Sən kimsən? Oyunçu ya Tamaşaçı

Paylaş!

On iki yaşım olanda mən düşünürdüm ki, mən dahiyəm, sadəcə nəyəsə görə bunu heç kim görmür. Belə düşünürdüm: «Ya dahiyəm və dəli. Hansındanam görəsən? Dəli olsaydım yagin dəlixananda olmalıydım. Deməli mən dahiyəm»

Con Lennon

yaziqBu gün söhbət əsnasında mənə çatdı ki, sən demə 10 ilə yaxındır ki, Bakıda yaşayıram və maraqlısı odur ki, bu 10 ildə bəlkə 10 dəfə mənim çevrəm, ətrafım dəyişib: sinif yoldaşlarım, qrup yoldaşlarım, təşkilatlar, AEGEE, GFDM və s. Əsas dəyişiklik əsgərlikdən sonra olda və mən demək olar ki, ətrafımız 0-dan yığmağa başladım. Səbəbini o vaxt anlamırdım, lakin son aylarda sadəcə anladım. İndi onu Sizinlə bölüşürəm

Gəlin bu həyata, ətrafımıza baxaq. İnsanlar nə qədər fərqli olsalar belə əsasən düşüncə və məqsədlərinə görə üç kateqoriyaya bölünür: tamaşaçılar (tribunada əyləşənlər), oyunçular (meydan olanlar) və tamamilə bunlardan fərqlənən oyunu quranlar.

İndi çox diqqətli olun, mən aşağıda Sizə bu qrupları fərqləndirən cəhətləri qeyd edəcəm Siz isə özlüyünüdə hansı qrupa aid olduğunuzu müəyyən edərsiniz

Bir futbol oyunu təsəvvür edin. 50.000 azarkeş tutumlu bir meydança, 22 oyunçu və 1 (+ 3 köməkçi) hakim

semechkiTamaşaçılar: bir yaxın tanışımız var, Lənkəranda olanda onunla bir xeylah futboldan və insanların futbola olan marağından danışdıq. Mən vurğulayanda ki, Lənkəran camaatı futbolu sevir və yaxşı başı çıxır bu oyundan O oğlan bir hekayə danışdı:

«Biz də bir azarkeş var, konkret futbolla yaşayır, bütün oyunlara gəlib-gedir, imkanı olsa məşqlərə belə qatılar. Deməli, bir ara bizə bir türk məşqçi gətiriblər. Həmən məşqçinin ilk oyunudur. Oyun başlayandan 1 dəqiqə (sözün əsl mənasında) heç keçməmiş bu azarkeş bizə dönüb dedi ki, «ayə buna baxın. bu məşqçi bir oyun öyrədə bilməyib heç bu komandaya.Mən demişdim də».

Bu hekayə tipik tamaşaçının yanaşmasını bizə göstərir. Adından məlum olan kimi onların işi kiminsə, nəyinsə hərəkətini, fəaliyyətini, məqsədini müzakirə etmək, tənqid etmək, mühakimə etmək və loru dillər desək, «əlinə tum alıb xaxın kişisi» barədə danışmaqdır. Normalda onların öz məqsədləri olmadığından onların çoxlu boş vaxtları var və bu boş vaxtda onlar oyunçuları tənqid etməklə məşğuldurlar. Yığışanda da hər zaman özləri kimiləriylə görüşürlər və saatlarla özlərinə aid olmayan mövzuda söhbət edirlər.

Cyler Miles, Trey PayneOyunçular: oyunçu deyəndə fikrində olmalı olan söz «məqsəd»dir. O gün bir xanımla söhbətim əsnasında bir fikirə gəldim ki, «oyunçular»-ı tanımaq üçün onların gözlərinə baxmaq lazımdır — onların gözləri hər zaman məqsəd sevgisi ilə yanır, işıldayır, parıldayır və o gözlərdə bir o istəyi görə bilərik. Oyunçunun vaxtı azdır  və bütün vaxtını məqsədə çatmaq üçün istifadə edir. Onlar tamaşaçılara çox fikir vermirlər, çünki onlara fikir versələr məqsədləri əldən gedər.

Oyun quranlar-hakimlər: düşüncə şablonları və stereotiplərdən uzaq olan və tam hərəkətlərində tam azad olan şəxslərdir. Onlar özləri oyun yaradırlar və qanunları müəyyən edirlər (bunlar barədə gələn dəfələrdə ətraflı danışmağa çalışacam).

Tamaşaçı nə istəyir bu həyatdan — oyunçuları müşahidə edir, öz şəxsi məqsədi olmadığından o bura gəlib ki, digərləin məqsədlərinə çatmağına baxmağa. Oyunçu isə meydaçaya sadəcə məqsədinə çatmaq üçün çıxır.

İnanırsınız, onların danışdıqları mövzular 180 dərəcə fərqlənir: oyunçular özləri və məqsədləri barədə danışırlar. Onlar fanatikdirlər və məqsədəri ilə yaşayırlar. Hətta ətrafda olan insanları həvəsləndirərək o məqsədlərə cəlb edirlər. Bütün dünyanı onlar iki yerə bölürlər: onlara kömək edənləri və etməyənləri. Vaxt onlar üçün ən böyük dəyərdir və onu itirəndə çox heyfslənirlər.

baleTamaşaçılar isə əksinə — özlərindən yox, daha çox digərlərindən danışırlar. Onların vaxtı boldur və ona görə tanıdıqları bütün oyunçuları və onların məqsədlərini öz parlamentlərinin müzakirəsnə çıxardırlar. Vaxt çox olanda niynəsinlər — əlbət ki, qeybət!

Bəs belə asandırsa nəyə görə ətrafımızda yüzlərlə tamaşaçı və barmaqla sayılacaq qədər oyunçu var ? Çox sadə, tamaşaçı olmaq heç bir riskə yiyələnməmək deməkdir. Oturursan öz skameykanda, əlinə alırsan bir tum və heç bir məsuliyyətə yiyələnmədən oturub kimi gəldi baltalayırsan, məsləhət verirsən, qiymətləndirirsən.

Ətrafınıza baxın, ən yaxın çevrənizə baxın, dost-qohum-iş yoldaşlarınıza baxın. Özünüzə baxın. Hansındansınız — oyunçu ya tamaşaçı?   Məsələ ondan ibarətdir ki, hər şey seçimə bağlıdır — oyunçu olub risk etmək və ya tribunada oturub və risk etməmək.

Bir çox tamaşaçı əslində oyunçu olmaq istəyir, yuxularda gecə özünü orada görür və dəyişmək istəyir. Bəziləri hətta bunu bacarır və oyunçu olur. Çoxusu isə təəssüf ki, çox böyük potensialı olmağına baxmayaraq elə hey qırağdan baxır. Səbəbin bilirsiniz nədir — komfort zonası və ətrafım necə baxar prinsipidir. Bu meyyarlar bizi dayandırır və uzaqlaşdırır.

Qartal barədə bir hekayə eşitmişdim. Deyir iglbir gün ana qartal başa düşür ki, balaları artıq uçmağı öyrənməlidir. Ana qorxur. Balaları yuvanın kənarına çıxardır. Onların ciyciyə baxmır. Uçurumdan aşağı baxır və anlayır ki, balalar uça bilməsə bir neçə saniyəyə öləcəklər. O çəkinir, lakin bir şey anlayır ki, «qartal olmağın mahiyəti uçmaq və səmaya hakim olmaq deməkdir. İllərlə sürünməklə qartal olmaq olmaz» və uşaqları qayadan aşağı atır.

Bax Siz də, bunu oxuyan gənc insanlar, özünüz seçim edin: insan olmaq irəli getmək, inkişaf etmək və potensialını reallaşdırmaq deməkdir. Qorxudan qaçmaq yox, üstünə şığımaqdır.

Bu yolu seçsəniz 1 əsas məsləhətim var — ətrafınızı təmizləyn. Tamaşaçılardan nə yaxşı həmsöhbət, nə yaxşı silahdaş olar. Onlar yaxşı tum çırtlayırlar bircə :)

Şərhlər

şərhlər

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *