Sərçədən aldığım dərs

Paylaş!

Keçən şənbə günü. Sübh səhər tezdən. Talıbla layihəmizlə bağlı regionlara gedəcəkdik. O həftə ağır idi və 2 gündə çox az yatmışdım. Nəisə, özümü «şapalaxlayaraq» yatağımdan oyandım, çətinliklə çantamı yığıb düşdüm bayıra.

Talıb gecikirdi və mən də vaxtı öldürmək üçün başladım ətrafımdan keçən maşınlara, insanlara baxmağa. Normal vaxtı xaos olan «3cü mkrn dairəsi» çox sakit idi. Birdən yola iki sərçə düşdü. Sözün əsl mənasında düşdü. İndi təsəvvür edin: səhər saat 7. iki sərçə yolun ortasında və bir sərçə digərinin üstündədir. Digər təbii prossesin baş verdiyini düşündüm və öz-özümə dedim ki, «ay kişi, bax ölmədin bu günü də gördün. Quşların belə aktivliyini».

Belə düşüncələrin içində tələsməyərək üzürdüm ki, birdən o prossesin baş verdiyi yoldan avtomobilin gəldiyini eşitdim. Üstdə olan quş qaçdı, digəri isə yolun ortasında elə qaldı. Quşlar arasında karlığın nə qədər inkişaf etmiş bir xəstəlik olduğunu bilmirəm, lakin o quş yerindən demək olar ki, tərpənmədi. Bir maşın xoşbəxtlikdən o varlığa yaxın keçmədi. Maşın keçən kimi qaçqın quş qayıtdı və yenə eyni vəziyyətə qayıtdılar. Bax o anda mən deyəsən oyandım. Gözlərimi açdım və gördüm ki, yuxarıda olan quş digərini qaldırmağa çalışır, öz çaynaqlarıyla yapışıb digərini qaldırmağa çalışır, lakin nə qədər çalışsa da qaldıra bilmirdi. Tez özümü verdim yolun ortasına quşu götürüb yoldan uzaq bir yerə qoydum.

«Qaçqın» qu11124554_10153282472692900_7106577093275720234_oş dostunu tapmağa çalışırdı və ciy-ciyi hər yeri götürmüşdü. Göz-qaşla izah etdim ki, ay bala, qorxma, mən Sizin tərəfdəyəm. Nəhayət dostunu tapdı və yenə də ona kömək olmağa çalışırdı. Məni dərd götürmüşdü ki, bəs yazığın yagin qanadı qırılıb, birdə uça bilməyəcək. Allaha dua etməyə başladım ki. Qulunun əlini geri döndərməyə utanan Allahım, bu quşa mərhəmətini göstər. Xahiş edirəm.

Təsəvvür edin ki, heç 1 dəqiqə keçmədi. hər iki quş uçdu və onlardan sadəcə onların səs-səmiri qaldı. Gözlərim doldu. Neyniyim, çox kövrəyəm. Xasiyyətim kəsilsin

Talıb hələ də gəlməmişdi və mən hətta buna sevinirdim. Hələ də şokdaydım. Kiçik bir varlığın, heç şüurunun olması sual altında olan bir varlığın digər birisinə görə bu qədər cənfəşanlıq etməsi, qurban verməsi məni şok etdi.

Öz özümə düşündüm ki, həyatda tonlarla insan var ki, heç bu sərçə qədər də ola bilməzlər. Bu anı qərək o şəxslərə dəfələrlə göstərəsən ki, bax, doyunca bax.

Bu dünyada insanlar içində yaşayıb ən çətin məqsədin insan olaraq yaşayıb insan cildində ölməkdir. Bax belə.

Necə deyirlər. yaxşı olar :)

Şərhlər

şərhlər

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *