Taburetka sevgisi

Paylaş!

levNə vaxtsa sirkdə olmusunuz? Olmamısınızsa belə yagin film və cizgi filmlərində bu səhnəni görmüsünüz: bir fiziki güclü kişi xeylağı pələng ya şir olan bir dəmir çubuqlu «qutuya» girir. Lakin əlbətdə ki, əli boş girmir — bir əlində qamçı, bir əlində kətil (taburetka) olur və taburetkanın ayaq hissəsi heyvana tərəf yönəlik olur. Bəs heç düşünmüsünüz mü nəyə görə bu prosses belə baş verir? 

Deməli bu aləti əlinə alıb şirin yanına girən ilk insan amerikalı Klayd Bitti idi. Ondan əvvəl şirlərin yanına girən əhliləşdirənlər əllərinə odlu silah, ucu iti-biz taxta və s. özünü qoruma aləti götürürdülər, ona görə  lap başda Klayd taburetka ilə «qutuya» girməyə başlayanda ona dəli kimi baxırdılar və hər dəfə «Fatihə» oxuyurdular. O isə ağıllı adam idi və təhsili olmasa belə anlayıdı ki, bu şirlər-pələnglər nə qədər böyük olsalar belə nəticə etibarı ilə bir pişikdirlər və onları çaşdırmaq çətin deyil. Bunun üçün o taburetkanı ayaq hissəsi şirə tərəf yönəldib içəri girirdi — şir 4 ayaq görəndə ona 4 ayrı alət kimi yanaşır, bilmir hansısa hücum etsin və nəticədə çaş-baş qalaraq «ən yaxşı hücum müdafiədir deyib» sakit quzu balası kimi oturur yerində.

lev2Bütün yazılarımda passiv gəncləri tənqid edirdimsə bu yazım daha çox aktiv təbəqəyə aiddir. Özümü tanıyandan ətrafımdaki gənclərə parçalammamağı məsləhət görmüşəm və demişəm ki, çalışsınlar 1 işə (özünü öldür 2si) fokus olsunlar, bir məzhəbə qulluq etsinlər. 

Nəyə görə belə düşünürəm?

1. Bir işə fokus olanda işin keyfiyyəti artır

2. Bir işə fokus olanda o işi daha yaşı mənimsəmiş olursan 

Qısa olaraq desək, fokuslanma nəticəsində sən həm daha çox verirsən (inkişaf etdirirsən, dəstək olursan), həm də daha çox alırsan (öyrənirsən, qazanırsan). Bizim «aktiv»-lər isə daha çox almağı düşündüyündən elə «harda aş, orada baş» prinsipi ilə işləyirlər və burnu girmədiyi yerlərə başlarını soxurlar. Nəticə nə olur? Heç bir yerdə 1 nömrə olmurlar, heç yerdə mütəxəssis olmurlar, hər yerdə qonaq olurlar və heç yerdə ev sahibi olmurlar.

Yaxşı necə edək? Məsləhətim odur ki, olduğunuz yerdən asılı olmayaraq özünüzü o işə həsr edin. Əgər həsr etmək istəmirsinizsə o işi tərk edin və heç kimin vaxtını almayın. Özünüzü həsr edəcəyiniz bir iş tapın, sadəcə o halda Siz inkişaf edə bilərsiniz. Hər zaman belə problemlə üzləşdiyim zaman dediyim kimi: «Fərqi yoxdur, mənimlə qalacaqsan və digər işi seçəcəksən. Seçimindən asılı olmayaraq bir yerdə ol». Bax Sizə də, əziz oxucum, məsləhətim elə budur !

P.S Bloguma yeni funksiya əlavə etmişəm: yazılarıma abunə olmaq istəyirsinizsə blogumun yuxarı sağ küncündə «yazılara abunə olmaq» bölməsində sadəcə öz email adresinizi qeyd etməyiniz yetərlidir və bundan sonra yeni yazım çıxan kimi Sizin emailə xəbər gələcək. bax belə :)

Şərhlər

şərhlər

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *