Qapıçı kim duracaq?

Paylaş!


tolstiyBu gün mən bir psixoloji aspektə toxunaraq bizim xalq olaraq bir dərdindən danışacam, lakin bunun üçün yüngülvari uşaqlığımıza qayıtmalı olacayıq (daha çox oğlanlara şamildir düzü). Deməli gözünüzü bağlayın və belə bir mənzərə təsəvvür edin (oxuyun, sonra təsəvvür edin ). 

Hardasa 10-12 yaşınız var və evdən qaçıb məhlədə futbol oynuna qoşulursunuz. Uşaqlar iki komandaya bölünür və oyun başlamamışdan əvvəl birinci verilən sual bu olur — qapıçı kim duracaq? Komandada yaxşı qapıçı olmadığı halda seçilən şəxs ya ən kök, ya da ən pis oynayan oyunçu olurdu. Öz təcrübəmə əsasən deyim ki, könüllü qapıçı az tapılırdı və bu da anlaşılan idi — hamı oyunda olub qol vurmaq istəyirdi və heç kim buraxdığı qollara görə söyüş yiyəsi olmaq istəmirdi. İkinci seçim o olurdu ki, hamı razılaşırdı ki, bəs bir qoldan bir qapıçı dəyişəcək və yenə də yuxarıda qeyd etdiyim kriteriyalara əsasən kimsə könüllü (oxu, məcburi) keçirdi qapıya.

İndi gəlirik məsələnin ən maraqlı hissəsinə — qapıçı keçən şəxsin davranışına. Əlbətdə ki, çox az insanın güclü qapıçılıq bacarığı var, lakin onların yanaşması fərqlidir. Normalda belə halda iki cür tipajlı şəxs yadıma düşürdü.

177120A) Bu şəxs qapıçı dura bilmir və qapıya keçərkən bunu hamıya deyir. Hər bir qapıya tərəf olan zərbədə bu şəxs topu saxlamağa çalışmır vu buraxdığı topdan sonra deyir ki, bəs mən Sizə demişdim axı. Günahkar özünüzsünüz. O şəxs inanır ki, əgər onun qapıçılıq bacarıqları yoxdursa o bunu öyrənə bilməz və ümumiyyətlə bu onun olmalı olduğu yer deyil. Qısası , dura bilmirəm, əl çəkin!

B) Eyni A şəxs kimi B-də qapıçılıqda bacarığı yoxdur və qapıda durmaq təklifi gələndə deyir ki, bratlar mənim bacarığım zəifdir, LAKİN o meydanda vuruşur və hər bir zərbədə çalışır ki, topun qabağını alsın və qol girməsin. O top qapıdan keçəndə camaatı günahlandırmır və bilir ki, qapılığı bacarmasa belə nəyisə edə bilər və nəyisə öyənə bilər. Qısası, dura bilmirəm, amma görək neynirik

İndi oyanın və  ətrafınıza baxın, uzağınıza baxın, restoranlara baxın, bütün xidmət sektoruna baxın, ofisiantlar, mühafizə, xadimə və oxşar tipli sahələrdə işləyən şəxslərə baxın, zəhmət olmasa. Bir onların davranışlarına baxın. Hamısına şamil etməyəcəm, lakin böyük qismini birləşdirən bir xüsusiyyət var — narazıçılıq. 

vorotaSəbəb isə eynidir — necə ki, vaxtiylə uşaq vaxtı kimisə qapıya qoyanda O durmaq istəmirdi elə də bu şəxslər bunu istəmirlər və düşünürlər ki, daha yaxşı iş üçün yaranıblar və gözləri yuxarı yerdədir. Onlarda o qapıçılar kimi 2 tipaja bölünür — A və B və təəssüf ki, onların çoxusu məhz A tipajındandır  və qapıya gələn topları buraxmağla məşğuldurlar. Bizim dilə tərcümə etsək bu insanların gözü yuxarıda olduğundan onlar «yaxşı qapıçı», yani yaxşı mühafizəçi, ya ofisiant, ya resepşn və ya N-sayda işdə olmağa çalışmırlar. Onlar düşünürlər ki, bu müvəqqətidir və əlbət ki, bir gün onlar buranı tərk edəcəklər və «qol vuracaqlar».

Mən isə bir az fərqli düşünürəm. Məncə futbol oynunda (oxu, həyatda) hər bir pozisiya maraqlıdır və böyük təcrübə verir və İNANIRAM Kİ, həyat səni harsa qapıya qoyur qoysun sən çalışmalısan ki, o qapıda duran ən yaxşı qapıçı olasınız.

Bu o deməkdir ki, sən istəmədiyin və bəyənmədiyin sahədə işləsən belə çalış ən yaxşısı olasan, yəni ƏN YAXŞI ofisiant olun, aşbaz olun, resepşn olun, müəllim olun, köməkçi olun. Ən yaxşı olun!

Niyə? Çünki bu sizin xarakterinizi daha iradəli edir, daha çox təcrübə qazanırsınız və əsası uyğun olmayan şəraitdə
belə özünüzə xallar qazanmağa bacarırsınız. Unutmayın heç kim anadan gəlmə hansı sahədə əjdaha kimi doğulmur və hamı çalışaraq olur. Məktəb müəlliməm demiş, «deyir «bacarmıram» sözü yoxdur, «istəmirəm» sözü var»… 

P.So xuyun, öyrənin və paylaşın. Həyat paylaşdıqca gözəldir :) 

Şərhlər

şərhlər

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *