Şükür və Kifayət

Paylaş!

no limitsHal-hazırda Fərdi İnkişaf  bir trend olub və insanlar məqsədli ya daha çox məqsədsiz şəkildə bu yolda irəliləmək, həyatda müvəffəqiyyətli olmağa çalışırlar. Mən də bu işdə töhfəçi olmaq istəyirəm və bir çox insana kömək ola biləcək və şəxsən istifadə etdiyim alətimlə bölüşmək istəyirəm. Tanış olun, balamın adı ŞEK-dir (dəqiq Şrek deyil!)

Onu yadda saxlamaq çox asan və tətbiq etmək çox rahatdır, lakin Onu anlamaq üçün ilk növbədə adını izah etməliyəm.  Bu alət-düstur iki sözdən, ifadədən, anlamdan ibarətdir — Şükür və Kifayətdən. İndi düşünə bilərsiniz ki, «nə dəxli? bu sözlər bizi necə inkişaf etdirəcək ki?», lakin tələsməyin. Dərindən nəfəs alın, su için və davam edin :) 

Deməli sözlər asan olsa belə insanlar çox vaxtı bu sözlərin yerlərini səhv salırlar («müsibət oluruq biz, səhv düşəndə yerimiz»). Onların yerini təyin etmək üçün biz qərək onları bir az yaxından tanıyaq

Şükür: «razılıq, minnətdarlıq, təşəkkür ifadəsi» mənası daşıyır

Kifayət: «yetər, kafi, bəs olma» mənası daşıyır

limit2Fəxi İnkişaf baxımından bu sözləri bir yerdə istifadə edənlər bir neçə səhv buraxır:

  • bir insan hər kiçik müvəffəqiyyətinə şükür edir, minnətdarlıq bildirir, lakin əldə etdiyinlə kifayətlənir və böyük, hətta orta məqsədlər belə qoymur özünə.
  • digər insan qarşına böyük məqsədlər qoyur, onlara çatır, kifayətlənmir, lakin şükür etmir.

Bu düstur nəyə görə lazımdır? cavab olaraq Sizə həyatımda rastlaşdığım iki misal vermək istərdim:

  1. Keçən il bir nəfərlə (adı F olsun) fərdi kouçinq (karyera və həyat inkişafı barədə məsləhətlər) ilə məşğul idim. Hardasa 1 aydan sonra biz  F-in əldə etdiyi nəaliyyətləri nəzər yetirirdik və mən bildirdim ki, ortada inkişaf olsa belə bu yetərli deyil. Buna cavab olaraq bildirdi ki, «yox müəllim, məncə mən kifayət qədər irəliləmişəm. Ətrafıma baxanda bunu hiss edirəm»
  2. limit4Bir dostum var (ümidvaram ki, var) , Bakıda böyük şirkətdə işləyirdi və yaxşı irəliləmək imkanı var idi, sadəcə qərar verdi ki, bu bəs eləmir. Dünyanın ən yaxşı universitetlərindən biri, Columbia University-yə qəbul olundu, oxudu və hal-hazırda ABŞ-da çalışır və yaşayır. Bax həmən dostum mənə onda bir gözəl cümlə dedi: «Bilirsən, Bakıda mən kiçik göldə böyük bir balıq idim, burada isə çox böyük göldə  kiçik bir balığam, lakin bu daha maraqlıdır». Marağın isə səbəbi aydındır — rəqabət olan yerdə hər zaman inkişafa yer var.

İndi gəldik çıxdıq məsələnin ən maraqlı hissəsinə. Normalda bu yerdə toylarımızda aş gəlir (fikir verməyin, aclıqdan fantaziyam özünü buraxıb). Bu sözlər necə düzgün istifadə olunmalıdır: Bir insan məqsədlər qoyur, böyük məqsədlərə doğru irəliləyir, kifayətlənmir, lakin hər çatdığı uğurda şükür edir. Qısa dillə desək düstür belədir: Şükür et, kifayətlənmə, yəni bildiyimiz ŞEK!

Bəzi dostlarımız «şükür» sözünü sırf inanclı təbəqəyə aid olduğunu düşünürlər. Çətin məqamdır, razıyam, lakin mən  inanıram ki, hətta insan Yaradanı qəbul etməsə belə bu sözü öz əziyyətinizə, mübarizənizə görə «təşəkkür» kimi istifadə edə bilər, hələlik. Misal üçün, «halal olsun, Toğrul. Kişi adamsan, bu qədər işi gördün, yıxılmadın. Təşəkkür edirəm sənə.»

limit3Niyə məhz ŞEK?  Toğrul qardaşınız inanır ki, fərdi inkişafda limit yoxdur və limitləri müəyyən edən bizlər olmalıyıq. Daxilimizdə o qədər böyük əjdahalar yatır ki, onları oyatsaq dünyanı belə fəth edə bilərik, lakin dünyaları fəth etmək üçün birinci yumuşaq yerimizi qaldırıb kiçik addımlar atmağa başlamalıyıq və kifayətlənməli deyilik. Bununlaa bir yerdə bir etdiyimiz hər addıma görə, əldə etdiyimiz hər nəaliyyətə görə şükür etməliyik. Hər kəsdə şükürün adresatı fərqli ola bilər. Biz müsəlmanlar əlbətdə ki, şükürü Rəbbimizə yönləndiririk.

Mən Sizə güvənirəm, Siz bacaracaqsınız. Qaldı özünüzün bunan inanmağınız…. :)

Şükür et, Kifayətlənmə!

Şərhlər

şərhlər

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *