşamasalar belə həyatlarından məmnun görsənirlər. Bu mövzuyla bağlı bir araşdırma etməyi düşünürəm gələcəkdə, lakin onarın əsas problemi kimi mən hal-hazırda dövlət dili, gürcü dilini bilməmələrini görürəm. Bilmədklərinə görə onlar ya kənddə qalırlar ya da Azərbaycana gəlirlər.

Bir çoxları üçün Gürcüstan çox kiçik, çaxır-xaçapuri-xingalidən ibarət olan bir dövlət kimi görsənsə belə bu heç də elə deyil. Hər dəfə ora səyahət etdikçə nəsə öyrənirəm və çalışıram paylaşım. Sona kimi oxuyan varsa Sizə salam aleykum, əziz oxucu. Sağ olun, var olun :)

Şərhlər

şərhlər

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *