Gəlin səmimi olaq

12798890_10153828544472900_4295628643030090328_nBir təklifim var. Gəlin səmimi olaq. TV-də, məcburi söhbətlərdə, universitet müəllimləri və ya sevmədiyiniz iş (iş yoldaşları) ilə olduğunuz «səmimi»-dən yox.

Gəlin səmimi olaq. Özümüzlə tək olanda, heç kimin bizi görmədiyi, eşitmədiyi, fikir vermədiyi hallarda olan kimi səmimi olaq.

Bu yazıda Sizə və Özümə bəzi suallar verəcəm

Gəlin səmimi olaq. Bir həyatımıza baxaq, əgər ona həyat demək olarsa. Son dəfə nə zaman son dəfə ürəkdən gülmüsünüz? Son dəfə nə zaman «belə günlərdən çox olsun», «necə zor bir gün idi, ala» demisiniz? Nə zaman son dəfə gününüzü sırf özünüzə ayırmısınız və özünüzü dinləməyə çalışmısınız? Nə zaman gününüzü sırf insanlara kömək üçün ayırmısınız? Nə zaman son dəfə özünüzü çox yararlı hiss etmisiniz? Səmimi olaq gəlin, səmimi. Continue reading

Deadline-lı oyunlar

Hardasa üç həftə bundan əvvəl facebook dostluğumda olan bir nəfərin ölüm xəbərini eşitdim. Şəxsən tanımasam belə ictimai fəaliyyətinə görə tanıyırdım və fikirlərini izləyirdim. O şəxsin səhifəsinə daxil olanda bir paylaşım marağımı cəlb etdi —  rəhmətlik ölümündən iki-üç gün əvvəl dünyasını dəyişmiş Demis Russosun mahnısını paylaşıb » bu da belə getdi» yazmışdı. Hardan bilərdi ki, özü də bir neçə gün sonra dünyasını dəyişəcək? Continue reading