Ramadan bitdi. Bəs Sonra?

Paylaş!

Başlamasıyla bitməsi bir göz qırpımında olan Müqəddəs Ay özüylə bir yerdə bir çox fikir, düşüncə və təəsürat gətirdi. Mən də tənbəllik etməyib onları unutmamaq üçün bir yazı şəklinə salmaq qərarına gəldim. Qeyd etmək istəyirəm ki, bu ilk növbədə özümə nəsihətdir, sonra isə bu cümlələri oxuyan əziz müsəlman bacı və qardaşlarıma.

ramadan-islam-muslim-best-funny-memes-101. Ramadan Muslims: Çox təəssüf ki, biz müsəlmanlar Allahın buyurduğu kimi və ya buna ən yaxın şəkildə yaşamağı sadəcə və ya ən çox bu ayda çalışırıq. Sadəcə bu ay oruc tuturuq, bu ay sədəqə veririk, bu ay məscidə gedib namaz qılırıq və s., lakin bu belə olmalı deyil fikrimcə. Bəli, biz bu ay daha çox savab qazanmağa, Allaha yaxın olmağa, gözəl ibadətlər etməyə çalışmalıyıq, lakin bu demək deyil ki, biz digər aylarda bunu sıfıra endirməliyik.

Əksinə, Ramadan bizim üçün gözəl bir başlanğıc ola bilər ki, digər aylarda biz bu başlanğıcları davam etdirə bilərik. Misal üçün, oruc — kim deyir ki, orucu sadəcə Ramadan ayında tuta bilərik. Misal üçün, Peyğəmbərimiz s.a.s buyurub ki, «Kim orucla keçirdiyi Ramazan ayından sonrakı şəvval ayında altı gün oruc tutarsa, bütün ili oruclu keçirmiş kimi olar!». Buna əsasən indi olduğumuz ayda 6 gün oruc tuta bilərik. Bundan əlavə olaraq, sünnəyə əsasən yenə də hər həftənin 1ci və 4cü günləri oruc tutmaq olar.

Sözümün canı odur ki, oruc kimi digər ibadətlər də sadəcə Ramadan üçün deyil və onları digər aylarda da bol-bol edə bilərik və etməliyik.

muslim2. Mənsubiyyətimizi gizlətməli deyilik: Keçən il Moskvada təlimdə idim və təlimçi yahudi əsilli bir şəxs idi. Başında onlara xas olan bir kiçik papaq, şalvarından isə saplar asılmış idi (bəli, onlarda elə bir adət var). Bu insan bütün təlim boyu vaxtaşırı öz dinindən, yanaşmasından, Allahdan danışırdı və bunu çox gözəl şəkildə çatdırırdı.

Təlimin sonunda İshaka (adı belə idi) yaxınlaşıb dedim ki, çox sağ ol, mənə öyrətdin ki, dinini gizlətmək yox, dininə sevgini göstərmək lazımdır. Dediyim odur ki, əziz müsəlmanlar, əgər özünüzü bu icmanın üzvü kimi görürüsünüzsə bu mənsubiyyətinizdən çəkinməyin. Əlbətdə ki, demirəm ki, bunu hər yerdə bəyan edin, əlinizdə bayraq edin və s., lakin ən azı biz müsəlmanlar öz dinimizi danmalı deyilik və yeri gələndə onun barədə gözəl bir şəkildə danışmağı bacarmalıyıq

3. Maariflənməliyik/ Maarifləndirməliyik: Ölkəmiz Sovet dövründə islam adına çox şey itirdi. Fikrimcə, islam baxımından biz indi bu körpə kimiyik və böyümək üçün qərək maariflənək və maarifləndirək. Bununla bir yerdə biz  islama aid olmayan, lakin islamın adına yazılan hökmlərdən qərək uzaqlaşaq (pirlər, təmtərahlı yas məclisləri və s.). Bunlar o qədər insanımızın beyninə hopub ki, qurtulmaq çox çətindir və nəsə deyəndə deyir ki, bəs biz belə görmüşük, atalarımız belə deyir. Onda ağlıma Qurani Kərimdən bu ayə gəlir:

Onlara (bütpərəstlərə) : “Allahın göndərdiyinə (Qurana) tabe olun!” –deyildiyi zaman, onlar: “Biz ancaqatalarımızın getdiyi yolla gedəcəyik!” –deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? (Yenədəmi onlara tabe olacaqlar?) 2:170

Bundan əlavə, çox vaxtı sosial şəbəkələrdə mən hər hansı müsəlmanın bir çox halda səhv hərəkətinə şərh olaraq insanların ironiya dolu «bu əsl islam deyil» tipli cümlələri görürəm. Əlbətdə ki, bu əsl islam deyil, lakin elmimiz olmayan yerdə bu müzakirəyə girmək  o qədər də ağıllı hərəkət deyil.

Nə edək? Necə edək? Cavab çox sadədir — qərək insan özü araşdırsın. Nəyi nə üçün etdiyini özünə sual versin, düşünsün. Şükür Allaha indi on il bundan əvvəllə müqayisədə daha çox islam sahəsində təhsil alan şəxs var və internetdə tonlarla məlumat var (düzdü, bu bir tərəfdən təhlükəlidir). Mənə misal üçün islamla bağlı nəsə sual verəndə mən çox vaxt bilənlərdən soruşmağı və ya özünün araşdırmağını məsləhət görürəm.

ikra4. İnkişaf etməliyik:  Nəyəsə görə «müsəlman» sözünü cəmiyyətdə deyəndə bəzi (və ya bir çox) insanda ilk ağla gələn cahil, geridə qalmış bir insan obrazı olur. Və bu gövmün, icmanın Peyğəmbərinə deyilən ilk söz məhz «Yaradan Rəbbinin adı ilə oxu!» 96:1 idi.  Belə təzad yaranır…

Təəsüflənmək və vəziyyətimizə ağlamaq lazım deyil. Qərək inkişaf edək, irəli gedək…  ÖZümüz üçün, millətimiz üçün, dinimiz üçün, dövlətimiz üçün, gələcəyimiz üçün!

Biz müsəlmanlar baş verən hadisələrdən, inkişafdan qıraq qalmalı deyilik və əksinə bu inkişafın ən böyük mühərriklərindən birisi olmalıyıq.  Biz sadəcə öz dinimizi və ya sadəcə seçdiyimiz dünyəvi sahəni yaxşı bilməli deyilik. Fikrimcə, sadəcə hər ikisini yaxşı bildikçə bir həyatımızda bir vəhdət yarada bilərik və yaratmalıyıq.

Dinimiz inkişafı, yaxşılığı, köməyi, insaniyyəti və mənəviyyatı təşviq edir. Biz müsəlmanlar da elə etməliyik.

Sonda hər birinizin bayramını təbrik edirəm. Necə deyərlər, Allah Subhan və Təala həm Sizdən, həm bizdən qəbul etsin. Arzu edirəm ki, Allah bizi növbəti xeyirli Ramazanlar nəsib etsin, lakin danışdığımız kimi — o vaxta kimi oturmalı, sönməli, həyat qərg olmalı yox, əksinə tam sürətlə inkişaf etməliyik.

Şərhlər

şərhlər

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *