Kitabxanam: Henri Ford — Mənim həyatım, mənim nəaliyyətlərim

Mford2artın ikinci kitabını seçmək üçün çox əziyyət çəkdim və nəticədə qərara gəldim ki, bu dəfə ABŞ avtomobil sənayəsinin atası, konveyer üsullu istehsalatın banisi Henri Fordun «Mənim həyatım, Mənim nəaliyyətlərim» kitabını nəzərdən keçirim. Əvvəldən deyim ki, heç təəsüflənmədim və təəsüratlarımı aşağıda qeyd etmişəm. Continue reading

Kitabxanam: Skot Jurek — Qaç və Qidalan


360_10q_jurek_0723
2014-cü ildə İshak Pintoseviçin təlimindən qayıdandan sonra limitlərimi aşmışdım. Elə çaşmışdım ki, hətta mənə isti-soyuğu olmayan bir idman, marafon qaçışı ilə bağlı özümə məqsəd qoydum və gələcək Olimpiya oyunlarında Azərbaycanı o sahədə təmsil etmək istəyirdim. Bunu ilk və yeganə danışdığım insan Tamerlan bu etirafımı eşidib yagin ki, tibbi yardım çağırmaq istəyirdi. Sonra nəsə fikrim qarışdı və bu fikir yadımdan çıxdı. Ta ki, bu kitab əlimə düşmədi.

Continue reading